Azərbaycan regionda turizm mərkəzinə çevrilir
02.03.2010 [08:03]
Qəbələdə turizm sənayesi yüksək inkişaf mərhələsinə qədəm qoyurAzərbaycanda turizm sektorunun inkişafı ilə bağlı həyata keçirilən siyasət öz mühüm bəhrəsini verməkdədir. Əlverişli coğrafi və təbii iqlim şəraitinin olması, landşaftın zənginliyi, iqtisadi imkanların artması respublikamızda turizm sənayesinin və ekoturizmin inkişafı üçün əhəmiyyətli zəmin yaradır. Son illərdə dövlətin bu sahəyə dəstəyinin güclənməsi və turizm infrastrukturunun yenidən qurulması istiqamətində davamlı tədbirlərin həyata keçirilməsi turizm sənayesinin yüksək inkişafına imkan yaradıb. Prezident İlham Əliyevin regionlara səfərləri və turizm infrastrukturunun inkişaf etdirilməsi ilə bağlı müvafiq tapşırıqları isə respublikamızda turizm sektorunun keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına səbəb olub. ölkəmizin bir çox bölgələrində istirahət mərkəzlərinin imkanlarının səfərbər edilərək turizm obyektlərinin yaradılması, ən qabaqcıl texnologiyaların və xidmət çeşidlərinin tətbiq olunması üçün mühüm layihələrin həyata keçirilməsi davam etdirilməkdədir.
Turizm sənayesinin inkişafında özünəməxsus xüsusiyyətləri və coğrafi-iqlim şəraiti ilə seçilən Qəbələ rayonu son illərdə bu sahədə həyata keçirilən layihələrin miqyas baxımından əhatəliliyinə görə, xüsusi mövqeyə malikdir. Son 5 ildə bu rayonda turizm obyektlərinin sayı əhəmiyyətli dərəcədə artıb və ölkəmizə gələn turistlərin sayına görə Qəbələ üstünlüyə malik olması ilə fərqlənir. Rayonda ötən illər ərzində Zərifə xanım Əliyeva adına parkın, “Qəbələ” mehmanxanasının, Turizm-istirahət kompleksinin, Müalicə-Diaqnostika Mərkəzinin, Qəbələ Olimpiya-İdman Kompleksinin, “İstisu” sağlamlıq və istirahət mərkəzinin və digər obyektlərin istifadəyə verilməsi turistlərin axınına səbəb olub. Rayondakı turizm potensialının daha da inkişaf etdirilməsi məqsədilə bu istiqamətdə işlər davam etdirilib və yeni obyektlər istifadəyə verilib.
Prezident İlham Əliyevin Qəbələyə səfəri zamanı açılış mərasimləri keçirilən “Qafqaz-Park” Gənclik Mərkəzi, “Qafqaz Sahil” mehmanxana kompleksi, “Fitnes” sağlamlıq mərkəzi və “Qafqaz Resort” mehmanxanası bu rayonun turizm imkanlarının daha da genişlənməsinə əlverişli baza yaratmış olur. Yeni turizm obyektləri bu bölgəyə turistlərin sayının daha da artmasına və Qəbələnin geniş turizm mərkəzinə çevrilməsinə səbəb olacaq. Xatırladaq ki, sözügedən turizm kompleksləri dünya ölkələrinin əksəriyyəti ilə müqayisədə daha moderndir, eyni zamanda, xidmət infrastrukturunun zənginliyinə görə, böyük üstünlüyə malikdir. Qəbələdəki turizm-istirahət mərkəzlərində yaradılmış müayinə və müalicə bölmələri, amfiteatrlar, kinozallar, saunalar, SPA kabinetləri, hidromasaj otaqları, müalicə vannaları, iaşə obyektləri, üzgüçülük hovuzları, süni göllər, kafelər, uşaq əyləncə mərkəzləri, bütün növ idman qurğuları və ən son infrastruktur xidmətləri bir çox ölkələrin turizm mərkəzləri ilə müqayisədə qat-qat yüksəkdir. Bununla yanaşı, bu istirahət mərkəzlərində turizm infrastrukturunun kompleks şəkildə yaradılması Avropa, Asiya və Yaxın Şərq ölkələrindəki turizm obyektlərindən yüksək olmasına görə, fərqlənir. Onu da qeyd edək ki, rayondakı turizm mərkəzlərini keyfiyyətli və etibarlı şəkildə enerji ilə təmin etmək üçün xüsusi infrastruktur - “Laza” yarımstansiyası istifadəyə verilib. Ən müasir üslubda inşa olunmuş yeni avtovağzal isə Qəbələyə gələn turistlərin rahatlığı üçün böyük əhəmiyyətə malikdir.
Qəbələ ilə yanaşı, Azərbaycanın digər rayonlarında da turizm infrastrukturunun yenidən qurulması istiqamətində mühüm layihələr həyata keçirilməkdədir. Xaçmaz, Quba, Qusar, Zaqatala, Balakən, Oğuz, Lənkəran, Masallı, Şəki, İsmayıllı, Şamaxı və digər bölgələrdə turizmin inkişafı ilə bağlı kompleks tədbirlər görülür. Həmin bölgələrdə yaradılmış iri turizm-istirahət mərkəzlərinə gələn əcnəbi turistlərin sayı onminlərlədir.
Hazırda ölkəmizdə regionda ən nəhəng layihələrdən biri olan Qusar Qış İdman Turizm Mərkəzinin yaradılması istiqamətində intensiv işlər aparılır. Bu mərkəzin yaradılmasında Norveç və İsveçrə kimi dövlətlərin təcrübəsi öyrənilib tətbiq olunmaqdadır. Xatırladaq ki, Norveçdə turizm neftdən sonra ikinci valyuta gətirən sahə hesab edilir və bu dövlətin qış turizmi dünyada, demək olar ki, əvəzsizdir. Norveçin qış istirahət mərkəzləri olan Kvitfele, Lillehammer Xafel və Şeykampen dünyanın “qış cənnəti” hesab olunur və artıq bu şəhərlər dağ xizək kurortuna görə Davos kimi ənənəvi qış turizminin möcüzəsini geridə qoymağa başlayıb. İldə 300-400 minə yaxın qonağı olan bu bölgələr Norveçin ildə on milyard dollara yaxın gəlir əldə etməsinə imkan yaradır.
Qusar Qış İdman Turizm Mərkəzinin yaradılması başa çatdıqdan sonra Azərbaycana qış aylarında böyük turist axını gözlənilir. Burada turistlər üçün əlavə istirahət və əyləncə mərkəzləri, otel və idman komplekslərinin tikintisi də planlaşdırılır. Bundan başqa, Gürcüstan-Azərbaycan sərhədində 500 metrlik sərhəd xəttində yerləşən qoruğun ərazisində “bunqalo” tipli mehmanxana-kurort və turizm infrastrukturunun yaradılması da planlaşdırılır.
Respublikamız zəngin neft-qaz ölkələri olan Birləşmiş Ərəb Əmirlikləri, Misir, Səudiyyə Ərəbistanının da turizm sənayesinin təcrübəsindən faydalanmaq niyyətindədir. Hazırda bu dövlətlərin ən cəlbedici layihələri nəzərdən keçirilir. Həmin layihələrindən biri ölkəmizdə dənizin içərisində ən möhtəşəm turizm və mehmanxana-istirahət mərkəzinin tikintisi ilə bağlıdır. Bu layihə dünyanın ən məşhur Boatel mehmanxanalarının oxşarı da ola bilər. Eləcə də, Dubayın turizm layihələrinə üstünlük verən hökumət böyüklüyünə görə dünyanın 3-cü ən iri örtülü “qar” kurortu olan Ski Dubay kompleksindən yararlanmaq istəyir.
Azərbaycanın zəngin turizm potensialı xarici sərmayəçilərin də marağına səbəb olub və onlar bu sahəyə investisiya qoymaq niyyətindədirlər. Hazırda Almaniya, Rusiya, Türkiyə və Cənubi Koreya sərmayəçiləri ölkəmizdə turizm layihələrinin həyata keçirilməsi üçün hökumətlə müzakirələr aparırlar.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına bax
Gündəm
13 Sentyabr 11:59

Gündəm
13 Sentyabr 11:23

İqtisadiyyat
13 Sentyabr 10:54

Analitik
13 Sentyabr 10:46

İqtisadiyyat
13 Sentyabr 10:32

İdman
13 Sentyabr 10:16

Analitik
13 Sentyabr 09:56

Analitik
13 Sentyabr 09:45

Dünya
13 Sentyabr 09:25

Analitik
13 Sentyabr 09:11

MEDİA
13 Sentyabr 08:51

Ədəbiyyat
13 Sentyabr 08:28

Dünya
13 Sentyabr 08:23

Dünya
12 Sentyabr 23:39

İdman
12 Sentyabr 23:12

İqtisadiyyat
12 Sentyabr 22:57

Sosial
12 Sentyabr 22:26

Sosial
12 Sentyabr 21:45

Dünya
12 Sentyabr 21:30

Dünya
12 Sentyabr 21:19

Siyasət
12 Sentyabr 20:57

İdman
12 Sentyabr 20:42

Dünya
12 Sentyabr 20:14

Hadisə
12 Sentyabr 19:56

İqtisadiyyat
12 Sentyabr 19:25

Dünya
12 Sentyabr 18:23

COP29
12 Sentyabr 17:20

Sosial
12 Sentyabr 16:59

Sosial
12 Sentyabr 16:40

Mədəniyyət
12 Sentyabr 16:29

Sosial
12 Sentyabr 15:29

İqtisadiyyat
12 Sentyabr 13:28

YAP xəbərləri
12 Sentyabr 12:58

Dünya
12 Sentyabr 12:28

Gündəm
12 Sentyabr 12:27

Dünya
12 Sentyabr 12:27

Sosial
12 Sentyabr 12:23

Hadisə
12 Sentyabr 12:22

İqtisadiyyat
12 Sentyabr 12:21

İqtisadiyyat
12 Sentyabr 12:20

İqtisadiyyat
12 Sentyabr 12:15

Elm
12 Sentyabr 12:15

Elm
12 Sentyabr 12:11

Mədəniyyət
12 Sentyabr 11:58

İqtisadiyyat
12 Sentyabr 11:46

Siyasət
12 Sentyabr 11:36

İqtisadiyyat
12 Sentyabr 11:21

İqtisadiyyat
12 Sentyabr 11:15

Sosial
12 Sentyabr 11:07

Analitik
12 Sentyabr 10:58

Siyasət
12 Sentyabr 10:44

Analitik
12 Sentyabr 10:29

Analitik
12 Sentyabr 10:16

Analitik
12 Sentyabr 09:50

Analitik
12 Sentyabr 09:35

Ədəbiyyat
12 Sentyabr 09:14

MEDİA
12 Sentyabr 08:59

Sosial
12 Sentyabr 08:32

Dünya
11 Sentyabr 23:30

Dünya
11 Sentyabr 23:14

İdman
11 Sentyabr 22:48

Dünya
11 Sentyabr 22:36

Sosial
11 Sentyabr 22:15

Elm
11 Sentyabr 21:49

Dünya
11 Sentyabr 21:26

İdman
11 Sentyabr 21:12

Dünya
11 Sentyabr 20:53

İqtisadiyyat
11 Sentyabr 20:21

Dünya
11 Sentyabr 20:06

Dünya
11 Sentyabr 19:45
