Bakıda TRASEKA-nın 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib
07.12.2019 [10:36]
Dekabrın 6-da Bakıda “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş”in imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda TRASEKA-ya 13 üzv və 2 müşahidəçi ölkənin, beynəlxalq təşkilatların 70-dək nümayəndəsi iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.
Sonra TRASEKA layihəsindən bəhs edən sənədli film nümayiş etdirilib.
Konfransda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov vurğulayıb ki, Avropa İttifaqının Qərb ilə Qafqaz və Mərkəzi Asiya ölkələrini yeni nəqliyyat dəhlizində birləşdirmək ideyası 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən konfransda konkret hədəfləri, iştirakçıları və fəaliyyət prinsipləri olan təşkilata çevrilməsi ilə nəticələnib.
Azərbaycanda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və inkişafı istiqamətində görülmüş işlər barədə məlumat verən M.Cabbarov qeyd edib ki, ölkəmizin strateji baxımdan mühüm geosiyasi mövqedə, beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, nəqliyyat sahəsinə böyük həcmli investisiyaların yatırılması ölkəmizdə irimiqyaslı nəqliyyat - infrastruktur layihələrinin həyata keçirilməsinə imkan yaradıb. Belə ki, avtomobil və dəmir yolu xətlərinin beynəlxalq standartlar əsasında yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inşası, Bakıda və regionlarda beynəlxalq hava limanlarının, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində tədbirlərin həyata keçirilməsi Azərbaycanın nəqliyyat potensialını daha da gücləndirib. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Lapis-Lazuli, Qara Dəniz-Xəzər Dənizi marşrutları TRASEKA ölkələrinin tranzit regionu kimi rəqabət qabiliyyətini artırır. Şərq-Qərb istiqamətində reallaşdırılan Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizi vasitəsilə TRASEKA dəhlizinin enerji komponenti təmin edilib.
TRASEKA çərçivəsində əməkdaşlığın əhəmiyyətini qeyd edən İqtisadiyyat naziri üzv ölkələrin nəqliyyat potensialının reallaşdırılmasının regionun tranzit cəlbediciliyini daha da artıracağını vurğulayıb.
Konfransda İqtisadiyyat naziri Mikayıl Cabbarov Ermənistan nümayəndəsinin səsləndirdiyi təxribat xarakterli fikrə çox tutarlı və məntiqli cavab verib. Nazir iclasın mədəni proqramının təşkilinə görə erməni nümayəndənin reaksiyasını yaxşı anladığını vurğulayıb. İqtisadiyyat naziri deyib ki, bilirəm, anlamaq və qəbul etmək onlar üçün asan deyil. Biz destruktiv deyil, konstruktiv yanaşmadan istifadə etməliyik. Destruktiv yanaşmanın nəticələri özünü, ilk növbədə, qonşu ölkədə göstərir. Onlar nəqliyyat sahəsində bir sıra beynəlxalq layihələrdən kənar qalıblar. Burada TRASEKA-nın mövcudluğu nümayiş olundu. Tədbirin proqramı hazırlanan zaman Çoxtərəfli Sazişi imzalayan insanların xatirəsinə hörmət diqqətdən kənar qala bilməzdi. Faşizm üzərində Qələbənin 75 illiyi yaxınlaşır və siz öz paytaxtınızda kimə abidə qoymusunuz? Mən sizi Heydər Əliyev Mərkəzinə dəvət edirəm, gəlin yaşadığınız şəhərin, İrəvan xanlığının tarixi ilə bağlı məlumat əldə edin. TRASEKA-nın karvanı isə öz yoluna davam edəcək.
TRASEKA-ya üzv ölkələrin nümayəndə heyətlərinin rəhbərləri yubiley tədbirinin yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlıqlarını ifadə edərək regionda iri infrastruktur layihələrinin reallaşdırıldığını diqqətə çatdırıb, Böyük İpək Yolunun bərpası və gücləndirilməsinin üzv ölkələr arasında iqtisadi-ticarət və mədəni əlaqələrin intensivləşməsinə şərait yaratdığını qeyd ediblər.
TRASEKA-nın baş katibi Mirça Çiopraqa konfransın beynəlxalq iqtisadi əməkdaşlığın genişlənməsi, regionda tərəqqinin möhkəmlənməsi, milli və regional nəqliyyat strukturlarının inkişafı, qabaqcıl təcrübənin öyrənilməsi baxımından önəmini vurğulayıb, dəhlizin inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı layihələr barədə məlumat verib.
“Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş”in imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfransda Bakı Bəyannaməsi qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31

