Qarabağda 9 kənd və qəsəbədə...
30.04.2022 [10:39]
Yaşayış məntəqələrinin salınmasına başlanılır
Nicat PAŞA
İşğaldan azad edilmiş torpaqlarımızda abadlıq-quruculuq işlərinin yüksək səviyyədə həyata keçirilməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının səmərəli şəkildə təşkil olunması dövlətimizin mühüm strateji hədəflərindən biridir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də təsbit edilmiş beş milli prioritetdən biri də işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın reallaşdırılmasıdır. Bu prioritetin uğurla reallaşdırılması üçün iki məqsədə nail olunmalıdır: dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya.
Ölkə başçımızın müvafiq tapşırıqlarına əsasən həyata keçirilən ardıcıl, məqsədyönlü və genişmiqyaslı tədbirlər nəticəsində qısa zaman ərzində kifayət qədər ciddi işlər görülüb. Mütəmadi olaraq Qarabağda böyük əhəmiyyətə malik olan bu və ya digər obyektlərin, ölkəmiz üçün iqtisadi baxımdan önəmli sənayə zonalarının tikinti-quruculuq işlərinin yekunlaşdırılması, istifadəyə verilməsi ilə bağlı xəbərlər xalqımızı sevindirir, qürurlandırır. Belə məzmunlu informasiyalardan biri də dövlət satınalmalarının vahid internet portalının yaydığı rəsmi məlumatdır. Məlumata əsasən, Qarabağda 9 kənd və qəsəbədə yaşayış məntəqələrinin salınmasına başlanılır. Daha dəqiq desək, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşd?rma Mərkəzi Füzuli rayonunun Dədəli (1) və Pirəhmədli (2), Kəlbəcər rayonunun Zallar (3) və Yanşaq (4), Xocavənd rayonunun Tuğ (5) və Hadrut (6), Cəbrayıl rayonunun Xudafərin (7), Kəlbəcər rayonunun Zar (8) və Laçın rayonunun Şəlvə (9) kənd və qəsəbələrində yaşayış məntəqələrinin salınmasının əsaslandırılması işləri ilə bağlı elan etdiyi 9 açıq tenderə yekun vurub. Dövlət satınalmalarının vahid internet portalının yaydığı rəsmi məlumatda qeyd olunur ki, tenderlərin qalibi “BİMD” QSC (1-4-cü tenderlər), “REM Mimarlık Dekorasyon Restorasyon Proje ve Taahhüt Hizmetleri Limited” şirkətinin yerli filialı (5-6-cı tenderlər), “Bureau Mühit” MMC (7-9-cu tenderlər)-dir. Qalib şirkətlərə müvafiq olaraq 1,53 milyon manat, 4,366 milyon manat və 848 min manat, ümumilikdə isə 6,744 milyon manat ödəniləcək.
Milli Məclisin deputatı Naqif Həmzəyev “Yeni Azərbaycan”a açıqlamasında bildirdi ki, bu gün Qarabağda sürətli və sistemli işlər həyata keçirilməkdədir. O diqqətə çatdırdı ki, qısa zamanda keçmiş məcburi köçkünlərimiz mərhələli şəkildə öz dədə-baba yurdlarına qayıdacaqlar: “Qarabağı azad etmişik. Ancaq zəfər qazanmaqla işimiz bitməyib. Çünki bu torpaqlar faktiki olaraq Ermənistan və erməni faşistləri tərəfindən 30 ilə yaxın müddət ərzində tamamilə dağıdılıb. Daş daş üstə qalmayıb, yaşayış binalarımız, tarixi-mədəni abidələrimiz tamamilə viran qoyulub. Artıq bərpa-quruculuq prosesi başlayıb, uğurla davam edir, yeni infrastruktur yaradılır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva dəfələrlə işğaldan azad olunmuş ərazilərə səfərlər etmişlər. Nəhəng quruculuq prosesi dövlət başçısının xüsusi diqqət mərkəzindədir”.
N.Həmzəyev vurğulayıb ki, bu gün Qarabağımızda işlər sistemli şəkildə, sürətlə həyata keçirilir: “Qarabağa “Böyük Qayıdış” proqramının uğurla həyata keçirilməsi üçün xüsusi plan, proqram və strategiya hazırlanmışdır. İşlərə start verdiyimiz zaman dost ölkələrin şirkətləri bu prosesə cəlb olunmaq istədiklərini bəyan etmişdilər. Bu gün həm Türkiyə, həm İtaliya, həm Rusiya, həm də türkdilli dövlətlərdən olan şirkətlər “Böyük Qayıdış” proqramında yaxından iştirak edirlər. Təbii ki, ilk növbədə, yol infrastrukturunun qurulması və bərpa edilməsi zəruridir. Bu sahədə də çox böyük işlər görülüb. Artıq 700 kilometrdən çox yol çəkilib. Ən önəmlisi, Şuşaya gedən “Zəfər yolu” da istifadəyə verilib”.
Deputat qeyd edib ki, qısa zamanda soydaşlarımızın öz dədə-baba yurdlarına qayıdacaqlarının şahidi olacağıq: “Eyni zamanda, biz bu ərazilərin cənnət məkana çevriləcəyinin şahidi olacağıq. “Ağıllı kənd”, “Ağılı şəhər” konsepsiyası əsasında tikinti işləri həyata keçirilir. Soydaşlarımızın həmin ərazilərdə məşğulluq məsələsi də öz həllini tapacaq”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16
YAP xəbərləri
27 Aprel 09:58
Dünya
27 Aprel 09:58
Hadisə
27 Aprel 09:25
İdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19

