/ / Güclü iqtisadi potensiala sahib olan Azərbaycanda pandemiya şəraitində böyük sosial layihələr reallaşdırılır
Güclü iqtisadi potensiala sahib olan Azərbaycanda pandemiya şəraitində böyük sosial layihələr reallaşdırılır
08.08.2020 [01:00]
Prezident İlham Əliyev: Biz təqribən 5 milyona yaxın insanı geniş sosial paketlə əhatə etdik
Artıq bir neçə aydır ki, Azərbaycan dövlətinin gündəliyində koronavirus pandemiyasına (COVID-19) qarşı mübarizə tədbirləri xüsusi yer tutur. Pandemiya şəraitində ölkənin bütün əlaqədar qurumları Prezident İlham Əliyevin göstərişi ilə Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planının yüksək səviyyədə yerinə yetirilməsini təmin etmək üçün koordinasiya olunmuş şəkildə fəaliyyət göstərirlər. Qeyd edək ki, respublikamızda pandemiyanın mənfi təsirlərini azaltmaq üçün bir sıra prioritetlər müəyyənləşdirilib ki, onların da sırasında insanların sağlamlığının, həyatının qorunması, ölkə vətəndaşlarının sosial müdafiəsinin təmin edilməsi ön planda dayanır. Respublikamızda pandemiyanın elə ilk günlərindən etibarən müəyyənləşdirilən bu kimi prioritetlərə uyğun olaraq ardıcıl şəkildə zəruri səhiyyə və sosial dəstək tədbirləri həyata keçirilir.
Ümumiyyətlə, ölkəmizdə pandemiyaya qarşı mübarizə kompleks səciyyə daşıyır. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və operativ qabaqlayıcı tədbirlərin, o cümlədən xüsusi karantin rejiminin tətbiqi nəticəsində koronavirusla mübarizə sahəsində yenidən müsbət dinamika əldə olunub. Nazirlər Kabineti yanında Operativ Qərargahın həyata keçirdiyi tədbirlər, vətəndaşların məsuliyyətli davranışı pandemiya ilə mübarizədə müsbət dinamikanın əldə olunmasının başlıca səbəbləridir. Həyata keçirilən səmərəli mübarizə tədbirləri bir daha təsdiqləyir ki, ölkəmizdə koronavirus xəstəliyi ilə bağlı bütün məsələlər dövlətin ciddi nəzarəti nəzarət altındadır. Yeri gəlmişkən, avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib. Dövlət başçımız müşavirədəki nitqində respublikamızda indiyədək pandemiyaya qarşı müxtəlif istiqamətlərdə görülən tədbirləri yüksək dəyərləndirərək vurğulayıb: “Məhz belə operativ, çevik və məqsədə hesablanmış addımlar nəticəsində bu gün xəstəlik nəzarət altındadır. Bir daha demək istəyirəm ki, son üç həftə ərzində xəstələnənlərin sayı azalmaqdadır. Bütün bu addımlar, əlbəttə, imkan verir ki, biz bu vəziyyətdən şərəflə çıxaq, insanlarımızı qoruyaq”.
Ölkədə pandemiya şəraitində rekord həcmdə sosial layihələr reallaşdırılıb
Azərbaycan sosial dövlətdir. Ölkəmizdə reallaşdırılan dövlət siyasətinin əsas prioritetlərindən biri məhz insanların həyat şəraitinin davamlı şəkildə yaxşılaşdırılması və onların gəlir imkanlarının artırılması ilə bağlıdır. Respublikamızda ən çətin anlarda - zəlzələlər, daşqınlar, yanğınlar zamanı dövlət vətəndaşların yanında olub. Respublikamızda bu ənənə bir sıra çətinliklərlə müşayiət olunan pandemiya şəraitində də davam etdirilir. Azərbaycan dövləti pandemiya ilə mübarizə gündəliyini məhz Prezident İlham Əliyevin “həyata keçirdiyimiz siyasətin mərkəzində insan amili dayanır” yanaşmasına uyğun müəyyənləşdirib. Prezident İlham Əliyev pandemiya şəraitində ölkəmizdə reallaşdırılan sosial dəstək tədbirlərinin kifayət qədər əhatəli olduğuna diqqət çəkərək bildirib ki, biz təqribən 5 milyona yaxın insanı geniş sosial paketlə əhatə etdik. “Ölkəmizdə çox böyük sosial layihələr həyata keçirilir və 2020-ci ildə bu layihələrin həcmi rekord həddə çatıb. Baxmayaraq ki, həm pandemiya, həm də neftin qiymətinin aşağı səviyyədə olması bizim gəlirlərimizə çox mənfi təsir göstərib, ancaq nəzərdə tutulmuş bir dənə də olsun sosial layihə yarımçıq qalmayıb, yaxud da ixtisar edilməyib”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Respublikamızda pandemiya şəritində məşğulluğa və sosial rifaha dəstək proqramı reallaşdırılır. Karantin dövründə dövlət sektorunda çalışan 910 min işçinin təxminən 80%-i işə çıxmasa da, onların əməkhaqqı ödənilir. Özəl sektorda pandemiyadan zərər çəkmiş sahələrdə işləyən 600 min nəfərə dövlət dəstəyinin göstərilməsi tapşırığı verilib və artıq 320 min şəxs bu dəstəkdən yararlanıb. Məşğulluq imkanlarının artırılması üçün ödənişli ictimai iş yerlərinin sayı 38 mindən 90 minə çatdırılıb, artıq 65 min insan əmək müqaviləsi ilə bu işlərə cəlb olunub. Ölkə üzrə qeyri-formal çalışan və pandemiya səbəbindən öz işini itirən, əsasən aztəminatlı təbəqəyə aid 600 min insan dövlət tərəfindən qayğı ilə əhatə olunub - onlara artıq bir neçə aydır ki, 190 manat məbləğində müavinət verilir. Bu zəruri sosial dəstək tədbiri bundan sonra da davam etdiriləcək. Məlumdur ki, hazırda Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir. Prezident İlham Əliyev müşavirədə tapşırıq verib ki, həmin rayonlarda bəhs olunan kateqoriyaya aid insanlara avqust ayında da 190 manat ödənilş verilsin.
Hazırda ölkə üzrə 85 min ailənin 350 mindən çox üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin olunur. Hər ailəyə düşən yardımın orta aylıq məbləği 225 manatdan çoxdur. Ünvanlı dövlət sosial yardımının verilməsi müddətinin uzadılması və təyinatının sadələşdirilməsi yüksək vətəndaş məmnunluğu yaradır. Müşavirədə əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev məlumat verərək bildirib ki, dövlət başçısının tapşırığı ilə ünvanlı sosial yardım proqramının əhatə dairəsinin genişləndirilməsi nəticəsində əlavə 14 min ailənin, 58 min şəxsin bu proqrama cəlb olunması təmin edilib. Nazirliyin rəsmisi onu da bildirib ki, təmsil etdiyi qurum sosial tərəfdaşlarının köməyi ilə 100 min ailəyə iki dəfə, yəni faktiki olaraq 200 min ərzaq payı təqdim edib.
Ölkəmizdə pandemiya şəraitində, həmçinin şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin, minik avtomobillərinin verilməsi ənənəsi davam etdirilir. Əlamətdar haldır ki, ordu sıralarında qüsursuz xidmət göstərən hərbiçilərin də mənzil-məişət şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Bu barədə ətraflı bəhs edən Prezident İlham Əliyev bildirib: “Qeyd etməliyəm ki, bu il rekord sayda məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunacaq. Bu il bu imkandan 7 mindən çox köçkün ailəsi faydalanacaq. Bu il rekord sayda - 1500 şəhid ailəsi, Qarabağ müharibəsi əlili mənzillərlə təmin ediləcəkdir. Ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq”.
Pandemiya şəraitində iqtisadiyyatın dəstəklənməsi məqsədilə görülən tədbirlər mühüm əhəmiyyətə malikdir
Məlum olduğu kimi, pandemiya dünya iqtisadiyyatında ciddi fəsadlara yol açıb. Mal və xidmətlərə istehlakın azalması səbəbindən iqtisadi aktivlik aşağı düşüb. Ekspertlərin bildirdiklərnə görə, pandemiya səbəbindən dünya iqtisadiyyatında müşahidə edilən geriləmə 2008-2009-cu illər böhranından daha dərin olacaq. Artıq ayrı-ayrı ölkələr indiki şəraitdə artan xərclərini qarşılamaqda çətinlik çəkdiklərini açıq şəkildə bəyan edirlər. Qeyd etmək yerinə düşər ki, indiyədək təxminən 150 ölkə maliyyə dəstəyi almaq üçün Dünya Bankına, Beynəlxalq Valyuta Fonduna müraciət edib. Azərbaycanın adı isə bu siyahıda yoxdur. Ölkəmiz qlobal pandemiyanın yaratdığı bütün çətinlikləri sırf öz gücünə dəf edir, həmçinin güclü iqtisadi potensialına əsaslanaraq geniş əhatə dairəsinə malik sosial layihələr həyata keçirir. Müşavirədə bununla bağlı məqamlara da diqqət çəkilib. Bildirilib ki, ötən dövrdə iqtisadiyyatın möhkəmləndirilməsi, maliyyə imkanlarının genişləndirilməsi çətin pandemiya dövründə Azərbaycanın özünə inam hissini gücləndirən əsas amil qismində çıxış edir. Əlbəttə, qlobal pandemiya, digər mənfi xarici proseslər, o cümlədən də birjalarda neftin qiymətinin aşağı düşməsi ötən illərdə məqsədyönlü siyasət sayəsində dünya birliyinə sıx inteqrasiya etmiş Azərbaycanın da iqtisadiyyatına öz mənfi təsirlərini göstərib. Cari ilin əvvəlindən milli iqtisadiyyatımızda 2,7 faizlik geriləmə baş verib. Qeyd etiyimiz kimi, bu geriləmə daxili amillərlə deyil, xarici mənfi təsirlərlə şərtlənir. Digər tərəfdən, ayrı-ayrı ölkələrdə müşahidə edilən 10 faiz civarında və daha yüksək tənəzzüllə müqayisədə, Azərbaycan iqtisadiyyatı daha az geriləməyə məruz qalıb. Respublikamızda pandemiya dövründə makroiqtisadi sabitliyin təmin olunması, inflyasiyanın 3 faiz ətrafında qərarlaşması və xarici borcun artmaması milli iqtisadiyyatımızın dayanıqlılığı ilə bağlıdır. Onu da vurğulayaq ki, cətinliklərə baxmayaraq, respublikamızda bir sıra sahələrdə, o cümlədən kənd təsərrüfatında, sənayenin qeyri-neft sektorunda artıma nail olunub.
Qeyd edək ki, respublikamızda indiki çətin dövrdə iqtisadiyyatın funksionallığının təmin olunmasına, postpandemiya dövründə iqtisadi fəallığın artırılmasına real zəmin yaradılmasına hesablanan proqramlar hazırlanaraq onların reallaşdırılmasına başlanılıb ki, bu da böyük aktuallıq daşıyır. Prezident İlham Əliyev vurğulayıb ki, iqtisadi sahədə biznesə dəstək məsələlərində də çox böyük addımlar atılıb. “Həm ilin əvvəlində nəzərdə tutulmuş layihələr, sahibkarlara güzəştli şərtlərlə kreditlərin, subsidiyaların verilməsi, kənd təsərrüfatının stimullaşdırılması, eyni zamanda, pandemiya ilə əlaqədar görülmüş işlər hesab edirəm ki, bizim siyasətimizi tam şəkildə əks etdirir”, - deyə dövlətimizin başçısı bildirib.
Müşavirədə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizin iqtisadi inkişafının təmin edilməsi məqsədilə görülən tədbirlərdən ətraflı bəhs edib. Nazir bildirib ki, indiyədək müxtəlif proqramlar üzrə yüzlərlə sahibkara güzəştli kreditlər təqdim edilib. Mövcud kreditlərin faizlərinin ödənişlərinə dəstək proqramı icra olunmaqdadır. Vergi güzəştlərinə aid olan bütün tədbirlər qanunvericilikdə öz əksini tapıb, o cümlədən ipoteka proqramının genişlənməsinə dair tədbirlər də həyata keçirilib. Bütövlükdə, ölkəmizdə iqtisadi fəallığın təmin edilməsinə hesablanan tədbirlərin əhatə dairəsi kifayət qədər genişdir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxHadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25

