Proqnozdan qat-qat artıq
21.06.2022 [10:20]
4 milyard manata yaxın qalıq...
Nicat Paşa
Ölkəmizdə həyata keçirilən məqsədyönlü dövlət siyasətinin uğurlu nəticəsidir ki, Azərbaycan ötən il bərpa mərhələsini uğurla keçdi və inkişafa istiqamətləndi.. İlin əvvəlindən bəri respublikamızda ümumi daxili məhsul istehsalı 7.2 faiz artıb. Qeyri-neft sektorunda artım 11.5 faiz təşkil edib. Ən yüksək artım isə 15 faizdən çox olmaqla qeyri-neft sənayesində qeydə alınıb.
Hazırkı geosiyasi reallıqlar fonunda qlobal enerji bazarlarında neftin və qazın qiymətlərinin yüksək olması Azərbaycanın gəlirlərini artırır. Hətta dövlət büdcəsi göstəriciləri nəzərdə tutulandan qat-qat artıqdır. Xatırlatmaq yerinə düşər ki, 2022-ci ilin dövlət büdcəsində 1 barel neftin qiyməti 50 dollar nəzərdə tutulsa da, bu ilin ötən aylarında orta qiymət hər barel üçün 100 dollardan çox olub. Eyni zamanda, aparılan yeni nəsil islahatların, xüsusilə də şəffaflaşma tədbirlərinin məntiqi nəticəsi olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcəyə əlavə vəsaitlər cəlb edilib. 2022-ci ilin yanvar-may aylarında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 5 milyard 803 milyon 736,4 min manat vergi daxil olub, proqnoza 149,3 faiz əməl edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 52,3 faiz və ya təxminən 2 milyard manata yaxın artıb. Ödənilən vergilərin 67,3 faizi qeyri-neft-qaz sektorunun, 32,7 faizi isə neft-qaz sektorunun payına düşüb. Bununla yanaşı, cari ilin ilk 5 ayı üzrə DGK-nın xətti ilə büdcə daxilolmaları proqnozdan 344,4 milyon manat və ya 20% çox olub. Bütövlükdə, cari ilin dövlət büdcəsinin yenilənmiş proqnozlarına əsasən DGK xətti ilə büdcə daxilolmaları 4 milyard 605 milyon manat səviyyəsində nəzərdə tutulub.
Büdcə artımları onu deməyə əsas verir ki, Azərbaycanda inkişaf hazırda da davam edir. Maliyyə Nazirliyinin ötən gün yaydığı rəsmi məlumatda bildirilir ki, bu ilin beş ayında icmal büdcənin gəlirləri 15 milyard 549,9 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 027 milyon manat və ya 24,2% çoxdur.
Qeyd edilir ki, icmal büdcə xərcləri 11 milyard 650,1 milyon manat olub ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 535,5 milyon manat və ya 15,2 % çoxdur. Cari ilin beş ayında icmal büdcə 2 milyard 178,8 milyon manat kəsirlə proqnozlaşdırılsa da faktiki olaraq 3 milyard 899,8 milyon manat profisit yaranıb.
“Bu ilin beş ayı üzrə dövlət və icmal büdcələrinin operativ icra məlumatına əsasən dövlət büdcəsinin gəlirləri 11 milyard 227 milyon manat proqnoza qarşı 12 milyard 442,4 milyon manat və ya 110,8% təşkil edilib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2 milyard 706,6 milyon manat və ya 27,8% çoxdur.
Sənədə əsasən, bu ilin beş ayı ərzində dövlət büdcəsinin gəlirlərinin 6 milyard 353,4 milyon manatı qeyri-neft sektorunun payına düşüb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard 591,5 milyon manat və ya 33,4% çoxdur.
Dövlət büdcəsinin gəlirlərinin tərkibində qeyri-neft sektoru üzrə daxilolmaların xüsusi çəkisi
51,1 % təşkil etməklə proqnoz göstəricisinə (44,9%) nisbətən 6,2 faiz bəndi artıb.
Eyni zamanda, 5 ayda dövlət büdcəsinin xərcləri 10 milyard 380,8 milyon manat proqnoza qarşı 10 milyard 450 milyon manat və ya 100,7% icra edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 1 milyard 083,8 milyon manat və ya 11,6% çoxdur.
Hesabat dövründə dövlət büdcəsində 1 milyard 992,4 milyon manat profisit yaranıb ki, bu da proqnoza qarşı 1 milyard 146,2 milyon manat və ya 2,4 dəfə çoxdur. Son nəticədə dövlət büdcəsində 1 milyard 992,4 milyon manat büdcə artıqlığı (profisit) yaranıb”, - Nazirliyin məlumatında deyilir.
Statistik göstəricilər bir daha onu deməyə əsas verir ki, ölkəmizdə rəqabətqabiliyyətli iqtisadiyyat formalaşıb və buna adekvat olaraq digər istiqamətlərdə də tərəqqi dönməz prosesə çevrilib.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36

