İqtisadiyyatda 7 faizdən çox böyümə
19.05.2022 [09:53]
Mübariz ABDULLAYEV
Yeni növ koronavirus pandemiyası qlobal iqtisadiyyatda ciddi problemlərə yol açdı. Alıcılıq qabiliyyətinin aşağı düşməsi, mal və xidmətlərə istehlakın azalması, təchizat-satış zəncirinin pozulması və bu kimi digər mənfi təsirlər nəticəsində bütün düya üzrə istehsal həcmləri azaldı və əmək bazarları kiçildi. Verilən xəbərlərə görə, ayrı-ayrı ölkələr hələ də öz iqtisadiyyatlarında qlobal pandemiyanın fəsadlarını aradan qaldırmağa müvəffəq olmayıblar.
Dünyadakı belə kədərli mənzərə fonunda Azərbaycan iqtisadiyyatının öz rəqabətqabiliyyətliliyini qoruyub saxlaması və dayanıqlıq nümayiş etdirməsi xüsusilə diqqət çəkir. Pandemiyanın pik dövründən sonra 2021-ci ildə milli iqtisadiyyatımızda bərpa prosesləri uğurla yekunlaşdı, cari ildən isə ayrı-ayrı istiqamətlər üzrə artım tempi müşahidə edilir.
ÜDM istehsalında artım
Xarici mənfi təsirlərin artdığı indiki şəraitdə Azərbaycan iqtisadiyyatının inkişafa istiqamət götürməsi heç də təsadüfi deyil. Bu, ilk növbədə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətlə və ölkəmizin güclü iqtisadi potensialı ilə bağlıdır. Respublikamızda zamanında iqtisadi inkişaf üçün bütün şərtlər təmin edilib. O cümlədən güclü iqtisadiyyat quruculuğunu hədəfləyən ardıcıl islahatlar həyata keçirilib, yeni institusional təsisatlar yaradılıb, kadr potensialı gücləndirilib, maliyyə inklüzivliyi təmin edilib, biznes mühiti davamlı olaraq optimallaşdırılıb, investisiya cəlbediciliyinin artırılması istiqamətində məqsədyönlü tədbirlər görülüb. Eyni zamanda, bütün ölkə üzrə böyük həcmlərdə dövlət əsaslı vəsait qoyuluşu hesabına müasir infrastruktur yaradılıb. Bu gün respublikamız infrastruktur təminatı baxımından dünyanın qabaqcıl ölkələri sırasında yer alır.
Bütün bunlar iqtisadi inkişaf üçün münbit zəmin deməkdir. 2022-ci ilin əvvəlindən milli iqtisadiyyatımızda ən yaxşı inkişaf göstəricilərindən biri ümumi daxili məhsul (ÜDM) istehsalının artımında qeydə alınıb. Yanvar-aprel aylarında Azərbaycanda 39 milyard 554,8 milyon manatlıq məhsul istehsal olunub. Bu, ÜDM istehsalında ötən ilin eyni dövrü ilə müqayisədə 7,2% artım deməkdir.
Qeyri-neft sektorunun üstün inkişafı
Azərbaycan neft-qaz resursları ilə zəngin olan ölkədir və milli iqtisadiyyatımızda enerji sektorunun xüsusi çəkisi var. Ancaq xoşbəxtlik ondadır ki, respublikamızda neft gəlirləri Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq davamlı şəkildə qeyri-neft sektorunun inkişafına istiqamətləndirilir. Son illərdə respublikamızda aqrar sektorun güclü şəkildə dəstəklənməsi, bütün ölkə üzrə müasir sənaye istehsalatlarının yaradılması, nəqliyyat-logistika infrastrukturunun gücləndirilməsinə böyük həcmlərdə sərmayələr yönəldilməsi bunun əyani təsdiqidir. Görülən tədbirlər öz bəhrəsini verir. Dövlət Statistika Komitəsinin məlumatına görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda cəmi 0,2 faiz həcmində əlavə dəyər formalaşıb. Bəhs olunan dövrdə qeyri-neft ÜDM-i isə11%-dən çox artıb. O cümlədən ÜDM istehsalının 54,8%-i sənaye, 7,7%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 6%-i nəqliyyat və anbar təsərrüfatı, 4%-i tikinti, 2,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,4%-i informasiya və rabitə, 1,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 14,5%-i digər sahələrin payına düşüb.
Müsbət məqamlardan biri də ondan ibarətdir ki, respublikamızda qeyri-neft sektorundan büdcə daxilolmaları da artır. İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, cari ilin yanvar-aprel ayları ərzində vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 55,2 faiz artaraq 5 milyard 35,4 milyon manat təşkil edib və proqnoz 150,5 faiz səviyyəsində icra edilib. Yanvar-aprel aylarında qeyri-neft-qaz sektorundan daxilolmalar isə 49,7 faiz artaraq 3 milyard 430,2 milyon manat olub və proqnoz 133,5 faiz yerinə yetirilib.
Respublikamızda qeyri-neft iqtisadiyyatının strukturunda sənaye istehsalı üstün mövqeyə malikdir. 2022-ci ilin birinci rübündə respublikamızda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 17,7 milyard manat təşkil edib. Sənaye məhsulunun 84,8 faizi mədənçıxarma, 12,9 faizi emal, 1,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,4 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payının 90,3 faizə çatması da çox yaxşı göstəricidir.
Qeyri-neft sənayesi üzrə ixrac imkanları da getdikcə genişlənir. Hazırda Azərbaycanın sənaye zonalarında buraxılan yüksək-keyfiyyətli məhsullar milli brend altında dünyanın 40-dan çox ölkəsinə ixrac olunur.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

