“Taxıl OPEK”i...
26.05.2022 [10:09]
Qlobal ərzaq qıtlığı qapıda
Mübariz ABDULLAYEV
Rusiya-Ukrayna müharibəsi uzandıqca onun fəsadları da artır. Müharibə geosiyasi gərginliyi, qarşı duran tərəflər və onlara havadarlıq edənlər arasında aqresiyanı gücləndirməklə yanaşı, qlobal iqtisadiyyata da ciddi mənfi təsirlər göstərir. Ayrı-ayrı ölkələrdə, xüsusilə də Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edən ABŞ-da və Avropa İttifaqı (Aİ) məkanında istehsal-təchizat-satış zəncirinin qırıldığı barədə kədərli xəbərlər gəlməkdədir. Qlobal ərzaq təhlükəsizliyinə yaranan təhdidlər isə xüsusi narahatlıq doğurur.
Həyəcan təbili
Qlobal bazarları müşahidə və təhlil edən ekspertlər, reytinq agentlikləri artıq ərzaq qıtlığının bütün dünya üzrə qapını döydüyü barədə həyəcan təbili çalırlar. Müharibə təzə başlayanda və Rusiyaya qarşı sanksiyaların ilk paketləri işə düşəndə analitiklər bunun dünyanın ərzaq təhlükəsizliyinə mənfi təsirlərini bir qədər gec dövr üçün proqnozlaşdırırdılar. Ancaq belə görünür ki, ərzaq qıtlığı dünyanı daha tez sınağa çəkəcək və artıq bunun ağır addımlarının zəhmli səsi eşidilməkdədir.
Dünya ərzaq bazarında tələblə təklif arasında fərq, necə deyərlər, ildırım sürəti ilə artmaqdadır. Bunun da məntiqi nəticəsi olaraq inflyasiya sürətlənir, istehlakçılar, demək olar ki, hər gün yeni və daha yüksək qiymətlərlə üzləşirlər. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına əsasən, qlobal miqyasda ərzaq və yemin qiymətləri 8-20 faiz bahalaşa bilər. Təşkilatdan bildirilib ki, dünyada ərzaq məhsullarının qiymətləri indeksi cari ilin əvvəlindən bəri 3,9 faiz, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 24,1 faiz artıb. Bəhs olunan dövrdə buğdanın qiyməti 2,1 faiz, qarğıdalı 5,1 faiz, ümumilikdə dənli bitkilərin qiymətləri 3 faiz bahalaşıb. Hazırda buğda dünya bazarında son 14 ilin ən yüksək qiymətləri ilə ticarət olunur.
Qıtlıq və bahalıq yaradan obyektiv və subyektiv amillər
Dünya ərzaq bazarına təhdidlərin artmasının əsas səbəbi kimi Rusiya-Ukrayna müharibəsi göstərilir. Burada həqiqət payı böyükdür. Müharibə başlayana qədər həm Ukrayna, həm də Rusiya dünyanın ərzaq məhsulları ilə təminatında yüksək pay sahibi idilər. Verilən məlumatlara görə, sözügedən ölkələr qlobal taxıl ixracının üçdəbirini həyata keçirirdilər. Ukrayna daha bir mühüm məhsulun ixracatçısıdır. Avropa Ukraynanın günəbaxan yağının istehsalının yarısını idxal edir. Məhz bu yağdan bişmiş, konservləşdirilmiş və hazır qidalarda, eləcə də sousların və şorbaların hazırlanmasında istifadə olunur. O, eyni zamanda, qənnadı məmulatlarının və uşaq qidasının əvəz edilməsi çətin olan tərkib hissəsidir.
Rusiya da dünya ərzaq bazarında müxtəlif adlarda kənd təsərrüfatı məhsullarının mühüm ixracatçılarından biri kimi tanınır. Taxıl şimal qonşumuzun ixracında əsas yeri tutur. Bütün dünya üzrə taxıl ixracında liderlik məhz bu ölkəyə məxsusdur. Rusiya günəbaxan yağının ixracı üzrə də dünya lideri sayılır. Bu ölkə qlobal ərzaq bazarına, eyni zamanda, böyük həcmlərdə şəkər, qarğıdalı, çovdar, paxlalılar və digər məhsullar çıxartmaq imkanına malikdir. Rusiya dünyada, həmçinin kənd təsərrüfatında geniş istifadə olunan müxtəlif gübrələrin əsas ixracatçılarından biridir.
Sadalanan faktlar Rusiyanın və Ukraynanın ərzaq məhsulları üzrə ixrac potensialı barədə konkret təsəvvür yaradır. İndi isə hər iki ölkə müharibəyə cəlb olunub və bu səbəbdən də dünya ərzaq bazarı böyük həcmlərdə məhsul təklifindən məhrum qalıb. Ancaq Rusiya və Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracının məhdudlaşdırılması qobal ərzaq bazarındakı qıtlığın və bahalığın yeganə səbəbi deyildir. Məsələ burasındadır ki, taxılın və digər kənd təsərrüfatı məhsullarının bir sıra ixracatçı ölkələri indiki çətinliklər fonunda qiymətlərin artmasına açıq və yaxud dolayı yollarla rəvac verirlər. Gəlin xatırlayaq: Rusiyanın ardınca adları böyük ixracatçılar siyahısında yer alan Hindistan və Qazaxıstan da taxıl ixracının məhdudlaşdırılmasına qərar verdi. Ekspertlər sual edirlər: Nə üçün nəhəng buğda istehsalçıları və ixracatçıları sayılan ABŞ, Fransa, Kanada ehtiyacın artmasına rəğmən, qlobal ərzaq bazarına ixrac həcmlərini artırmağa tələsmir, əksinə ehtiyatlarını daha sonrakı dövr üçün qorumağa üstünlük verir. Bildirilir ki, burada məqsəd aydındır - taxıl istehsalçıları daha çox gəlir götürmək məqsədilə qiymətlərin maksimum dərəcədə artmasını gözləyirlər.
Bu arada Rusiya və ona qarşı duran dövlətlər arasında qarşılıqlı ittihamlar getdikcə daha da artır. ABŞ və Aİ dövlətləri qlobal ərzaq bazarında yaranan qıtlığa görə müharibə düyməsini basan Rusiyanı günahlandırır. Şimal qonşumuz isə ünvanına səsləndirilən ittihamları yaxına buraxmayaraq, dünyadakı ərzaq qıtlığının məsuliyyətinin bu ölkəni müharibəyə təhrik edənlərin və sanksiyaların müəlliflərinin üzərində olduğunu bildirir.
“Taxıl OPEK”i
ABŞ Kənd Təsərrüfatı Nazirliyinin (USDA) proqnozlarına əsasən, cari mövsümdə qlobal buğda istehsalı 4,5 milyon ton azalmaqla 774,8 milyon ton təşkil edəcək. Taxıl istehlakı isə 787,5 milyon ton həcmində proqnozlaşdırılır. Azalan istehsal və getdikcə gərginləşən geosiyasi amillər fonunda bu həcmdə istehlakın qarşılanması çətin görünür. Qlobal ərzaq bazarında buğda və digər pozisiyalar üzrə təklifin kəskin azalması gözlənilən qıtlığın qarşısını almaq üçün təcili tədbirlər görülməsinin zəruriliyini gündəmə gətirib. İndi söhbət yalnız kasıb Afrika və yaxud Yaxın Şərq coğrafiyasının əhalisinin ərzaq məhsulları ilə təchizatının daha da pisləşməsindən getmir. İndi təhlükə o qədər ciddi və yaxındır ki, obrazlı ifadə etsək, bütün dünya eyni qazanda qaynayır.
Vəziyyətdən çıxış yolları kimi müxtəlif variantlar təklif olunur. Ukraynanın Aqrar Siyasət Nazirliyi “taxıl OPEK”inin yaradılması ideyası ilə çıxış edib. Təklifin mahiyyəti ondan ibarətdir ki, dünya üzrə iri taxıl istehsalçıları olan ölkələr bir qurumda birləşirlər və koordinasiyalı fəaliyyət həyata keçirirlər. Təklifə əsasən, bu siyahıda ABŞ, Kanada, Braziliya, Argentina və Ukrayna yer alır. Nə qədər qəribə görünsə də, hətta ərzaq qıtlığı fonunda da siyasi ambisiyalardan imtina müşahidə olunmur. Belə ki, “taxıl OPEK”ində Rusiya kənarda saxlanılır.
“Yaşıl dəhliz” açılsın
Son günlərdə qlobal ərzaq bazarında taxıla artan tələbatı ödəmək üçün Ukraynanın anbarlarında yığılan böyük ehtiyatların daşınması da müzakirə edilən məsələlər sırasındadır. Söhbət, təxminən iyirmi milyon ton taxıl ehtiyatının daşınmasından gedir.
Ukraynanın limanları Rusiya qüvvələri tərəfindən mühasirəyə alındığına görə bu qədər taxılı bazarlara çıxartmaq mümkün olmur. Vəziyyətin ciddiliyini nəzərə alan ayrı-ayrı ölkələr Ukraynanın Qara dəniz limanlarından “yaşıl dəhliz” açılması təklifi ilə çıxış edib. Taxıl daşınacaq dəhlizin Odessadan Bosfor boğazınadək uzanacağı bildirilir. Hazırda dəhlizin təhlükəsizliyinin təmin olunmasının detalları araşdırılır. Rusiya belə bir dəhlizin açılmasına qarşıdır və hərbi dəniz qüvvələrini geri çəkməyəcəyini bəyan edib. Şimal qonşumuz belə bir mövqe tutmasını həm də onunla əlaqələndirir ki, Ukrayna silahlı qüvvələri tərəfindən limanlarda çoxlu sayda minalar düzülüb. İndi həmin minalar sahildən uzaqlaşaraq uzun məsafələr boyu səpələnib və böyük təhlükə mənbəyidir. ABŞ və Avropa ölkələri isə “yaşıl dəhliz”ın açılmasında israrlı görünür. Plana görə, bütün minalar zərərsizləşdiriləcək, dəhliz həmfikir ölkələrin göndərdikləri hərbi gəmilər və digər texnika vasitəsilə qorunacaq. ABŞ rəsmiləri limanların Rusiya tərəfindən blokadasını yarmaq üçün Ukraynaya uzaqmənzilli gəmi əleyhinə raketlər göndərmək planı üzərində iş apardığını bildiriblər. Verilən məlumatlarda vurğulanır ki, Danimarka 20 ölkənin qəbul etdiyi təhlükəsizlik paketi çərçivəsində Ukrayna sahillərini qorumaq üçün raketlər göndərəcəyini açıqlayıb. Təxminən 200 mil mənzilli gəmi əleyhinə raketlər Ukrayna limanlarını və Qara dənizin şimal-qərb hissəsini mühasirəyə alan Rusiya gəmilərini hədəf seçməyə imkan verəcək. Ukrayna rəsmilərinin sözlərinə görə, hazırda Rusiyanın Qara dənizdə altı gəmisi və iki sualtı qayığı var. Bütövlükdə, taxıl ixracından asılı olan bütün ölkələrin “yaşıl dəhliz”ın yaradılması planına qoşulacaqları gözlənilir.
“Yaşıl dəhliz” ideyası Çinin gündəliyində
Ukraynadan taxılın daşınması üçün nəzərdə tutulan “yaşıl dəhliz”ın yaradılması ideyası Çinin də gündəliyində yer alır. Ölkənin xarici işlər naziri Van İ Almaniyadan olan həmkarı Annalena Berbok ilə telefon danışığında Rusiyadan və Ukraynadan ərzağın maneəsiz daşınması üçün humanitar “yaşıl dəhliz”in mümkün qədər tez açılmasının zəruriliyini bəyan edib. Çinin xarici siyasət idarəsinin rəhbəri bildirib ki, ölkəsi qlobal ərzaq qıtlığının qarşısını almaq üçün bütün tərəflərlə işləməyə hazırdır. “Çin beynəlxalq birliyin narahatlığına səbəb olan məsələlərin həllində heç vaxt kənarda qalmır”, - deyə Van İ vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43

