/ / Azərbaycan ehtiyatlarını qorumağı və artırmağı özünün başlıca iqtisadi hədəfi kimi müəyyənləşdirib
Azərbaycan ehtiyatlarını qorumağı və artırmağı özünün başlıca iqtisadi hədəfi kimi müəyyənləşdirib
03.06.2020 [08:53]
Prezident İlham Əliyev: İqtisadiyyatın pandemiyadan zərər çəkən sektorlarını dəstəkləmək, eləcə də işsizləri, işini itirmiş insanları, aztəminatlı insanları və hətta qeyri-formal məşğulluğa cəlb olunmuş insanları dəstəkləmək üçün 2 milyard avrodan çox vəsait ayırmışıq
Xəbər verildiyi kimi, iyunun 1-də Asiya İnkişaf Bankının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib. Prezident İlham Əliyev videokonfransda Azərbaycanla Asiya İnkişaf Bankı arasında tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsindən məmnunluğunu bildirərək, ölkəmizdə yeni növ koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində görülən qabaqlayıcı tədbirlərin geniş spektiri barədə məlumat verib. Dövlət başçımızın diqqət çəkdiyi mühüm məqamlardan biri isə iqtisadi sektorla bağlı olub. Bu xüsusda fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib: “Bilirsiniz ki, biz üzərimizə düşən işi layiqincə yerinə yetiririk və bizim xərclərimiz daim mənfəətimizdən aşağı olub. Mən deyərdim ki, ehtiyatları qorumaq və artırmaq bizim başlıca iqtisadi hədəfimiz olub”.
Azərbaycan yaxşı nəticələr nümayiş etdirən ölkələr arasında olacaq
Bəhs olunan videokonfransda Azərbaycan Prezidentinin iqtisadi məsələlərin prioritetliyini önə çəkməsi heç də təsadüfi deyildir. Dünyanın hazırkı mənzərəsinə diqqət yetirdikdə görürük ki, yeni növ koronavirus (COVİD-19) infeksiyasının ağır fəsadları iqtisadi sektorda da açıq-aydın hiss olunur. Nüfuzlu beynəlxalq reytinq agentliklərinin dəyərləndirmələrinə görə, pandemiya səbəbindən qlobal iqtisadiyyatın zəifləməsi hətta 2008-2009-cu illərin böhranından daha dərin olaçaq. Bu gün pandemiya ilə əlaqədar bir çox ölkələrin iqtisadiyyatı resessiyadadır. Ayrı-ayrı dövlətlər pandemiya səbəbindən getdikcə artan xərclərini qarşılamaqda çətinlik çəkirlər. Verilən məlumatlara görə, indiyədək 150-dən çox ölkə kömək üçün Dünya Bankına və Beynəlxalq Valyuta Fondüna müraciət edib. Respublikamızın adı isə bu siyahıda yoxdur.
Dünyadakı kədərli mənzərə fonunda Azərbaycanın pandemiyanın yaratdığı çətinlikləri sırf daxili imkanlar hesabına qarşılaması təqdirəlayiq haldır. Bu da son 16 ildə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasətin məntiqi nəticəsidir. Son 16 ildə respublikamızın həyatı uğurla reallaşdırılan islahatlarla səciyyələnib. Aparılan islahatlar sayəsində ölkəmizdə iqtisadi inkişaf üçün bütün şərtlər təmin olunub. Qeyd edək ki, Azərbaycan bəhs olunan dövrdə ümumi daxili məhsul istehsalını 3,4 dəfə genişləndirməklə dünya üzrə ən dinamik iqtisadi inkişaf templərinə malik olan ölkələr sırasında yer alıb. Paralel şəkildə, ölkəmizin strateji valyuta ehtiyatları artırılıb.
Vaxtında yaradılan güclü “təhlükəsizlik yastığı” indiki pandemiya şəraitində meydana çıxan çağırışları inamla qarşılamağa imkan verir. Əlamətdar haldır ki, pandemiya şəraitində respublikamızda böyük həcmlərdə maliyyə vəsaiti ayrılaraq genişmiqyaslı səhiyyə tədbirləri həyata keçirilir. Respublikamızda pandemiya şəraitində heç bir sosial layihə ixtisara salınmayıb.
Ölkəmizdə pandemiyaya qarşı mübarizə çərçivəsində reallaşdırılan tədbirlərin böyük bir qismi iqtisadiyyatın müxtəlif istiqamətlərini əhatə edir. Respublikamız pandemiya şəraitində iqtisadi subyektlərin dəstəklənməsi, o cümlədən də əməkhaqlarının və iş yerlərinin qorunması proqramlarının icrasına böyük həcmlərdə maliyyə vəsaiti yönəldir. Prezident İlham Əliyev bildirib ki, biz qeyri-formal məşğulluqla mübarizə aparırıq və ciddi tədbirlər görmüşük. Təkcə bu il işçilərlə şirkətlər arasında 100 mindən çox müqavilə imzalanıb. Dəstək tədbirlərinin əhatə dairəsinin kifayət qədər geniş olduğuna diqqət çəkən dövlətimizin başçısı “İqtisadiyyatın pandemiyadan zərər çəkən sektorlarını dəstəkləmək, eləcə də işsizləri, işini itirmiş insanları, aztəminatlı insanları və hətta qeyri-formal məşğulluğa cəlb olunmuş insanları dəstəkləmək üçün 2 milyard avrodan çox vəsait ayırmışıq”, - deyə vurğulayıb.
Hazırda ölkəmizdə iqtisadiyyatın pandemiyadan zərər çəkən sahələrində çalışan muzdlu işçilərə və mikrosahibkarlara dəstək proqramı uğurla reallaşdırılır. Bu proqram təxminən 600 min insanı əhatə edir. Maliyyə Nazirliyindən verilən məlumata əsasən, Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planının iqtisadi artıma və sahibkarlığa dəstək istiqaməti üzrə bir neçə sahənin maliyyələşdirilməsi həyata keçirilir. O cümlədən, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqlarının ödənilməsi üçün dövlət büdcəsindən 69 milyon 119 min manat, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üçün 55 milyon 637 min manat vəsaitin ayrılması təmin edilib. Sahibkarlığın İnkişafı Fonduna sahibkarlıq subyektlərinə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması məqsədilə 35 milyon manat ödənilib. Tədbirlər Planında nəzərdə tutulduğu kimi, iqtisadiyyatın həyati vacib sərnişindaşıma sahəsinə də maliyyə dəstəyi göstərilir. Dövlət dəstəyi tədbirləri çərçivəsində respublikamızın ən iri aviaşirkəti olan “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) 86 milyon 900 min vəsait köçürülüb. “Bakı Metropoliteni” QSC-yə isə dövlət büdcəsindən 2 milyon 600 min manat ilkin maliyyə dəstəyi göstərilib.
Yuxarıda sadalanan faktlardan da göründüyü kimi, pandemiya şəraitində milli iqtisadiyyatımızın dəstəklənməsi məqsədilə reallaşdırılan tədbirlərin miqyası kifayət qədər genişdir. Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə həyata keçirilən bütün bu dəstək tədbirləri pandemiya şəraitində milli iqtisadiyyatımızın sabitliyinin və funksionallığının qorunmasına, eyni zamanda, postpandemiya dövründə yeni iqtisadi modelin tətbiqinə real zəmin yaradılmasına hesablanıb. Prezident İlham Əliyev iqtisadiyyatın dəstəklənməsi tədbirlərinin perspektivlərinə inamını ifadə edərək vurğulayıb: “Düşünürəm ki, ümumilikdə, Azərbaycan yaxşı nəticələr nümayiş etdirən ölkələr arasında olacaq”.
Ölkəmizdə qeyri-enerji sektorunun sürətli artımı bundan sonra da davam edəcək
Son 16 ildə respublikamızda iqtisadiyyatın neftdənkənar sahələrinin imkanlarının genişləndirilməsi dövlət siyasətinin prioritet istiqamətini təşkil edib. Təsadüfi deyil ki, cari ilin 4 ayında milli iqtisadiyyatımızda ən yaxşı inkişaf göstəricisi 16 faiz olmaqla məhz qeyri-neft sənayesində qeydə alınıb. Yeri gəlmişkən, Davosda region üzrə Dördüncü Sənaye İnqilabının regional habının yaradılması üzrə sənədin imzalanması Azərbaycanın sənaye inkişafı sahəsində səylərinin yaxşı qiymətləndirilməsinin təsdiqidir. Azərbaycana texnoloji yeniliklərə əsaslanan fəal sənaye inkişafı ilə əlaqədar yaxşı mütəxəssislərin hazırlanmasının böyük əhəmiyyətə malik olduğunu bildirən Prezident İlham Əliyev “Bu ilin bir göstəricisini sizə deyə bilərəm. İlk dörd ay ərzində ümumi daxili məsul artımının çox az - 0,2 faiz olmasına baxmayaraq, həmin dörd ay ərzində bizdə qeyri-neft sənayesində 16 faizdən çox artım müşahidə olunmuşdur. Bu, həqiqətən onu göstərir ki, bizim sənayeləşmə, şaxələnmə və sənaye inkişafına təkan verən infrastruktura sərmayə üzrə səylərimiz həqiqətən yaxşı nəticələr verir. Buna görə də qeyri-enerji sektorunun sürətli artımı əminəm ki, davam edəcəkdir və bunun üçün də bizə bu biznesi apara bilən yaxşı mütəxəssislər lazım olacaqdır”, - deyə vurğulayıb.
Azərbaycanda iqtisadiyyatın neftdənkənar sahələrinin inkişafından söhbət açarkən son illərdə ölkəmizdə elektrik enerjisinin istehsalının əhəmiyyətli dərəcədə artmasının önəmini ayrıca qeyd etmək lazımdır. Qısa müddətdə respublikamızın elektrik enerjisini idxal edən ölkədən bu sahədə ixracatçı ölkəyə çevrilməsi qürurverici haldır. Videokonfransda da bildirildiyi kimi, Azərenerji minimum 600 meqavat səviyyəsində mövcud elektrik enerjisi stansiyalarının məhsuldarlığını artırmağa nail olub və bu proses davam edir. Qafqazda ən böyük olan Mingəçevir elektrik stansiyası tamamilə bərpa olunub. Azərbaycanda hazırda bərpa olunan enerji mənbələri üzərində fəal şəkildə iş aparılır. Bu sahədə ümumi enerji hasilatının həcmi 400 meqavata çatacaq.
Neftdənkənar iqtisadiyyatın inkişafına güclü siyasi iradə göstərən Azərbaycan həmçinin özünün nəqliyyat-tranzit imkanlarını genişləndirməyi hədəfləyib. Son illərdə reallaşdırılan önəmli layihələr sayəsində respublikamız regionun mühüm nəqliyyat qovşağına çevrilib. Artıq Avropadan Asiyaya və əks istiqamətə gedən yüklər Azərbaycan üzərindən daşınır. Respublikamız özünün nəqliyyat infrastrukturunun imkanlarını daha da genişləndirmək niyyətindədir. Videokonfransda da bildirildiyi kimi, Azərbaycana Şimal-Cənub dəhlizinin bir hissəsi olacaq müasir dəmir yolu sistemi lazımdır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35

