/ / Kiyevdə Azərbaycan-Ukrayna İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 12-ci iclası keçirilib
Kiyevdə Azərbaycan-Ukrayna İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 12-ci iclası keçirilib
01.02.2020 [11:40]
Yanvarın 31-də Kiyevdə Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın 12-ci iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycanla Ukrayna arasında siyasi və iqtisadi sahələrdə dinamik əməkdaşlığın davam etdiyini deyən Ukraynanın İnfrastruktur naziri, komissiyanın həmsədri Vladislav Krikli hər iki ölkənin enerji, sənaye, nəqliyyat, kənd təsərrüfatı, turizm, səhiyyə və təhsil sahələrində birgə layihələr həyata keçirməsinin vacibliyini vurğulayıb.
“2014-cü ildən sonra Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi kəskin azalıb. Son 3 ildə isə bu rəqəm artmağa başlayıb. Ukrayna və Azərbaycan arasında ticarət dövriyyəsi ötən il təxminən 808 milyon dollar təşkil edib. Düşünürəm ki, Azərbaycan və Ukraynanın ticarət dövriyyəsini 2 milyard dollara qədər artırmaq olar”, - deyə V.Krikli əlavə edib.
Onun sözlərinə görə, Azərbaycan sərmayələri Ukrayna üçün çox böyük əhəmiyyət kəsb edir. Ukraynanın bu gün xarici investisiyalara ehtiyacı olduğunu qeyd edən nazir SOCAR-ı Qara dəniz şelfində qaz istehsalı konsorsiumuna qoşulmağa çağırıb. V.Krikli turizm sahəsinə toxunaraq bildirib ki, Azərbaycanın və Ukraynanın turizm potensialı olduqca yüksəkdir. Ona görə də turizm əlaqələrinin möhkəmlənməsi hər iki tərəfin xeyrinə olar. O bildirib ki, Azərbaycan və Ukrayna beynəlxalq arenada bu sahədə rəqib yox, tərəfdaş olmalıdır.
“İki ölkə arasında iqtisadi əlaqələrin inkişafında təkcə dövlət qurumları deyil, özəl sektor da yaxından iştirak etməlidir. Hesab edirəm ki, iki ölkənin qurumları arasında görüşlər intensiv keçirilməlidir”, - deyə nazir qeyd edib.
Azərbaycanın Energetika naziri, komissiyanın həmsədri Pərviz Şahbazov komissiyanın daha operativ çalışması üçün mütəmadi videokonfransların keçirilməsini təklif edib. Azərbaycan və Ukraynanın tarixi əlaqələrindən, strateji tərəfdaşlığından danışan P.Şahbazov bunun iqtisadi əlaqələrin güclənməsinə müsbət təsir edəcəyini söyləyib.
P.Şahbazov Azərbaycanın iqtisadi göstəricilərinin son 15 ildə 3 dəfə artdığını bildirərək bu dövr ərzində ölkə iqtisadiyyatına 200 milyard dollardan çox sərmayə qoyulduğunu və bunun da təxminən yarısının xarici sərmayələr olduğunu qeyd edib. Bu gün isə Azərbaycan artıq özü xarici investor ölkəyə çevrilib və xarici ölkələrə 20 milyard dollardan çox sərmayə qoyub. Ukrayna iqtisadiyyatına 1,1 milyard dollar sərmayə yatırılıb. Xarici tərəfdaşlarla ticarət dövriyyəsinə görə, Ukrayna 9-cu yerdədir. P.Şahbazovun sözlərinə görə, bu, son hədd deyil, Azərbaycan sərmayələrini artırmağa hazırdır.
Nazir bildirib ki, bu gün Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsinin həcmi mövcud vəziyyəti əks etdirmir.
İclasda Azərbaycanın Xarici İşlər nazirinin müavini Xələf Xələfov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Energetika nazirinin müavini Elnur Soltanov və digərləri çıxış edərək iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafından bəhs ediblər.
İclasın sonunda bir neçə hökumətlərarası sənəd və neft-qaz sahəsində əməkdaşlıq haqqında protokol imzalanıb.
Xatırladaq ki, Azərbaycan-Ukrayna İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının sonuncu iclası 2016-cı ilin iyulunda Bakıda keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

