Azərbaycanın maliyyə və bank sektoru həddindən artıq dözümlü və sabitdir
18.03.2010 [10:16]
Son dövrlər Azərbaycanda bankların bağlanacağı, əhalinin həmin banklardakı əmanətlərinin “batacağı” barədə bəzi KİV-lərdə əsassız və real faktlara söykənməyən məlumatlar yayılmaqdadır. Təbii ki, bu, banklarda depozitləri olan bir sıra vətəndaşların narahatlığına səbəb olur. Bankların kapital resursları, dinamikası və onların aktiv fəaliyyəti isə onu göstərir ki, Azərbaycanın maliyyə və bank sektoru həddindən artıq dözümlü və sabitdir. Yəni, vətəndaşların, daha doğrusu, bankların müştərisi olan insanların narahatlığı üçün heç bir əsas yoxdur.
Azərbaycan hökuməti həmişə banklara dəstək verib və ümumilikdə, bank bazarının inkişafı üçün preventiv addımlar atılıb. Yəni, hökumət bank sisteminin inkişafı üçün davamlı tədbirlər görüb və onların bütün risklərini qorumağa hazır olduğunu bəyan edib. Yeri gəlmişkən, qlobal maliyyə böhranı dövründə bank sisteminə ən böyük dəstək verən də, Azərbaycan hökuməti olub. 2009-cu ildə banklara və sığorta təşkilatlarına kapitallaşdırma məqsədi ilə vergi güzəştləri tətbiq olunub, bankların maliyyə ehtiyatlanması daha da artırılıb. Bankların xarici borclarının məhdudlaşdırılması ilə bağlı qabaqlayıcı tədbirlər görülüb, onlara zəruri yardımlar göstərilib. Mərkəzi Bank antiböhran siyasətini həyata keçirərkən makroiqtisadi sabitliyin qorunmasına yönəlmiş ciddi tədbirlər görməklə yanaşı, sistem əhəmiyyətli bankların maliyyə vəziyyətinin yüksəldilməsinə xidmət edən tədbirləri də reallaşdırıb.
Mərkəzi Bank kommersiya banklarının fəaliyyətini stimullaşdırmaq və onlara əlavə imkanlar yaratmaq məqsədilə 2008-ci ilin sonlarından başlayaraq pul siyasətini əhəmiyyətli dərəcədə yumşaldıb, uçot dərəcələri 15 faizdən 2 faizədək azaldılıb. Bütün bu addımlar bankların bazarda daha fəal iştirak etmək və kapital bazalarını möhkəmləndirmək məqsədlərinə xidmət edib.
Hökumət bank bazarının canlandırılması, bankların iqtisadiyyata maliyyə axınlarının gücləndirilməsi üçün ehtiyyat maliyyə mənbələrindən istifadə imkanlarını da işə salıb. Bütün bu tədbirlər ötən il bank sektorunda müşahidə edilən gərginliyi aradan qaldırmağa imkan verib və aparılan effektiv tədbirlər nəticəsində banklar nəinki böhrandan əziyyət çəkib, əksinə, onların aktivləri və kapital resursları artıb. Bütövlükdə, ötən il bankların aktivləri 14 faiz, kreditləri 17 faiz, əmanətləri 23 faiz, kapitalı isə 18 faiz yüksəlib. Azərbaycanın bütün bank və maliyyə vahidləri likvid fəaliyyət göstərməklə, bütün növ əməliyyatlar üzrə yüksək rəqabət qabiliyyətinə malik olmalarını təsdiqləyiblər.
ümumiyyətlə, Azərbaycanın bank sistemi qlobal böhranı adekvat kapitallaşma səviyyəsi, yüksək maliyyə ehtiyatlanması və likvidlik göstəriciləri ilə qarşılayıb. Həyata keçirilmiş antiböhran proqramı nəticəsində bank sektorunun maliyyə dözümlülüyü daha da güclənib. Bu gün bank sistemi öz öhdəliklərinin təxminən 80 faizi səviyyəsində likvid aktivlərə malikdir ki, bu da minimal normadan 30 faiz çoxdur. Azərbaycan bankları öz daxili və xarici maliyyələşmə mənbələrini bərpa etməklə yanaşı, ötən il 1,2 milyard dollar həcmində xarici borcu geri ödəməklə inkişafı davam etdirib və aktivlərinin həcmini 9 faizə yaxın artırmağa nail olub.
Onu da qeyd edək ki, respublikamızda infrastruktur, tikinti-quraşdırma və digər layihələri daha da intensivləşdirmək üçün dövlət investisiya xərcləri ilə yanaşı, bankların maliyyə vəsaitlərindən də geniş şəkildə istifadə edilib və bu siyasət hazırda davam etməkdədir. Hazırda bankların iqtisadiyyatın sahələri üzrə kredit qoyuluşlarının həcmi 8 milyard 431 milyon manatı ötüb və bu, son bir ildə 20 faizdən çox artım deməkdir. Eləcə də, banklara yerləşdirilmiş depozit və əmanətlərin ümumi həcmi 4 milyard 462 milyon manatı keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz çoxdur. Göründüyü kimi, Azərbaycan hökumətinin banklara yüksək dəstəyi davam etdirdiyi bir vəziyyətdə, bankların bağlanmasına rəvac vermək və yaxud onların müflisləşməsinə səbəb olmaq heç cür mümkün deyil. Bu cür arqumentlərlə çıxış etmək isə sadəlöhvlük olardı.
Mərkəzi Bank 2009-cu ildə olduğu kimi, bu il də bank sisteminə etimadın, sistemin sağlamlığı və dayanıqlığının, bank sektorunun iqtisadiyyatda maliyyə vasitəçisi rolunun dəstəklənməsinə yönələn siyasəti də gücləndirəcək. Banklarda daxili ehtiyatlanma siyasətinin formalaşmasına, bank aktivlərinin keyfiyyətinin idarə olunmasına diqqət daha da artırılacaq. Doğrudur, bank sektoruna nəzarət daha da gücləndiriləcək. Amma bu o demək deyil ki, nəzarət tədbirləri hansısa bankın qapadılmasına xidmət edəcək. Əksinə, MB nəzarət mexanizmlərini artırmaqla bankların daha likvid fəaliyyətinə və iqtisadiyyatın idarə olunmasında yüksək iştirak etməsinə stimul vermək niyyəti güdür.
Mərkəzi Bankın 2010-cu ildə ölkəmizin pul-kredit siyasətinin başlıca istiqamətlərinə dair bəyanatında da qeyd olunub ki, bu il iqtisadiyyatın kapitalizasiya tələbatına uyğun olaraq maliyyə resurslarına çıxışın yeni mexanizmlərinin təşviqi təmin ediləcək. Xüsusilə də, regionlarda bu prosesin sürətlənməsinə diqqət veriləcək. 2010-cu ildə parlamentdə qəbul olunması planlaşdırılan “Bank haqqında” Qanunda bank olmayan kredit təşkilatlarının fəaliyyətinin genişləndirilməsi və onların bütün növ mikromaliyyələşmə əməliyyatlarında iştirakı nəzərdə tutulub. Bu isə, iqtisadiyyatın maliyyə resursları ilə təmin edilməsinin daha da genişlənməsinə səbəb olacaq. Hətta bu ildən etibarən maliyyə infrastukturunun inkişafı üzrə tədbirlərin yeni bir elementi olan poçtların bank-maliyyə xidmətləri göstərməsi mexanizminin tətbiq olunması maliyyələşmə şəbəkəsinin daha geniş vüsət almasına zəmin yaradacaq.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

