/ / Xəzər hövzəsi regionunda həyata keçirilən qlobal layihələr yeni əməkdaşlıq platformaları yaradıb
Xəzər hövzəsi regionunda həyata keçirilən qlobal layihələr yeni əməkdaşlıq platformaları yaradıb
14.03.2020 [11:06]
Prezident İlham Əliyev: Biz şadıq ki, Türkmənistan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilərək əməkdaşlığımızı möhkəmləndirir
Sıx ikitərəfli münasibətlər quran Azərbaycan və Türkmənistan, eyni zamanda, regional və qlobal əhəmiyyət daşıyan bir çox məsələlərdə də oxşar mövqelərdən çıxış edirlər. Hər iki ölkənin çoxtərəfli platformada daim bir-birinə dəstək nümayiş etdirmələri yaxşı nümunədir. Azərbaycan və Türkmənistan BMT, İƏT, MDB, Qoşulmama Hərəkatı və digər beynəlxalq qurumlar çərçivəsində bir qayda olaraq konstruktiv mövqe ortaya qoyurlar.
Müstəqillik illərində özlərinin iqtisadi-maliyyə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirən Azərbaycan və Türkmənistan, həmçinin Xəzər hövzəsi regionunda böyük regional və qlobal əhəmiyyət daşıyan transmilli layihələrin həyata keçirilməsinə sanballı töhfələr verirlər. Bu baxımdan iki qardaş ölkənin bir sıra transmilli enerji və nəqliyyat layihələrində səylərini əlaqələndirmələri xüsusi önəm daşıyır. Xəzər hövzəsi regionunun iki mühüm dövlətinin enerji və nəqliyyat sahələrində fəaliyyətlərini bir-biri ilə uzlaşdırmaları regional əməkdaşlığın və təhlükəsizliyin möhkəmlənməsi üçün yeni imkanlar açıb.
Azərbaycan və Türkmənistan regionun nəqliyyat-tranzit imkanlarını artırmaq üçün öz fəaliyyətlərini bir-biri ilə əlaqələndirirlər
Azərbaycanla Türkmənistan arasında iqtisadi əməkdaşlığın gündəliyində nəqliyyat sektoru xüsusi yer tutur. Bu da ölkələrimizin əlverişli coğrafi mövqedə yerləşmələri ilə əlaqədardır. Qədim İpək Yolunun üzərində yerləşən hər iki ölkə Avropa ilə Asiya arasında Orta Dəhlizin vacib seqmentlərini təşkil edirlər və həm Şərq-Qərb, həm də Şimal-Cənub marşrutlarından bəhrələnmək imkanlarına malikdirlər. Azərbaycan və Türkmənistan bundan yararlanmaqla regionda geniş əməkdaşlıq platformaları yaratmaq və əlbəttə ki, özlərinin qeyri-neft sektoru üzrə gəlirlərini artırmaq istəyirlər. Hər iki ölkə geniş potensiallarına əsaslanaraq regionda bəhs olunan dəhlizlərin funksionallığının artırılmasına, taariflərin optimallaşdırılmasına, təhlükəsizliyin təmin olunmasına böyük siyasi iradə göstərirlər. İndiyədək həm Azərbaycan, həm də Türkmənistan qeyd olunan məsələlərlə bağlı mükəmməl hüquqi bazanın yaradılmasını hədəfləyən çoxsaylı sənədlər qəbul ediblər. Qeyd edək ki, Azərbaycan Prezidentinin Türkmənistana səfəri çərçivəsində ancaq nəqliyyat sektoruna aid səkkiz sənəd imzalanıb. Həmçinin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun bu günlərdə respublikamıza baş tutan rəsmi səfəri çərçivəsində “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi ilə Türkmənistanın “Türkmənhavayolları” Agentliyi arasında Protokol”, “2008-ci il 19 may tarixli Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Sazişə əlavə və dəyişikliklərin edilməsi haqqında Protokol” imzalanıb. Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2019-2021-ci illər üçün ticarət-iqtisadi Əməkdaşlıq Proqramında da iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığa dair müddəalar öz əksini tapıb. Sənəddə vurğulanıb ki, tərəflər dəmir yolu, avtomobil yolu, dəniz və hava əlaqəsi sahəsində qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirir, milli daşıyıcıların fəaliyyəti və iki dövlətin mövcüd tranzit potensialından və infrastrukturundan səmərəli istifadə edilməsi üçün əlverişli şərait yaradırlar. Proqramda nəqliyyat sahəsində beynəlxalq sahəvi təşkilatlar çərçivəsində aktiv qarşılıqlı fəaliyyət göstərilməsinin, kommunikasiya və rabitə sahəsində birgə layihələrin həyata keçirilməsinə yardım göstərilməsinin zəruriliyi xüsusi qeyd olunub.
Azərbaycan və Türkmənistan regionun nəqliyyat-loqistik imkanlarının genişləndirilməsinə hesablanan hüquqi bazanı möhkəmlətməklə yanaşı, praktiki müstəvidə də birgə çalışmalar həyata keçirirlər və mövcud infrastrukturun modernləşdirilməsini davamlı olaraq diqqət mərkəzində saxlayırlar. Prezident İlham Əliyev Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədovun bu günlərdə respublikamıza səfəri çərçivəsində mətbuata verdiyi Bəyanatında bu amilə diqqət çəkərək vurğulayıb: “Həm Türkmənistanda, həm də Azərbaycanda nəqliyyat infrastrukturuna çox böyük diqqət yetirildiyini nəzərə alaraq, biz bu infrastrukturun modernləşdirilməsi yolunda praktiki olaraq paralel addımlayırıq”.
Həm Azərbaycan, həm də Türkmənistan öz ərazilərində beynəlxalq əhəmiyyət daşıyan magistralların müasir standartlar səviyyəsində yenidən qurulması istiqamətində böyük iş həcmi yerinə yetiriblər. Son 16 ildə Azərbaycanda təxminən 16 min kilometr avtomobil yolu tikilib, 443 körpü istifadəyə verilib. Bu gün Azərbaycanın çox böyük yük təyyarəsi parkı var. Ölkə ərazisi o qədər böyük olmasa da, respublikamız yeddi beynəlxalq hava limanına malikdir və bunların hər biri işlək vəziyyətdədir. Hava limanlarının altısında beynəlxalq uçuşlar da həyata keçirilir. Respublikamız Xəzərdə ən güclü dəniz donanması qurub - 260 gəmidən ibarət donanma Xəzərdə yükdaşımaların təşkili üçün xüsusi rol oynayır. Oxşar layihələr həmçinin Türkmənistanda reallaşdırılır. Qazaxıstan-Türkmənistan-İran dəmir yolunun istismara verilməsi, Asiya bazarlarına çıxmaq üçün Aşqabad avtobanının tikintisi və digər layihələr buna misaldır.
Bütövlükdə, iki dost dövlət Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat və ticarət dəhlizinin yaradılmasını nəzərdə tutan Lapis Lazuli marşrutunun, eləcə də Xəzər dənizi-Qara dəniz beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasına böyük töhfələr veriblər. Hər iki ölkənin Xəzər sahillərində böyük yükaşırma imkanlarına malik limanlar inşa etməsi regional və qlobal əməkdaşlığın dərinləşməsi baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycanın Ələtdə yaratdığı Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi Xəzərdə beynəlxalq daşımalar üçün yeni imkanlar açıb. Liman 400 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Limanın yükaşırma qabiliyyəti 15 milyon tondur. Tranzit yüklərin həcmi artarsa, qısa müddət ərzində limanın yükaşırma imkanları 25 milyon tona çatdırıla bilər. Türkmənistanın Xəzər sahilində inşa etdiyi limanda isə ildə 20 mln. ton yükün qəbul edilməsi və emalı üçün bütün şərait yaradılıb. Burada neft tankerlərindən yük gəmilərinə qədər bütün növ gəmilər qəbul olunur. Prezident İlham Əliyev bildirib ki, iki ölkənin əsas limanları əlaqələndirilmiş şəkildə fəaliyyət göstərir. “Bu gün bizim əsas limanlarımız əlaqələndirilmiş, uzlaşdırılmış şəkildə işləyir və ərazilərimizdən keçən yükləri artırmağa imkan verir. Biz digər ölkələrə də öz tranzit potensialımızı təqdim edirik. Hesab edirəm ki, bu gün biz həmin potensialın möhkəmləndirilməsi barədə mühüm qərar qəbul etmişik. İnfrastruktur imkanlarının təmin edilməsi və yük axınının artırılmasına şərait yaradılması üçün əlavə tədbirlər görüləcək”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycan və Türkmənistan üzərindən keçməklə Avropa ilə Asiya arasında ən qısa bağlantı yaradan Orta Dəhlizin funksionallığının artırılması baxımından respublikamızın moderatorluğu ilə inşa olunan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xüsusi önəm daşıyır. 2017-ci ildə tamamlanan BTQ-nin tikilməsi ilə respublikamız nəinki Şərq istiqamətindən, eyni zamanda, Cənub və Şimal istiqamətlərindən də bu yola yükləri cəlb edə bilib. Mütəxəssislər çox doğru olaraq BTC-ni Çin-Qazaxıstan-Xəzər-Azərbaycan-Gürcüstan-Türkiyə yolu kimi səciyyələndirirlər. Eyni zamanda, Türkmənistandan da BTC vasitəsilə yüklərin daşınmasına başlanıb.
Transmilli enerji layihələrində uzunmüddətli əməkdaşlıq yaxşı nəticələr verir
Azərbaycanla Türkmənistan enerji sektorunda fəal əməkdaşlıq edirlər ki, bu da təbiidir. Xəzər sahillərində yerləşən hər iki ölkə zəngin karbohidrogen ehtiyatlarına malikdir. Qardaş ölkələrin enerji siyasəti üst-üstə düşür. Belə ki, həm Azərbaycan, həm də Türkmənistan sabit neft-qaz təchizatçısı ölkələridir, o mövqedən çıxış edirlər ki, enerji amili heç bir halda istehsalçılar və istehlakçılar üçün təzyiq vasitəsinə çevrilməməlidir, bu sahədə əməkdaşlıq insanların rifahına və regionların çiçəklənməsinə xidmət göstərməlidir. Qeyd edək ki, iki ölkənin enerji sektorunda əməkdaşlığı uzunmüddətli xarakter daşıyır. Artıq ortada yaxşı nəticələr var. Hazırda Türkmənistan Azərbaycanın fəal təşəbbüsləri ilə yaradılan şaxələndirilmiş enerji marşrutlarından istifadə edir. İki ölkə arasında enerji sektorunda qarşılıqlı əməkdaşlığın dərinləşməsi baxımından Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin rolunu xüsusi vurğulaya bilərik. 2002-ci ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin davamlı səyləri nəticəsində “Əsrin müqaviləsi”ndə nəzərdə tutulan, lakin çoxlarının əfsanə və ya kağız üzərində kəmər hesab etdiyi əsas neft kəmərinin - Bakı-Tbilisi-Ceyhanın təməli qoyulub. Qlobal əhəmiyyət kəsb edən kəmər Azərbaycanın enerji dəhlizinə çevrilməsi istiqamətində mühüm addım idi. 2005-ci il mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasimi keçirilib, 2006-cı ildə Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin nəqlinə başlanılıb. Hazırda bu kəmər yalnız Azərbaycan neftinin daşınmasına xidmət etmir, qonşu dövlətlər, o cümlədən də Türkmənistan da bu ixrac marşrutundan bəhrələnirlər. Qonşu dövlətlərin Azərbaycanın şaxələndirilmiş nəql marşrutlarından istifadə etmələri çoxtərəfli regional əməkdaşlıq üçün yaxşı perspektivlər açır. Prezident İlham Əliyev 2018-ci ilin noyabr ayında Türkmənistana səfəri çərçivəsində dost ölkənin dövlət başçısı Qurbanqulu Berdiməhəmmədovla nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilən görüşdə Azərbaycanın dost dövlət üçün özünün tranzit imkanlarını təqdim etməsindən məmnunluğunu bildirərək deyib: “Həm Türkmənistan, həm də Azərbaycan böyük təbii ehtiyatlara malik ölkələrdir. Əlbəttə ki, ölkələrimiz arasında energetika sahəsində əməkdaşlıq təbiidir. Azərbaycan Türkmənistanın enerji ehtiyatları üçün tranzit imkanlar təqdim edir. Biz şadıq ki, Türkmənistan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilərək əməkdaşlığımızı möhkəmləndirir”.
Şübhə yoxdur ki, yenə də Azərbaycanın təşəbbüsü ilə həyata vəsiqə qazanan Cənub Qaz Dəhlizi çərçivəsində əməkdaşlıq iki ölkənin münasibətlərini daha yaksək pilləyə qaldıracaq. Azərbaycanın zəngin “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsinə və Avropanın mərkəzi ölkələrinə çatdırılmasına hesablanan Cənub Qaz Dəhlizi regional və qlobal əməkdaşlıq layihəsidir. Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliyada Cənub Qaz Dəhlizinə üzv dövlətlərdir. Bundan başqa, artıq Xorvatiya, Monteneqro, Bosniya və Herseqovina ilə anlaşma memorandumları imzalanıb. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantılarına Macarıstan, Rumıniya, Serbiya, San-Marino və Türkmənistandan olan nümayəndələrin də qatılması bu layihəyə maraq göstərən dövlətlərin sayının getdikcə artığını təsdiqləyir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44

