Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb
28.11.2020 [01:29]
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilən Şuşa şəhərinə “Azərsu” tərəfindən içməli suyun verilməsinə başlanılıb.
“Azərsu” ASC-dən AZƏRTAC-a bildirilib ki, dövlətimizin başçısının xüsusi tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşa şəhərində həyat əhəmiyyətli infrastrukturların, həmçinin içməli su təchizatı sistemlərinin bərpası işləri həyata keçirilir. Bununla əlaqədar “Azərsu” ASC-nin mütəxəssislərindən ibarət qrup Şuşa şəhərinə və işğaldan azad olunmuş digər rayonlara ezam olunublar. Mütəxəssislər tərəfindən su mənbələri, magistral xətlər, anbarlar və paylayıcı şəbəkələrin mövcud vəziyyəti araşdırılıb.
Qeyd edək ki, Şuşa şəhəri işğaldan azad olunduqdan sonra şəhərə içməli suyun verilməsi tam dayanmışdı. Belə ki, düşmən tərəf şəhəri tərk edərkən Şuşanı içməli su ilə təmin edən magistral su kəmərini də sıradan çıxarmışdı. Yaranmış içməli su probleminin həlli məqsədilə “Azərsu” ASC-nin mütəxəssisləri Şuşa şəhərində araşdırma işlərinə başlayıb.
İlkin olaraq Daşaltı kəndinin içməli su təchizatı sistemi araşdırılıb. Aparılan təftiş işləri nəticəsində su təchizatı sistemində baş vermiş qəzalar aradan qaldırılıb və noyabr 12-də kəndə suyun verilişi təmin edilib. Eyni zamanda, Şuşa şəhərini müvəqqəti olaraq maşınlarla su ilə təmin etmək üçün Daşaltı kəndində sudoldurucu məntəqə yaradılıb.
Bununla paralel olaraq Müdafiə Nazirliyinin müvafiq bölmələri ilə birgə təhlükəsizlik tədbirləri görülməklə diametri 325 millimetr olan Kiçik Kirs-Şuşa magistral su kəmərinin texniki vəziyyəti təftiş olunub. Məlum olub ki, hərbi əməliyyatlar zamanı mərmi partlayışları nəticəsində şəhəri içməli su ilə təmin edən 9,4 kilometr uzunluğunda polad borulardan ibarət magistral su kəməri üzərində 12 nöqtədə böyük qəzalar aşkarlanıb. Qəzaların qısa müddətdə aradan qaldırılması üçün lazım olan texniki avadanlıq və mal-material tələbatı müəyyən edilib, həmçinin “Azərsu” ASC tərəfindən əlavə mühəndis-mütəxəssis heyəti, qəza-bərpa briqadası Şuşa şəhərinə ezam edilib.
Qəza-bərpa işlərinə cəlb olunmuş texnikaların maneəsiz hərəkəti üçün kəmərin marşrutu boyu mümkün olan yerlərdə istismar yolu salınıb, texnikaların hərəkətinin mümkün olmadığı yerlərə isə mal-materiallar əllə daşınaraq təmir işlərinə başlanılıb. Mürəkkəb relyefə malik ərazidə, meşə və dağ şəraitində magistral su kəmərinin qəzalı hissələri təmir edilib və noyabrın 25-də Şuşa şəhərinə suyun verilişi təmin olunub.
Şuşa şəhərinə ezam edilmiş “Azərsu” ASC-nin Planlaşdırma və layihələndirmə departamentinin rəisi Bahadur Kəngərli şəhərdə görülən işlər barədə məlumat verərək bildirib ki, mərmi partlayışları səbəbindən Şuşa şəhərinin daxili paylayıcı şəbəkəsinin qəzalı vəziyyətə düşmüş hissələri hazırda təmir edilir, şəbəkədə hidravliki tənzimləmə işləri aparılır. Görülmüş işlər nəticəsində Şuşa şəhərinin böyük bir hissəsi içməli su ilə təmin olunub. Relyef baxımından yüksəklikdə yerləşən əraziləri su ilə təmin edən nasosları işə salmaq üçün isə anbar kompleksində generator quraşdırılacaq.
Ötən müddətdə magistral kəmərin təmiri ilə yanaşı, Kiçik Kirs dağının ətəyində dəniz səviyyəsindən 1580 metr yüksəklikdə yerləşən suqəbuledici qurğuda da müvafiq işlər görülüb və mənbədən şəhərə verilən suyun həcmi artırılıb.
Şuşa şəhərini içməli su ilə təmin edən digər mənbənin və magistral kəmərin bərpası istiqamətində “Azərsu” ASC tərəfindən tədbirlərin görülməsi də nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

