Kəlbəcərə köç başladı...
13.05.2022 [10:01]
2021-ci ildə Kəlbəcər və Laçın yaylaqlarına 4500-dən artıq arı ailəsi köçürülüb
Şöhrəti bütün dünyaya yayılan Kəlbəcər balı deyəndə qeyri-ixtiyari olaraq göz önündə al-əlvan çəmən çiçəkləri canlanır, sanki onların ətrini duyub hiss edirsən. Bu əsrarəngiz diyarda yem sarıdan əziyyət çəkməyən arılar meşələrdə, çəmənliklərdə, ormanlarda çiçəkdən-çiçəyə qonaraq onların ən yaxşılarını seçir və şirələrini çəkərək bala çevirirlər. Yəqin ki, hər kəs Prezident İlham Əliyevin 16 avqust 2021-ci il tarixində Kəlbəcərdə arıçılarla görüşüb söhbət etməyini xatırlayır. Arıçıların 44 günlük Vətən müharibəsində işğaldan azad edilən dədə-baba torpaqlarında dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə söhbətləri çox səmimi şəraitə keçdi. Həmin görüşdə Kəlbəcər balının yüksək keyfiyyəti barədə xoş sözlər ifadə edən Prezident İlham Əliyev “Bizim balımız da çox keyfiyyətlidir. İndi Kəlbəcər balı yəqin ki, bütün digər yerlərdən daha da keyfiyyətli olacaq. Ona görə gərək həm daxili bazarı təmin edəsiniz, həm də ki, ixrac edəsiniz”, - deyə vurğulayıb.
Kəlbəcərdə dədə-baba peşəsinə ikinci həyat verilir
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində həmin yerlərdə tarixən formalaşmış təsərrüfat ənənələrinin dirçəldilməsi əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Kəlbəcər üçün belə ənənələr sırasında arıçılıq xüsusi yer tutur. 44 günlük müharibə başa çatdıdan sonra burada kəlbəcərlilər üçün, necə deyərlər, tarixi ənənə sayılan, hər evdə, hər ailədə çox sevilən arıçılığın keçmiş şöhrətinin geri qaytarılmasını hədəfləyən pilot layihənin icrasına başlandı. Layihə çərçivəsində yaylaqlara ilk olaraq beş arıçı köçdü və sonradan onların sayı daha da artdı. Beləliklə, işğaldan azad edilən Kəlbəcərdə dədə-baba peşəsinə ikinci həyat verilməsi istiqamətində çox mühüm addım atıldı. Ötənilki nəticələr təhlil olunmaqla 2022-ci ildə Kəlbəcərə daha çox sayda arıçıların köçürülməsi qərara alınıb. Kənd Təsərrüfatı Nazirliyindən “Yeni Azərbaycan”a verilən məlumatda bildirilir ki, Kəlbəcər rayonu üzrə 28 mindən çox arı ailəsi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçib. Bu arı ailələrinin əksəriyyəti Kəlbəcər yaylaqlarına köçürüləcək. Artıq 500-dən çox fermer arıçılıq təsərrüfatlarını yaylaqlara aparmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin elektron portalında qeydiyyatdan keçib. Qeydiyyat prosesi aprelin 30-da başa çatıb. Məlumatda oxuyuruq: “Azad olunmuş ərazilərə ötən il olduğu kimi, yenə də yalnız həmin rayondan olan fermerlərin təsərrüfatları köçürüləcək. Bu il Kəlbəcər yaylaqlarına, həmçinin Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən damazlıq arıçılıq və qoyunçuluq təsərrüfatlarının da köçürülməsi nəzərdə tutulur”.
Təntənəli yolasalma mərasimi
Portalda qeydiyyatdan keçmiş arıçılıq təsərrüfatlarının rəhbərləri ANAMA-nın Göygöldə yerləşən Təlim Mərkəzində azad olunmuş ərazilərdə xüsusi davranış qaydaları ilə bağlı təlimlərə cəlb olunublar. Təlimləri başa vurmuş fermerlər köç etdikləri ərazilərdə müvafiq təlimata uyğun davranacaqlarına dair iltizamnamə imzaladıqdan sonra, onların mərhələli şəkildə yaylaqlara köçü təmin ediləcək.
Artıq təlimləri başa vurmuş 13 arıçıdan ibarət 5 arıçılıq təsərrüfatı Kəlbəcər yaylaqlarına yola salınıb. Göygöl rayonu ərazisində keçirilən təntənəli yolasalma mərasimində Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, Azərbaycan Arıçılar Assosiasiyasının, Peşəkar Arıçılar İctimai Birliyinin rəhbərləri, Kəlbəcər rayonundan olan 150-dən çox arıçı fermer iştirak edib.
Mərasimdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Eldar Həsənov yaylaq mövsümünün başlaması münasibətilə kəlbəcərli arıçıları təbrik edib. O bildirib ki, ötən il mövsümü doğma yaylaqlarda keçirən arıçılıq təsərrüfatlarında yüksək məhsuldarlıq əldə olunub. 2021-ci ildə Kəlbəcər və Laçın yaylaqlarına 4500-dən artıq arı ailəsi köçürülüb. Bu il isə təkcə Kəlbəcər rayonu ərazisinə 20 mindən çox arı ailəsinin köçürülməsi planlaşdırılır.
Köçün də öz qaydaları var
Kənd Təsərrüfatı Nazirliyindən qəzetimizə verilən məlumatda bildir?lir ki, təsərrüfatların yaylaqlara köçürülməsi prosesi digər dövlət qurumları ilə koordinasiya edilir və xüsusi reqlament əsasında həyata keçirilir. Reqlamentə əsasən, ən azı 40 arı ailəsinə sahib olan, arı ailələrini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçirərək subsidiya alan kəlbəcərli fermerlər öz rayonlarındakı yaylaqlara köç üçün müraciət edə bilərlər. Fermerlər müraciətlərini istənilən rayonun Dövlət Aqrar İnkişaf Mərkəzində rəsmiləşdirmək imkanına malikdirlər. Bundan başqa, fermerlər özləri müstəqil şəkildə köçlə əlaqədar yaradılmış https://koc.eagro.az ünvanında yerləşən portala daxil olaraq müraciətlərini rəsmiləşdirə bilərlər.
Heyvandarlıq üzrə pilot layihə
Fermerlərə məlumat verilib ki, ötən il pilot layihə çərçivəsində heyvandarlıq təsərrüfatlarının da Kəlbəcər yaylaqlarına köçürülməsi təmin edilib. Köçün nəticələri nazirlikdə qiymətləndirilərək 2022-ci il üçün ilkin proqnozlar müəyyənləşdirilib. “Qiymətləndirilməyə uyğun olaraq, bu il tərkibində ən azı 200 heyvan olan qoyunçuluq təsərrüfatlarının da Kəlbəcər yaylaqlarına köçünün təşkili nəzərdə tutulub. Yaylaqlara köç edəcək hər bir heyvandarlıq təsərrüfatında qiymətləndirmə aparılacaq və təsərrüfatların məhsuldarlıq göstəriciləri nəzərdən keçiriləcək”, - deyə məlumatda vurğulanıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

