Kiçik mağazaların böyük problemləri
25.01.2022 [10:52]
Qiymət artımında səbəbkarlar axtarışında...
Mübariz
Son vaxtlar istehlak bazarında qiymətlərin artması ən çox müzakirə olunan məsələlərdəndir. Hazırda qiymətlər, necə deyərlər, ceyran belindədir. İstehlak mallarının, o cümlədən də ərzağın bahalaşması hər kəsdə ciddi narahatlıq yaradır. Çünki piştaxtalardakı bahalaşma hər kəsin cibinə, ailə büdcəsinə öz təsirini göstərir.
Bəs bahalaşmanı yaradan amillər hansılardır? Azərbaycanın istehlak bazarında müşahidə edilən bahalaşmaya rəvac verən obyektiv amillər öz yerində. Ancaq müşahidələr göstərir ki, istehlak bazarında qiymətlərin od tutub yanmasına rəvac verən amillər bir sıra hallarda subyektiv xarakter daşıyır. Açıq deyək ki, bu gün hələ də mövcud olan möhtəkirlik, monopoliyanın qalması, müxtəlif manipulyasiyalar qiymətlərin artmasına öz mənfi təsirini göstərir. Təəssüf doğuran haldır ki, ayrı-ayrı müvafiq qurumlar istehlak bazarına nəzarəti lazımı şəkildə həyata keçirmirlər və bundan istifadə edən möhtəkirlər qiymətlərin artmasına rəvac verirlər.
Bu gün Azərbaycanın istehlak bazarında qiymətlərin artmasına bilavasitə təsir göstərən daha bir problem barədə geniş söhbət açmaq istərdik. Söhbət kiçik mağazaların təchizat problemindən gedir. Artıq bu məsələ kiçik mağazaların problemi olmaq çərçivəsindən çıxaraq istehlak bazarında qiymətlərin artmasının əsas drayverlərindən birinə çevrilib, desək, əsl həqiqəti söyləmiş olarıq. Necə?
Bu yaxınlarda metronun “Elmlər akademiyası” stansiyasının çıxışı ilə üzbəüzdə yerləşən “Kazbek” mağazasından 200 qramlıq “Çempion”çayı aldıq. Kassir çayı 2 manat 40 qəpiyə satdı. Başqa marketlərdə eyni həcmdə “Çempion” çayının 2 manat 15 qəpiyə satıldığını deyəndə, kassir və mağazanın digər əməkdaşları bir ağızdan bildirdilər ki, kiçik mağazaların təchizatla bağlı böyük problemləri var. Topdansatış şirkətləri kiçik mağazaları böyük marketlərlə müqayisədə baha baha qiymətlərlə təchiz edirlər. Buradan da pərakəndə satışda böyük marketlərlə kiçik mağazalar arasında fərq yaranır. Topdansatış şirkətlərindən və yaxud istehsalçılardan ayrı-ayrı malları daha ucuz alan iri marketlər pərakəndə satışı aşağı qiymətlərlə həyata keçirirlər. Kiçik mağazalar isə malları topdansatış şirkətlərindən daha baha aldı?larına görə pərakəndə satışı yüksək qiymətlərlə aparmaq məcburiyyətində qalırlar.
Eyni halla digər mağazalarda da rastlaşdıq. Hətta dairəvi zavod çörəyinin qiymətində də fərqlər var. Badamdar qəsəbəsində kiçik mağazalardan biri üzərində “Xırdalan” yazılan 600 qramlıq dairəvi zavod çörəyinin 70 qəpiyə ticarət edildiyini bildirdi. Hazırda ölkə üzrə 600 qramlıq dairəvi zavod çörəyinin qiymətinin 65 qəpik səviyyəsində müəyyənləşdirildiyini satıcının diqqətinə çatdıranda o da bizə fakturanı göstərdi ki, bu çörəklərin biri mağazaya 65 qəpikdən verilib, mağaza da öz marjasını qoyaraq həmin çörəkləri 70 qəpiyə satır. Daha bir neçə ünvanda müşahidələr apardıq. Yerli “Azərsun” şirkətinin istehsalı olan duru yağlar, tomat pastaları, turşular, çaylar, ümumiyyətlə, demək olar ki, bütün məhsullar iri marketlərdə kiçik mağazalarla müqayisədə nisbətən ucuz qiymətlərlə satılır.
Əlbəttə, bazar iqtisadiyyatı şəraitində ayrı-ayrı mağazalarda qiymətlərin müəyyən fərqlərlə satılması mümkündür. Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Yeni Azərbaycan”ın sorğusuna cavabında da təsdiqləyib.
Ancaq bizim bəhs etdiyimiz nümunələrdə söhbət marjaların kifayət qədər yüksək olmasından gedir ki, bu da heç bir halda məqbul sayıla bilməz. Yeri gəlmişkən, biz istehlak bazarında rastlaşdığımız mənzərəyə aydınlıq gətirməkdən ötrü “Veysəloğlu” və “Azərsun” şirkətlərinə də sorğular göndərdik və onların təchizat strategiyaları ilə maraqlandıq. İndiki dövr heç də adi bir dövr deyil. Ölkənin istehlak bazarında müşahidə edilən çətinliklərdən yuxarıda bəhs etdik. Belə bir şəraitdə illərdir ki, respublikamızda topdansatış fəaliyyəti həyata keçirən və bu fəaliyyətdən gəlir götürən “Veysəloğlu” şirkəti məsələyə daha həssas yanaşma sərgiləyərək, məhsullarla təchiz etdiyi mağazalar arasında fərq qoymamalıdır. Eləcə də “Azərsun” şirkəti. Bu şirkət Azərbaycanın yeyinti sənayesində özünəməxsus yer tutur. “Azərsun”un buraxdığı məhsulların istisnasız olaraq bütün ticarət obyektlərində tez-tez bahalaşması başqa bir söhbətin mövzusudur. İstehlakçılar yerli istehsal şirkətinin - “Azərsun”un məhsullarının bahalaşmasından daim narazılıqlarını bildirirlər. Bu ümumi qiymət artımının üstünə kiçik və böyük mağazaların təchizatındakı ayrı-seçkiliyi də əlavə edəndə mənzərə barədə kədərli təəssürat oyanır. “Veysəloğlu” və “Azərsun” şirkətlərinin özlərinin təchizat-dağıtım strategiyalarını sirr kimi gizli saxlamalarının səbəbində də, görünür, qaranlıq məqamlar var. “Yeni Azərbaycan” qəzeti olaraq hər iki şirkətə oxşar məzmunlu sorğular göndərsək də, onlardan cavab ala bilmədik. Sual yaranır: Bu şirkətlər nə üçün Azərbaycan cəmiyyəti üçün həssas olan suallara biganəlik nümayiş etdirirlər? Axı kiçik mağazaların məhsulları yüksək qiymətlərlə satmaları istehlak bazarında qiymətlərin yüksəlməsinə də öz təsirini göstərir. Məgər “Veysəloğlu” və “Azərsun” qiymətlərin enməsində yox, artmasındamı maraqlıdırlar? Həmin şirkətlərin öz fəaliyyətlərini KİV-dən və beləliklə də, cəmiyyətdən, istehlakçılardan gizli saxlamaları nə deməkdir? Bu, bir sıra mülahizələrə yol açır. Belə çıxır ki, kiçik mağazalar topdansatış və istehsalçı şirkətlərin təchizatda ayrı-seçkilik yaratmaları barədə dedikləri həqiqətdir. Halbuki, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu belə ayrı-seçkiliyi istisna edir. “Qeyd edək ki, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, bazarda hökmran mövqe tutan təsərrüfat subyektləri tərəfindən digər təsərrüfat subyektləri ilə müqayisədə kontragentlərin rəqabət imkanlarına zərər vuran, yaxud zərər vura bilən eyni və eyni şərtli müqavilələr bağlanarkən ayrı-seçkiliyə yol verilməməlidir, əks təqdirdə bu cür hallar təsərrüfat subyektlətrinin inhisarçılığı hesab edilir.
Sahibkarlar bu cür hallarla rastlaşdıqda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərlər: əlaqə telefonu: (+99412) 599-76-00; email ünvanı: office@competition.gov.az; internet link vasitəsilə”, - deyə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin redaksiyamızın sorğusuna cavabında vurğulanıb.
Beləliklə, ölkənin istehlak bazarının məhsullarla təchizatında önəmli mövqe tutan “Veysəloğlu” və “Azərsun” şirkətlərinin məsuliyyəti qanunla müəyyən olunur. Onlar istehlak bazarının subyektləri arasında heç bir halda fərq qoymamalıdırlar. İndiki həssas dönəmdə bu, ikiqat zərurətdir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07

