Azərbaycan regionda mühüm nəqliyyat-logistika mərkəzinə çevrilib
17.12.2019 [09:56]
Prezident İlham Əliyev: Biz indi Xəzərdə ən böyük donanmaya malikik, 200-dən çox gəmimiz var və indi yeni gəmilər də istismara verilir
Müstəqil Azərbaycan özünün nəqliyyat-logistika infrastrukturunun inkişafı istiqamətində daha bir böyük uğura imza atıb. Belə ki, cari il dekabrın 13-də Prezident İlham Əliyevin də qatıldığı mərasimdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan ilk neft tankeri istismara verilib və “Azərbaycan” gəmi-bərəsi suya salınıb. Mərasimdə dövlət başçısına məlumat verilib ki, özünəməxsusluğu ilə seçilən “Laçın” adlı ilk neft tankeri Odessa Dəniz Mühəndisliyi Bürosunun layihəsi əsasında yerli mütəxəssislər tərəfindən inşa edilib. Bəhs olunan mərasimdə suya salınan “Azərbaycan” gəmi-bərəsi çoxfunksiyalı inşa olunub. Prezident İlham Əliyev görülən işlərdən məmnunluğunu bildirərək vurğulayıb: “Biz indi Xəzərdə ən böyük donanmaya malikik, 200-dən çox gəmimiz var və indi yeni gəmilər də istismara verilir. Gəmilərin sayı artacaq”.
Azərbaycan nəqliyyat sektoruna böyük həcmlərdə sərmayələr yönəltməklə bu sahədəki imkanlarından daha səmərəli istifadə etməyi hədəfləyib
Bakı Gəmiqayırma Zavodunda yerli mütəxəssislər tərəfindən nəhəng neft tankerinin və çoxfunksiyalı gəmi-bərənin inşa edilməsi ilk növbədə müstəqil Azərbaycanın gücünü nümayiş etdirir. Tədbirdə də bildirildiyi kimi, “Laçın” tankeri Volqa-Don çayından keçmək imkanı olan və maksimum yükgötürmə qabiliyyətinə malik tankerdir. Tanker nəinki Xəzərdə neft və neft məhsullarının daşınmasını, həmçinin Volqa-Don və Volqa-Baltik kanalları ilə Xəzərdən kənar hövzələrə də maye yüklərin daşınmasını təmin edəcək. Böyük zərurət duyulan belə bir tankerin inşası Azərbaycan tarixində bir ilkdir. Tankerin uzunluğu 141 metr, eni 16,9 metrdir. Gəminin ağırlığı 7875 tondur.
“Azərbaycan” gəmi-bərəsi isə Bakı Gəmiqayırma Zavodunda inşa olunan ilk sərnişin, avtomobil və dəmir yolu vaqonları daşıyan “Ro-Pax” tipli gəmi-bərədir. Onunla 56 vaqon, 50 TIR, həmçinin 100 sərnişin daşımaq mümkün olacaq. Göründüyü kimi, neft tankerinin və gəmi-bərənin texniki göstəriciləri kifayət qədər yüksəkdir. Belə unikal nəqliyyat vasitələrini məhz Azərbaycan kimi güclü iqtisadi potensiala və geniş maliyyə imkanlarına malik dövlət reallaşdıra bilər.
Bəhs olunan layihələrin uğurla icra edilməsi həmçinin Azərbaycan dövlətinin ölkəmizin nəqliyyat-logistika imkanlarının genişləndirilməsinə göstərdiyi siyasi iradəni təcəssüm etdirir. Məlumdur ki, tranzit daşımaları üçün kifayət qədər əlverişli coğrafi mövqedə yerləşən Azərbaycan nəqliyyat sektoruna böyük həcmlərdə sərmayələr yönəltməklə bu sahədəki imkanlarından daha səmərəli istifadə etməyi hədəfləyib. Son 16 ildə ölkəmizin Avropa ilə Asiya arasında mühüm tranzit məkana çevrilməsini təmin etmək məqsədilə böyük iş həcmi yerinə yetirilib. Belə ki, 2004-cü ildən bu günə qədər Azərbaycanda təxminən 15 min kilometr avtomobil yolu tikilib, 443 körpü istifadəyə verilib. Bu gün Azərbaycanın çox böyük yük təyyarəsi parkı var. Azərbaycan Xəzər dənizində ən güclü dəniz donanmasına malikdir - 260 gəmidən ibarət donanma Xəzərdə yükdaşımaların təşkili üçün xüsusi rol oynayır. Hazırda ölkə ərazisində altı beynəlxalq hava limanı fəaliyyət göstərir.
Eyni zamanda, Prezident İlham Əliyevin siyasi iradəsi əsasında respublika ərazisində beynəlxalq yük və sərnişin daşımalarının mexanizmi dünya təcrübəsi əsasında daha da optimallaşdırılır və bu sahədə müvafiq hüquqi baza yaradılır. Böyük həcmlərdə investisiya qoyuluşu hesabına yaradılan müasir infrastruktur açıq dənizə çıxışı olmayan Azərbaycanı regionda mühüm nəqliyyat-logistika mərkəzinə çevirib. Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısındakı çıxışında bu amilə diqqət çəkən Prezident İlham Əliyev “Nəqliyyat sektoruna çoxmilyardlıq investisiyanın qoyulması Azərbaycanı Avrasiyanın mühüm nəqliyyat və logistik mərkəzlərindən birinə çevirmişdir. Azərbaycan Xəzəryanı ölkələr üçün mühüm tranzit rolu oynayır və bu rol ildən-ilə artmaqdadır”, - deyə vurğulayıb.
Onu da qeyd edək ki, ölkəmizin ərazisində Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə yol infrastrukturunun müasir standartlar səviyyəsində yenilənməsi 2019-cu ildə də intensiv şəkildə davam etdirilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədovun verdiyi məlumata əsasən, hələ 2018-ci ildə Bakıdan Rusiya sərhədinə qədər yeni bir yolun çəkilişi qərara alınıb. İlkin layihələndirməyə uyğun olaraq, Bakı-Rusiya sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, yəni Zeynalabdin Tağıyev qəsəbəsinin yaxınlığından Rusiya sərhədinə qədər yeni bir yolun çəkilişinə başlanıb. Yolun 2020-ci ilin sonuna qədər tam şəkildə istismara təhvil verilməsi nəzərdə tutulub.
Gəncə-Gürcüstan yolunun Qırmızı Körpüyə qədər olan 131 kilometrlik hissəsində işlər davam etdirilir. Bu yolun tikintisinin başa çatdırılması 2022-ci ilə nəzərdə tutulsa da, inşaatçılar bütün işləri 2021-ci ilin sonunadək yüksək keyfiyyətlə təhvil verməyi qərarlaşdırıblar.
İran istiqamətində yeni yolun tikintisi də diqqət mərkəzində saxlanılır. Məlumdur ki, hazırda İran sərhədinə yol Astara şəhərinin içərisindən keçir ki, bu da narahatlıq yaradır. Buna görə də Prezident İlham Əliyev Astara rayonunun ərazisindən İran sərhədinə qədər yeni marşrut üzrə yol çəkilməsi ilə bağlı tapşırıq verib. İndiyədək İran sərhədinə qədər yol çəkilib. Astara çayı üzərindəki körpünün tikintisi məsələsi də həll olunur.
Azərbaycan Xəzərin sülh və əməkdaşlıq dənizinə çevrilməsinə davamlı töhfələr verir
Zəngin enerji resurslarına, Avropa ilə Asiyanı birləşdirən, Qara dənizədək və oradan da daha geniş coğrafiyaya qədər uzanan neft-qaz boru kəmərlərinə və nəqliyyat dəhlizlərinə malik olması Xəzər hövzəsi regionunu beynəlxalq miqyasda çox mühüm geosiyasi və geoiqtisadi önəmə malik bölgə kimi səciyyələndirir. Ekspertlərin qənaəti belədir ki, sahilyanı dövlətlər arasında fəaliyyətin uzlaşdırılması, müxtəlif istiqamətlərdə əməkdaşlığın dərinləşdirilməsi bütövlükdə regionun siyasi və iqtisadi avantajlarından daha səmərəli istifadə olunmasına geniş imkanlar aça bilər. Deyilənlər baxımından Azərbaycanın Xəzərin sülh və əməkdaşlıq dənizinə çevrilməsinə davamlı töhfələr verməsi təqdirəlayiq haldır.
Bu barədə söhbət açarkən respublikamızın moderatorluğu ilə Xəzər və Qara dəniz hövzəsi coğrafiyasında reallaşdırılan çoxsaylı layihələrin əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Xəzər-Qara dəniz regionunda və daha geniş coğrafiyada çoxsaylı ölkələrin iqtisadi baxımdan çiçəklənməsinə və milli təhlükəsizliyinə etibarlı zəmin yaradan əməkdaşlığın təməli isə Azərbaycanın karbohidrogen ehtiyatlarının işlənilməsinə hesablanan enerji layihələri ilə qoyulub. Ölkəmizin ərsəyə gəlməsində həm siyasi dəstək, həm də investisiya təminatı baxımından mühüm rol oynadığı “Əsrin müqaviləsi” çərçivəsində bütün öhdəliklər yüksək səviyyədə yerinə yetirilir, həmçinin Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan kəmərləri uğurla istismar olunur. Əlamətdar haldır ki, Bakı-Tbilisi-Ceyhan yalnız Azərbaycanın deyil, Xəzərin Şərq sahillərində yerləşən ölkələrin də enerji resurslarının Qara dəniz limanları vasitəsilə dünya bazarlarına çıxarılmasını təmin edir. Ümumiyyətlə, Azərbaycanın moderatorluğu ilə reallaşdırılan enerji layihələrindən yalnız respublikamız bəhrələnmir. Qonşu Gürcüstan, qardaş Türkiyə həm tranzit, həm də istehlakçı ölkələr kimi, Azərbaycanın enerji resurslarının ixracından böyük fayda götürürlər.
Məlum olduğu kimi, 2018-ci il 12 avqust tarixində Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb. Xəzər dənizində hərtərəfli hüquqi rejimin müəyyənləşdirilməsi baxımından böyük önəm daşıyan bu sənədin imzalanmasında respublikamızın da rolu böyük olub. Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısındakı çıxışında bu məqama diqqət çəkən Prezident İlham Əliyev deyib: “Azərbaycan Xəzəryanı ölkələr arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasında fəal iştirak edib. 2010-cu ildə Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçirilmiş III Zirvə toplantısı ölkələrimiz arasında sıx əməkdaşlığın möhkəmləndirilməsi işinə mühüm töhfəsini vermişdir”.
Xəzərin hüquqi statusunun beynəlxalq normalara əsasən müəyyənləşdirilməsi sahilyanı dövlətlərin hamısının maraqlarına cavab verir. Ancaq bəhs olunan tarixdə bu razılaşmanın əldə olunmasınadək keçilən yol heç də hamar olmayıb. Müəyyən qüvvələr ümumi razılaşmanın əldə olunmasına müxtəlif vasitələrlə maneçilik törətməyə çoxsaylı cəhdlər edirdilər. Ancaq “Xəzər beşliyi” ölkələri rəhbərlərinin daim mehriban qonşuluq siyasətinə sədaqət və xoş məram nümayiş etdirmələri bu Konvensiyanın imzalanması yolunda maneələrin aşılmasına imkan verib. Tərəflərin ortaq məxrəcə gəlməsində Azərbaycanın sahilyanı dövlətlərlə səmərəli əməkdaşlıq platformaları yaratmasının önəmini isə ayrıca qeyd etmək lazımdır. “Azərbaycanın Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətləri uğurla inkişaf edir. Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir”, - deyə Prezident İlham Əliyev bildirib.
Xarici ekspertlər qeyd edirlər ki, Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın imzalanması 5 sahil ölkəsi üçün dönüş nöqtəsidir. Bütün sahilyanı ölkələr Konvensiyadan böyük iqtisadi fayda götürəcək.
Azərbaycan Xəzərdə ən böyük liman tikməklə növbəti dəfə liderlik keyfiyyəti nümayiş etdirib. Bu gün Ələt qəsəbəsində yaradılan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi Xəzər sahilində yerləşən ölkələr arasında əməkdaşlığın dərinləşməsində mühüm rol oynayır. Azərbaycanın tranzit imkanlarının genişlənməsi üçün böyük imkanlar açan liman 400 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Limanın yükaşırma qabiliyyəti 15 milyon tondur. Tranzit yüklərin həcmi artarsa, qısa müddət ərzində limanın yükaşırma imkanları 25 milyon tona çatdırıla bilər. Çox haqlı olaraq Ələt limanının inşası Azərbaycanın Xəzərdə nəqliyyat-logistik infrastrukturun inkişafına verdiyi növbəti sanballı töhfələrdən biri kimi dəyərləndirilir.
Mübariz
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20

