4-5 saniyəyə ev alan “Əmlak hakerləri” dəmir barmaqlıqlar arxasında
16.04.2022 [11:25]
Satışa çıxarılacaq yeni mənzillərin satılması mexanizmi necə olacaq?
Mübariz ABDULLAYEV
Ədalətli resurs bölgüsü Azərbaycanda həyata keçirilən dövlət siyasətinin ana xəttini təşkil edir. Elə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) yaradılması və bu qurum tərəfindən tikintisi aparılan mənzillərin müvafiq kateqoriyadan olan insanlara güzəştli şərtlərlə satışının təşkil olunması da məhz ölkəmizin sosial siyasətinin təzahürüdür. Təəssüf ki, bu sosial layihəyə kölgə salmağa cəhd edənlər də bulunanlar tapılıb.
“Yeni Azərbaycan”ın versiyası təsdiqini tapdı
Söhbət MİDA-nın inşa etdiyi mənzillərin bir neçə gün bundan qabaq baş tutan satışına kənardan müəyyən qrup adamların müdaxiləsindən gedir. Əslində, 30 mart 2022-ci il tarixində keçirilən güzəştli satışa əvvəlcədən zəruri hazırlıq tədbirləri görülmüşdü. Lakin bu tədbirlər yetərli olmayıb. Satış prosesi cəmi 4-5 saniyə çəkib və bütün mənzillər satılıb. Fantastik sürətdir, deyilmi? Sıravi vətəndaşların mənzil seçimini belə tez, necə deyərlər, göz qırpımında edə biləcəkləri ağlabatan görünmür. Elə mənzillərin güzəştli satışı ətrafında şübhələr də buradan yarandı. Mənzillərin onlayn qaydada güzəştli satışının başa çatdığı elan olunduqdan dərhal sonra sosial şəbəkələrdə qızğın müzakirələr başladı. Ən müxtəlif versiyalar irəli sürülürdü. Güzəştli şərtlərlə mənzil ala bilməyənlər prosesin göz qırpımında sonuclanmasını daha çox “hakerlərin işi” kimi səciyyələndirirdilər. Həmin hakerlər güzəştli mənzillər almaq istəyən ayrı-ayrı vətəndaşlarla sövdələşmələrə girərək pul müqabilində sistemə müdaxilə ediblər. “Yeni Azərbaycan”ciddi sosial əhəmiyyət daşıyan məsələyə operativ reaksiya verdi. MİDA-nın mənzillərinin suallar doğuran müəmmalı satışı ilə bağlı qəzetimizdə ayrıca məqalə dərc olundu. “Yeni Azərbaycan” araşdırmalar nəticəsində belə bir qənaət ifadə etdi ki, sistemə əvvəlcədən hazırlanan plan əsasında məqsədli şəkildə müdaxilə edən və bununla da digər vətəndaşları güzəştli mənzil almaq hüququndan məhrum qoyan hakerləri aşkarlamaq mümkündür.
Qənaətimiz özünü doğrultdu. Bu günlərdə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən MİDA-nın mənzillərinin güzəştli satışına görə 6 nəfər saxlanılıb. Yayılan məlumatda cinayətin təfərrüatlarına aydınlıq gətirilib. Bildirilir ki, MİDA-nın müraciəti əsasında DTX CM-nin müvafiq maddələri əsasında cinayət işi açıb. Məlumatda oxuyuruq: “Müəyyən edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşları Məmmədov Elçin Elman oğlu, Hacıyev Ruslan Afiz oğlu, Hüseynov Firudin İlqar oğlu, Lətifzadə Yunis İltimas oğlu, Abdullayev Tərlan Tahir oğlu və Məmmədov Cavid Fəhrad oğlu digərləri ilə əlbir olub ayrı-ayrı qruplar halında Mənzil İnşaatı Dövlət Agentliyinin “Güzəştli mənzil” informasiya sisteminə daxil olmaq, oradakı məlumatları dəyişmək hüququ olmadan maddi maraq zəminində onlara müraciət etmiş şəxslərin güzəştli şərtlərlə mənzil əldə etmələrini təmin etmək məqsədilə xüsusi kompüter proqram təminatları hazırlayıb və ya uyğunlaşdırıb tətbiq etməklə 30.03.2022-ci il tarixində “Güzəştli mənzil” informasiya sisteminə daxil olub və kompüter məlumatlarını qəsdən təkrar dəyişdirib qanunsuz müdaxilə etmiş, bu hərəkətləri ilə hüququ olan vətəndaşların ümumi və bərabər əsaslarla güzəştli mənzil əldə etmək imkanını məhdudlaşdırmaqla və dövlət orqanlarının normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurmuşlar”.
Satışda yeni mənzillər olacaq
Prezident İlham Əliyevin 2022-ci il 11 aprel tarixli Fərmanına əsasən keçmiş məcburi köçkünlər üçün tikilmiş, istifadəsiz qalan mənzillərin də satışı həyata keçiriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Yeni Azərbaycan”a verilən məlumatda bildirilir ki, qurum tərəfindən mənzillərin satışını təşkil etmək məqsədilə elektron portal hazırlanır. Məlumatda vurğulanıb ki, hazırlanan portal bir neçə moduldan ibarət olacaq. Mənzil almaq istəyən hüquqi və fiziki şəxslərin satış portalına real vaxt rejimində Vahid Giriş Sistemindən - “ASAN Login” üzərindən giriş imkanı olacaq. Portalda onların qeydiyyatı aparılmaqla, hər biri üçün elektron kabinetlər yaradılacaq, mənzillərin satışı ilə bağlı bildirişlər və digər məlumatlar yerləşdiriləcək.
Qeyd edək ki, satışı nəzərdə tutulan həmin mənzillər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi ilə Bakının Ramana, Ümid, Xocəsən qəsəbələrində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalardakı, həmçinin Bakının Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalardakı istifadə edilməyən mənzillərdir. Dövlət başçısının tapşırığına əsasən, həmin mənzillərin satışından əldə olunan vəsait digər bölgələr üzrə şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə təminatına yönəldiləcək.
Xəbər lenti
Hamısına baxSiyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

