Sanksiyalar regiona necə təsir edəcək?
01.03.2022 [10:13]
Nicat DİLQƏMLİ
Rusiya-Ukrayna arasında davam edən müharibə digər region ölkələrini də əhəmiyyətli dərəcədə narahat edir. Tətbiq ediləcək sanksiyalardan ən təhlükəlisi də Rusiyanın SWIFT beynəlxalq banklararası sistemindən çıxarılmasıdır. Belə ki, Vaşinqton və Brüssel Moskvaya qarşı son sanksiyalar paketini yekunlaşdırır.
Bundan əlavə, Rusiya və Ukrayna dünyanın taxıl ixracatçılarıdır. Belə olduğu halda iki ölkə arasında baş verən münaqişələrdən dolayı tətbiq ediləcək sanksiyalar region ölkələri üçün buğda ehtiyatının azalmasına gətirib çıxara biləcək? Bəs sözügedən sanksiyanın tətbiqi ilə əlaqədar Rusiya hansı qabaqlayıcı tədbirlər görüb? Bu ciddi sanksiyaların tətbiqi region üçün hansı təhlükələri yarada bilər?
Mövzu ilə bağlı “Yeni Azərbaycan”a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Qərbin tətbiq etdiyi sanksiyaların iqtisadi baxımdan ən kəskini həmin ölkənin SWIFT-dən çıxarılmasıdır: “Çünki SWIFT praktiki olaraq ABŞ tərəfindən idarə olunur. Avropa SWIFT-ə alternativ yaratmaq istəsə də, bu istiqamətdə uzun müddət aparılan araşdırmalar, müzakirələr sonda onunla nəticələndi ki, hələlik hətta Avrozonanın belə SWIFT-ə alternativ yaratması mümkün deyil. SWIFT beynəlxalq hesablaşmalar baxımından vacibdir, yəni təhlükəli bir bankın, maliyyə qurumunun beynəlxalq hesablaşmalar həyata keçirməsi üçün buna malik olmasına ehtiyac var. Eyni zamanda, şirkətlər öz beynəlxalq əməliyyatlarını həyata keçirən zaman SWIFT-koddan istifadə edirlər və şirkətin hesabı olduğu bankda da sözügedən koda ehtiyac var ki, həmin şirkət beynəlxalq ödənişləri həyata keçirmək imkanına malik olsun. Böyük Britaniyanın baş naziri Boris Conson Rusiyanın SWIFT-dən uzaqlaşdırılacağını bildirib. “Bu gün beynəlxalq tərəfdaşlarımızla birlikdə Rusiyanı qlobal maliyyə sistemindən kənarlaşdırmaq, o cümlədən Rusiya banklarını SWIFT-dən uzaqlaşdırmaq üçün qəti addımlar atdıq”, - Boris Conson Twitter hesabında bu barədə paylaşım edib”.
İqtisadçı vurğulayıb ki, Rusiya bu sanksiyanı neytrallaşdırmağa çalışacaq: “Amma sözsüz ki, əgər ABŞ tərəfindən Rusiyanın SWIFT-dən çıxarılması ilə bağlı qərar qəbul edilərsə, bu, Rusiya iqtisadiyyatına neqativ təsir göstərəcək. Rusiya bunu digər formalarda neytrallaşdırmağa çalışacaq. Rusiya üçün həm idxal, həm ixrac baxımından Çin önəmli tərəfdaşlardan biridir. Ona görə Rusiya da Qərbin tətbiq edəcəyi və ya artıq tətbiq etdiyi sanksiyaların təsirlərini minimallaşdırmaq üçün güman edilir ki, daha çox Asiya, o cümlədən Çin ilə əməkdaşlığı gücləndirəcək. Təbii ki, bir sıra qonşu ölkələr ilə də iqtisadi əməkdaşlıq Rusiya üçün bu konteksdən prioritet olacaq. Rusiyanın xüsusən iri şirkətləri qlobal şirkətlərdir, onların səhmləri Nyu York, Tokio və London birjalarında indeksləşdirilir və səhmlərin dəyəri müəyyənləşdirilir. Bu baxımdan, SWIFT-dən çıxarılmamış şirkətlərin səhmlərinin dəyərinin azalmasına gətirib çıxara bilər, çıxaracaq”.
Deputat qeyd edib ki, Rusiyada alıcılıq qabiliyyəti aşağı düşərsə, bu, region ölkələrinin Rusiyaya ixrac imkanının məhdudlaşmasına gətirib çıxara bilər: “Məsələn, Azərbaycanın illik ixrac etdiyi 2.7 milyard dollarlıq qeyri-neft məhsullarının təxminən 1/3 Rusiya bazarına yönəlir. Rusiya ilə illik ticarət dövriyyəmiz 3 milyard dollara yaxındır və onun1 milyard dolları məhz ixracdır. Bunun böyük bir qismi qeyri-neft məhsullarıdır, xüsusən də kənd təsərrüfatı məhsullarımızın 80 faizi Rusiya bazarına yönəlir. Təbii ki, rublun dəyərsizləşməsi digər ölkələrin, o cümlədən Azərbaycan, Türkiyə və digər kənd təsərrüfatı məhsulları ixrac edən ölkələrini məhsullarının rəqabət qabiliyyətini azaldır”.
“Bu tip sanksiyaların region ölkələrinə də iqtisadi təsirləri olur və bu qaçılmazdır. Ona görə də sanksiyalar tətbiq edilən zaman region ölkələrinin təsirinin ayrıca qiymətləndirilməsi daha məqsədəuyğun olardı. Amma təbii ki, Rusiya həm rezervləri, həm xarici ticarətin diversifikasiyası baxımından regionda seçilən ölkələrdəndir. Bu baxımdan, Çin və bir sıra digər iqtisadi tərəfdaşlarla ticari-iqtisadi əməkdaşlığı genişləndirməklə Rusiya Qərbin tətbiq etdiyi sanksiyaların minimallaşdırılmasına çalışacaq”, - deyə V.Bayramov fikirlərinə əlavə edib.
Qeyd edək ki, SWIFT pulun dünyanın bir hissəsindən başqa yerinə sərhədsiz göndərilməsinə imkan verən beynəlxalq maliyyə strukturudur. Mənası Qlobal Banklararası Maliyyə Rabitəsi Assosiasiyasıdır (Society for Worldwide Interbank Financial Telecommunication). 1973-cü ildə yaradılan və baş ofisi Brüsseldə yerləşən sistem dünyanın 200 ölkəsini, ümumilikdə 11 min maliyyə institutu və bankı əhatə edir. Bu sistem vasitəsilə hər gün 40 milyondan çox mesaj göndərilir və trilyonlarla dollarlıq maliyyə vəsaiti şirkətlər və ya hökumətlər arasında transfer olunur.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

