/ / Son altı ayda əldə edilən göstəricilər Azərbaycan iqtisadiyyatının yüksək rəqabət qabiliyyətinə malik olduğunu bir daha təsdiqləyir
Son altı ayda əldə edilən göstəricilər Azərbaycan iqtisadiyyatının yüksək rəqabət qabiliyyətinə malik olduğunu bir daha təsdiqləyir
30.07.2021 [08:58]
Prezident İlham Əliyev: Qeyri-neft sektorumuz 5 faizdən çox artıb. Bu, doğrudan da böyük rəqəmdir, böyük göstəricidir, görülmüş işlərin təzahürüdür
Hazırda dünya ölkələrinin böyük əksəriyyətində qlobal pandemiya və digər mənfi təsirlər nəticəsində yaranan iqtisadi tənəzzül meyilləri hələ də davam etməkdədir. Azərbaycan iqtisadiyyatının göstəricilərinə nəzər saldıqda isə tamam fərqli mənzərənin şahidi oluruq. Ölkəmiz 2021-ci ilin ilk altı ayını 2 faiz iqtisadi artımla başa vurub. Bu fakt Azərbaycan iqtisadiyyatının yüksək rəqabət qabiliyyətinə malik olmasını əyani şəkildə təsdiqləyir. Respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qələbəyə və inkişafa hədəflənmiş siyasət Azərbaycanın iqtisadi baxımdan tam müstəqil dövlətə çevrilməsini təmin edib. Xatırladaq ki, bəhs olunan dövrdə bütün dünya üzrə ən dinamik iqtisadi inkişaf göstəriciləri məhz respublikamızda qeydə alınıb. Belə ki, ölkəmizdə ÜDM istehsalı 3 dəfədən çox artıb ki, bu da dünyada ən yüksək göstəricilərdən biridir. Öz növbəsində, yüksək rəqabət qabiliyyətinə malik olması milli iqtisadiyyatımızın xarici mənfi təsirlərə müqavimət gücünü artırır, burada yeni çağırışlara uyğun adaptasiya və transformasiya proseslərinin çevik getməsini, qüvvələrin, necə deyərlər, yenidən toparlanmasını şərtləndirir.
Son altı ayda ölkəmizdə qeyri-neft sənayesinin 16,6 faiz artması dünyada analoqu olmayan bir göstəricidir
Tarixən Azərbaycanda iqtisadiyyatın inkişafı əsasən neft sektoru ilə bağlı olub. On illər ərzində respublikamızda neft hasilatı və emalı sahəsində zəngin ənənələr və güclü maddi-texniki baza formalaşıb. Yeni şəraitdə isə respublikamızda qeyri-neft iqtisadiyyatının üstün inkişafının təmin olunmasına güclü siyasi iradə və maddi dəstək göstərilir. Bu cür məqsədyönlü siyasətin nəticəsidir ki, respublikamızda qısa müddətdə qeyri-neft iqtisadiyyatının üstün inkişafı təmin edilib və bu tendensiya 2021-ci ilin ilk altı ayında da qorunub saxlanılıb. Prezident İlham Əliyev respublikanın Qərb bölgələrinə səfəri çərçivəsində Daşkəsən rayonunda “Mərəh” qızıl mədənində süxurların ilk partlayış prosesini izlədikdən sonra Azərbaycan Televiziyasına verdiyi müsahibəsində son 6 ayda ölkəmizin qeyri-neft iqtisadiyyatında qazanılan uğurlardan məmnunluğunu bildirərək vurğulayıb: “Altı ayın yekunları isə bunu göstərir ki, bizim iqtisadiyyatımız 2 faiz artıb. Bu, yaxşı göstəricidir. Xüsusilə dünyada gedən proseslərə nəzər saldıqda görürük ki, dünya ölkələrinin böyük əksəriyyəti hələ ki, iqtisadi tənəzzüldədir. Bizim iqtisadiyyatımız isə artır və əminəm ki, ilin sonuna qədər daha da artacaq. Daha sevindirici məsələ odur ki, qeyri-neft sektorumuz 5 faizdən çox artıb. Bu, doğrudan da böyük rəqəmdir, böyük göstəricidir, görülmüş işlərin təzahürüdür”.
Son illərdə respublikamızda neftdənkənar iqtisadiyyatın dinamik inkişafından söhbət açarkən qeyri-neft sənayesinin intensiv şəkildə genişlənməsini xüsusi vurğulamaq lazımdır. Siyasi və maddi dəstək tədbirləri, həmçinin dövlət-özəl sektor əməkdaşlığı, öz növbəsində, qeyri-neft sənayesinin inkişafında mühüm nəticələrin əldə olunmasını şərtləndirib. Təsadüfi deyildir ki, son illərdə respublikamızın sənaye xəritəsi həm coğrafi baxımdan genişlənib, həm də yeni müəssisələr hesabına daha da zənginləşib. Güclü dəstək tədbirlərinin məntiqi nəticəsi olaraq son 10 ildə ölkəmizin sənaye xəritəsinə qeyri-neft məhsulları istehsal edən bir sıra iri müəssisələr daxil olub, sənaye parklarında rezidentlərin sayı əhəmiyyətli dərəcədə artıb. Bütün bunların nəticəsi olaraq cari ilin birinci yarısında milli iqtisadiyyatımızda ən yaxşı inkişaf göstəriciləri də məhz qeyri-neft sənayesində qeydə alınıb. Son 6 ayda ölkəmizdə qeyri-neft sənayesində dünyada analoqu olmayan yüksək göstərici əldə olunub. Bunu xüsusi nəzərə çatdıran dövlətimizin başçısı “Qeyri-neft sənayemiz 16,6 faiz artıb və daha da artacaq. Bugünkü bu açılış və görüləcək digər işlər qeyri-neft sektorunun sənaye potensialını daha da artıracaq. Çünki 16,6 faiz artım olub, mən bilmirəm hansı başqa ölkədə buna rast gəlmək olar”, - deyə bildirib.
Son 6 ayda respublikamızda qeyri-neft sektorunun dinamik inkişafını təsdiqləyən digər bir önəmli göstərici isə bu sahədən ixracın əhəmiyyətli dərəcədə artması ilə bağlıldır. Məlum olduğu kimi, son illərdə ölkəmizdə ixracın səmərəli təşviqi mexanizmi işə salınıb. Həmçinin Prezident İlham Əliyevin tapşırıqları əsasında xarici ölkələrdə “Made in Azerbaijan” brendinin təbliği istiqamətində müvafiq tədbirlər görülür. Artıq dünyanın ayrı-ayrı ölkələrində yaradılan ticarət evləri uğurla fəaliyyət göstərir. Bütün bu və ya digər tədbirlər xarici bazarlarda Azərbaycanda buraxılan həm sənaye, həm də kənd təsərrüfatı məhsullarına marağı əhəmiyyətli dərəcədə artırıb. Biz indiki mərhələdə həm də qeyri-neft sektoru hesabına valyuta qazanmalıyıq. Bununla bağlı mesajlarını çatdıran Prezident İlham Əliyev vurğulayıb: “Bir rəqəmi də səsləndirmək istərdim. Bu da ixracla bağlıdır. İxrac 15 faiz artıb. Bu da çox yaxşı göstəricidir və qeyri-neft ixracı 27 faizdən çox artıb. Bax, bu, bizim planlarımızın real nəticəsidir. Çünki təkcə neft-qaz hesabına valyuta qazanmamalıyıq, qeyri-neft sektoru hesabına valyuta qazanmalıyıq, ölkəyə gətirməliyik, 27 faiz artım böyük rəqəmdir”.
Respublikamızda qızıl və qara metal yataqlarının müasir texnologiyalarla işlənməsi qeyri-neft sənayesinin nisbətən yeni bir istiqamətidir. Dövlət başçımızın bəhs olunan səfəri çərçivəsində fəaliyyəti ilə tanış olduğu “Çovdar” qızıl mədənində hasilat işlərinə 2016-cı ildən başlanılıb. Həmin vaxtdan bəri bu mədəndə böyük yenidənqurma və infrastruktur işləri həyata keçirilib. Bu günədək 259 min unsiya qızıl istehsal edilib, növbəti illərdə isə əlavə 338 min unsiya qızılın istehsalı planlaşdırılır. “AzerGold” QSC təkcə “Çovdar” yatağının istismarı nəticəsində ölkənin qeyri-neft məhsulları ixracatçıları arasında lider mövqeyə yüksəlib, qızıl və gümüş ixracından ölkə iqtisadiyyatına xarici valyutada 640 milyon manata yaxın vəsait cəlb edilib. İndiyədək, ümumilikdə, 245 min unsiyadan çox qızıl və 434 min unsiyadan çox gümüş ixrac edilib.
Böyük həcmlərdə valyuta ehtiyatlarına malik olması Azərbaycanın imkanlarını daha da artırır
Bəhs olunan müsahibəsində Prezident İlham Əliyev diqqəti daha bir vacib məsələyə yönəldib. Bu, ölkəmizin valyuta ehtiyatlarının artması ilə bağlıdır. “Valyuta ehtiyatlarımızın artımı da çox vacib məsələdir. Nə qədər çox valyutamız olsa, biz özümüzü o qədər də əmin hiss edirik”, - deyə dövlətimizin başçısı bildirirb.
Sirr deyil ki, indiki reallıqlar fonunda dünyanın ayrı-ayrı ölkələri maliyyə çatışmazlığına görə ciddi əziyyət çəkirlər. Hətta vəsait çatışmazlığına görə özlərinin sosial proqramlarını ixtisar etmək məcburiyyətində qalan ölkələrin də sayı az deyil. Azərbaycanda isə vəziyyət yenə də müsbət mənada fərqlidir. Ölkəmiz koronavirus pandemiyası səbəbindən artan xərclərini sırf öz gücünə dəf edir. Vurğulamaq yerinə düşər ki, Azərbaycan pandemiya ilə mübarizə üzrə geniş gündəlik müəyyənləşdirib. Respublikamız ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsini şanlı Qələbə ilə başa vurdu. Postmüharibə mərhələsində isə ölkəmizin qarşısında işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı təmin etmək kimi vacib vəzifə dayanır. Ölkəmiz Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə həyata keçirmək əzmindədir. Müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, artıq işğaldan azad edilmiş ərazilərdə böyükmiqyaslı bərpa işlərinə və zəruri infrastrukturun yaradılması ilə bağlı çoxsaylı layihələrin icrasına başlanılıb. Bütün bu işlərin həyata keçirilməsinə isə böyük həcmlərdə maliyyə vəsaiti yönəldilir. Deyilənlərin müqabilində Azərbaycan son 6 ayda özünün valyuta ehtiyatlarını bir milyard dollar həcmində artırmağa nail olub. Bunun səbəblərinə diqqət çəkən Prezident İlham Əliyev deyib: “Baxmayaraq ki, biz genişmiqyaslı quruculuq işləri aparırıq, baxmayaraq ki, biz Qarabağı və Şərqi Zəngəzuru sürətlə bərpa edirik, nəinki valyuta ehtiyatlarımızı azaltmamışıq, artırmışıq və heç bir kreditə də müraciət etməmişik. Bu, nəyi göstərir? Resursumuzu göstərir, resurs bazasını göstərir. Eyni zamanda, onu göstərir ki, biz vəsaitdən çox ehtiyatla istifadə edirik, israfçılığa, lazım olmayan xərclərə yol vermirik”.
Ölkəmizin xarici borcu da kifayət qədər aşağı səviyyədədir. Məlumat üçün bildirək ki, hazırda inkişaf etmiş ölkələrdə xarici borc həmin ölkələrin ümumi daxili məhsulunun 100 faizini, bəzən 120 faizini təşkil edir, 50 faiz müsbət hal kimi dəyərləndirilir. Azərbaycanda isə bu, 19 faiz səviyyəsindədir və daha da aşağı düşməsi gözlənilir. Çünki ölkəmiz dövlət başçısının tapşırığına uyğun olaraq xarici borcun azaldılmasını özünün prioritetlərindən biri kimi müəyyənləşdirib. Müqayisə üçün bildirək ki, hazırda məğlub Ermənistanın və qalib Azərbaycanın xarici borcu eyni səviyyədədir - təxminən 8-9 milyard dollar. Ancaq Ermənistanın xarici borcü bu ölkənin ümumi daxili məhsulunun təqribən 70 faizinə bərabərdir. Digər bir mühüm məqam ondan ibarətdir ki, respublikamız 52 milyard dollar həcmində strateji valyuta ehtiyatlarına malikdir. Forpost dövlətin valyuta ehtiyatları isə cəmi 1 milyard dollar təşkil edir. Göründüyü kimi, Azərbaycanla Ermənistan arasında bu sahədə də, necə deyərlər, yerlə göy qədər fərq var.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxHadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25

