Bərpa prosesi bp, Dünya Bankı kimi nəhəng qurumların maraq dairəsində
23.11.2021 [10:21]
Postkonflikt mərhələsində Azərbaycanın gündəliyində duran əsas məsələ işğaldan azad edilən ərazilərin bərpası və Böyük Qayıdışı təmin etməklə bağlıdır. Hazırda bəhs olunan ərazilərdə genişmiqyaslı bərpa və zəruri infrastrukturun yaradılması işləri aparılır. Artıq bir sıra layihələrin icrası tamamlanıb və yenilərinin təqdimatları keçirilib.
Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı geniş planlarını dost ölkələrdən olan şirkətlərin iştirakı ilə reallaşdırmaq niyyətindədir. Müharibə dövründə dünyanın ayrı-ayrı ölkələri ərazi bütövlüyünün bərpasını hədəfləyən Azərbaycanın yanında oldular və respublikamıza güclü mənəvi-siyasi dəstək göstərdilər. Bu, müharibə günlərində ölkəmizin özünəinam hissini daha da artırdı. Tək olmadığını görən Azərbaycan haqq mübarizəsini axıradək qətiyyətlə davam etdirdi və mənfur düşmən üzərində şanlı Qələbə çalmağa nail oldu. Müttəfiqlik münasibətlərinə həmişə sadiq qalan Azərbaycan bu dəfə də işğaldan azad olunmuş ərazilərin bərpasında dost ölkələrin şirkətlərini öz yanında görmək istəyir. Prezident İlham Əliyev həm yerli, həm də xarici auditoriyalar qarşısında çıxışlarında bunu dəfələrlə birmənalı şəkildə diqqətə çatdırıb.
Ötən bir il ərzində işğaldan azad olunmuş ərazilərimizdə investisiya qoyuluşu imkanları ölkəmizdə və beynəlxalq səviyyədə keçirilən tədbirlərdə yerli və xarici investorlara təqdim olunub. Cari ilin oktyabrında Bakıda baş tutan “Rebuild Karabakh” - Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişaf” sərgisi bir daha təsdiqlədi ki, xarici şirkətlərdə işğaldan azad olunmuş ərazilərimizə sərmayələr yönəltmək istəyi böyükdür. Sərgidə 17 ölkədən 279 şirkətin məhsulları nümayiş olundu.
Azərbaycan ona nail olmaq istəyir ki, xarici şirkətlər işğaldan azad olunmuş ərazilərin bərpasında həm podratçı, həm də investorlar qismində çıxış etsinlər. Xarici şirkətlər hər iki istiqamətdə ölkəmizin çağırışını müsbət qarşılayıblar. İşğaldan azad olunmuş ərazilərdə bərpa və infrastruktur layihələrinə ilk qoşulan xarici şirkətlər qardaş Türkiyəni təmsil edirdilər. Qardaş ölkənin “KOLİN” İnşaat Turizm San. və Tic. Anonim Şirkəti müharibədən az sonra heç bir tərəddüdə yol vermədən infrastruktur quruculuğu ilə bağlı bir sıra işlərin icrasını öz öhdəsinə götürdü. Bunun ardınca dost İtaliyanın şirkətləri işğaldan azad olunmuş ərazilərdə göründülər. İşğaldan azad olunmuş ərazilərin bərpası proqramı çərçivəsində “Azərenerji” ASC ilə İtaliyanın “Ansaldo Energia” şirkəti arasında qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsi imzalanıb. Bununla da işğaldan azad edilən ərazilərdə həyata keçiriləcək layihələrə Türkiyə şirkətlərindən sonra başqa bir nüfuzlu dövlət - İtaliya da qoşulub. Videokonfrans formatında imzalanan müqaviləyə əsasən, Ağdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunacaq 4 ədəd 110 kilovoltluq yarımstansiyanın avadanlıqlarla təchizatını məhz İtaliya şirkəti həyata keçirəcək. “Huayvei-Azərbaycan” şirkəti də ölkəmizin işğaldan azad olunmuş ərazilərində bərpa layihələrinə qoşulub. Şirkət Azərbaycanda ilk dəfə “Qiqabit AirPON” texnologiyasından istifadə edəcək. Bu texnologiya fiber-optik xətlərin çəkilişini 10 kilometrdən 1 kilometrə qədər qısaltmaq imkanına malikdir. Bundan başqa, Rusiyanın, Belarusun, Avropa İttifaqına daxil olan bir sıra ölkələrin şirkətləri də işğaldan azad olunmuş ərazilərin bərpasında Azərbaycanın yanında olmaq niyyətlərini ifadə ediblər.
İşğaldan azad edilmiş ərazilərin zəngin bərpa olunan enerji resurslarından səmərəli istifadə olunması məqsədilə imzalanan digər layihələr üzrə də işlər uğurla davam etdirilir. Bu layihələrdən biri 2021-ci ilin mayında Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Yaponiyanın TEPSCO şirkəti arasında imzalanıb. Bu müqavilə yeni yanaşmalar əsasında regionun enerji təminatını həyata keçirmək məqsədilə “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanmasını nəzərdə tutur. Cari ilin iyun ayında isə Energetika Nazirliyi və “bp” şirkəti Zəngilan/Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalayıblar. Bu sənəd işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması, Azərbaycanın bərpa olunan enerji sektorunun inkişafı ilə bağlı strateji qərarı və 2030-cu ilədək karbon qazı emissiyalarını 35%-dək azaltmaq öhdəliyinin, bp-nin isə 2050-ci ilədək “xalis sıfır emissiya”lı şirkətə çevrilmək strategiyasının icrası çərçivəsində imzalanıb.
Öz növbəsində bir sıra beynəlxalq maliyyə institutları da işğaldan azad olunmuş ərazilərimizin bərpası ilə bağlı layihələrin reallaşdırılmasına investisiyalar yönəltməyə maraqlı olduqlarını bildiriblər. Bu sırada Dünya Bankının fəallığını xüsusi qeyd etmək lazımdır. Maliyyə qurumunun yüksəksəviyyəli təmsilçiləri dəfələrlə bildiriblər ki, Dünya Bankı Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası işlərində iştirak etməyə hazırdır. Oxşar fikirlər noyabrın 18-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovla Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Anna Byerdenin rəhbərlik etdiyi nümayəndə heyəti arasında baş tutan görüşdə də səsləndirilib. Görüşdə bir sıra digər məsələlərlə yanaşı, Dünya Bankının işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı da müzakirə olunub.
Xarici şirkətlərdə müşahidə edilən belə böyük maraq, ilk növbədə, işğaldan azad olunmuş ərazilərimizin investisiya imkanlarının kifayət qədər geniş olması ilə bağlıdır. Buraya bəhs olunan ərazilərin münbit torpaqları, faydalı qazıntı yataqları, turizm imkanları, sənaye inkişafı perspektivləri, bərpa olunan enerji resursları və s. daxildir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40

