Həştərxandan, Başqırdıstandan sonra Udmurtiya...
22.02.2022 [10:11]
Mübariz ABDULLAYEV
Azərbaycanla Rusiya arasında siyasi dialoqun dinamikası kifayət qədər yüksəkdir. İki ölkənin prezidentləri və digər yüksəksəviyyəli rəsmiləri mütəmadi olaraq görüşürlər və əməkdaşlığın perspektivlərini müəyyənləşdirirlər. Dünən Azərbaycan Prezidenti Rusiyaya rəsmi səfərə gedib. Bütövlükdə, Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin qarşılıqlı etimadı və güclü siyasi iradələri sayəsində formalaşan ikitərəfli münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Hər iki tərəfdən gələn yeni təşəbbüslər əsasında getdikcə genişlənən bu münasibətlər praktiki müstəvidə müxtəlif fəaliyyət sahələrini əhatə edir.
İqtisadi əməkdaşlığın geniş spektri
Strateji müttəfiqlər olan Azərbaycanla Rusiya arasında müxtəlif sahələri əhatə edən münasibətlərdən söhbət açarkən iqtisadi əlaqələrin geniş spektrini xüsusi qeyd edə bilərik. Verilən məlumatlara görə, Rusiya şirkətləri indiyədək respublikamızda 273,9 milyon ABŞ dolları məbləğində 68 layihədə podratçı qismində iştirak edib. Bu ölkədən milli iqtisadiyyatımıza 6,3 milyard ABŞ dolları həcmində sərmayələr yönəldilib. Bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bu günlərdə Rusiyanın federal subyekti olan Udmurtiyanın ixrac və investisiya potensialının təqdimatına həsr edilmiş Bakıda baş tutan tədbirdə bildirib. Nazir müavini qeyd edib ki, Rusiyanın ölkəmizə investisiya qoyuluşunun 5 milyard dolları neft, 1,3 milyard dolları isə qeyri-neft sektoruna yönəldilib.
Öz növbəsində Azərbaycan şirkətləri də Rusiyada yüksək fəallıq göstərirlər. İndiyədək ölkəmizdən qonşu dövlətin iqtisadiyyatına 1,2 milyard ABŞ dolları investisiya yönəldilib.
İki ölkə arasında ticarət dövriyyəsinin həcmi də kifayət qədər böyükdür. Rusiya MDB məkanında ölkəmizin ən böyük ticarət tərəfdaşıdır. Ötən il Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 3 milyard dollar təşkil edib. “Bunun 2,1 milyard dolları Rusiyadan idxalın, 0,921 milyard dolları isə bu ölkəyə ixracımızın payına düşür. Ötən il Rusiya ilə xaric ticarət dövriyyəmizdə 8,83 faiz paya malik olub. O cümlədən qonşu ölkənin idxalımızda payı 17,72 faiz, ixracımızda payı isə 4,15 faiz təşkil edib. 2020-ci illə müqayisədə Rusiya ilə ticarət 12,1 faiz, bu ölkəyə ixrac 29,8 faiz, bu ölkədən idxal isə 5,7 faiz artıb”, - deyə iqtisadiyyat nazirliyinin rəsmisi bildirib.
Rusiyanın regionları ilə genişlənən əlaqələr
Ölkəmizin Rusiyanın ayrı-ayrı regionları ilə ticarət-iqtisadi əlaqələri iki ölkənin münasibətlərində ayrıca bir xətt kimi inkişaf edir. “Biz bu tendensiyanı hər iki ölkənin dövlət başçılarının dəstəkləməsindən məmnunuq”, - deyə Niyazi Səfərov vurğulayıb.
Qeyd edək ki, indiyədək Azərbaycanın Rusiyanın Həştərxan vilayəti ilə çox sıx münasibətləri formalaşıb. 2010-cu ildən etibarən Prezident İlham Əliyevin tapşırığına əsasən, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Həştərxan şəhərində bir sıra mühüm sosial, iqtisadi və mədəni infrastruktur layihələri həyata keçirilib.
10 noyabr 2021-ci il tarixində Azərbaycan nümayəndə heyətinin Rusiya Federasiyasının Həştərxan vilayətinə səfəri baş tutdu. Bunun ardından ötən il dekabr ayının birinci ongünlüyündə Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyəti respublikamıza səfərə gəldi. Prezident İlham Əliyev nümayəndə heyətini qəbul etdi. Söhbət zamanı ticarət dövriyyəsinin artırılması, ticarət və nəqliyyat-logistika sahələrində əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi. Heydər Əliyev Fondu tərəfindən Həştərxan vilayətində uğurla həyata keçirilən layihələr yüksək qiymətləndirildi.
Nümayəndə heyətinin səfəri çərçivəsində dekabrın 7-də Bakıda Həştərxan İş Mərkəzinin açılışı əlamətdar hadisə oldu. 100 nəfərə yaxın yerli vətəndaşın işlə təmin edilməsi nəzərdə tutulan Həştərxan İş Mərkəzinin əsas fəaliyyət istiqaməti ölkələrimiz arasında iqtisadi-ticari əlaqələri genişləndirmək, Azərbaycan istehsalçılarının Rusiya bazarına çıxışını asanlaşdırmaq, həmçinin sosial, mədəni sahələrdə körpü yaratmaqdır. Vurğulamaq yerinə düşər ki, Həştərxanda da eyni layihə əsasında Azərbaycan İş Mərkəzi yaradılıb. Həmin mərkəz 2018-ci ilin may ayından uğurla fəaliyyət göstərir və ikitərəfli əlaqələrin dərinləşməsinə öz töhfələrini verir.
Bir neçə gün bundan əvvəl isə ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Başqırdıstan Respublikasının nümayəndə heyəti Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olub. Başqırdıstanın Xarici İqtisadi Əlaqələr və Konqres Fəaliyyəti nazirinin birinci müavini Lena İzotovanın rəhbərlik etdiyi nümayəndə heyəti və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov arasında keçirilmiş görüşdə KOB sahəsində Azərbaycan təcrübəsi qonaqların diqqətinə çatdırılıb, Agentliyin fəaliyyəti barədə məlumat verilib. Görüşdə KOB sahəsində əməkdaşlıq imkanlarına, bu sahədə Başqırdıstanın müvafiq qurumları ilə əməkdaşlığa, birgə tədbirlərin təşkilinə, investisiya sahəsində məlumat mübadiləsinə dair müzakirələr aparılıb.
Həştərxan vilayətindən və Başqırdıstan Respublikasından sonra bu günlərdə Rusiyanın başqa bir regionunun - Udmurtiya bölgəsinin nümayəndə heyəti də Bakıya səfərə gəlib. Fevralın 21-də Bakıda keçirilən Rusiyanın Udmurtiya bölgəsinin ixrac və investisiya potensialının təqdimatına həsr edilmiş tədbir baş tutub. Tədbirdə AZPROMO ilə Udmurtiya Respublikasının “İnkişaf Konsepsiyası” arasında, həmçinin Udmurtiyanın “Dostluq” Azərbaycan İctimai Mərkəzinin Regional İctimai Təşkilatı ilə Azərbaycan Rus icması arasında əməkdaşlığa dair sazişlər imzalanıb.
Udmurtiya şirkətləri üçün Qarabağda yeni imkanlar
Azərbaycan 44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərin bərpasını dost ölkələrin iştirakı ilə həyata keçirir. İndiyədək 50-dən çox xarici şirkət işğaldan azad edilmiş ərazilərin bərpası üzrə layihələrə qoşulmaq istəklərini bildiriblər. Bəhs olunan şirkətlər 10-dan çox ölkəni təmsil edirlər. O cümlədən Rusiyanın 14 şirkəti də Qarabağda fəaliyyət göstərmək istəyini bildirib. Bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov da təsdiqləyib. “Bir sıra Rusiya şirkətləri azad edilmiş ərazilərdə fəaliyyət üçün maraqlarını ifadə ediblər. Artıq Rusiyanın bir neçə şirkəti bu ərazilərdə fəaliyyət göstərir. Bu kontekstdə Rusiyanın Udmurtiya bölgəsinin şirkətləri üçün imkanlar açılır. Böyük potensial var, biz bu potensialı Azərbaycan-Rusiya əməkdaşlığının xeyrinə istifadə edə bilərik”, - deyə iqtisadiyyat nazirliyinin rəsmisi bildirib.
Xəbər lenti
Hamısına baxMaraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07

