Ucuz qiymət, aşağı keyfiyyət
23.08.2022 [10:23]
Və ya ucuz ətin “kolbasa”sı sağlamlığa zərərlidir...
Nicat PAŞA
Gündəlik alış-veriş zamanı tez-tez müraciət etdiyimiz ət və ət məhsullarından biri də kolbasa və sosislərdir. Lakin bazardakı mövcud vəziyyətə nəzər yetirdikdə bəh-bəhlə yediyimiz bu məhsulların ətdən hazırlanıb-hazırlanmaması şübhə yaratmaya bilmir. Ətin kiloqramının 11-12 manata olduğu halda “ət”dən hazırlandığı iddia edilən kolbasa və sosislərin qiymətinin 4-5 manat olması artıq xeyli vaxtdır ki, əhalidə şübhə yaradır.
Lakin problem tək bu deyil. Böyük təəssüf hissi ilə qeyd etməliyik ki, mənşəyi bilinməyən “ət” məhsulları artıq bazarda öz sözünü demiş, bütün standartlara cavab verən ət məhsulları ilə rəqabət aparırlar, bəzi hallarda yanaşı satışa təqdim edilirlər. Bunun da əsas səbəbi ucuz və keyfiyyətsiz məhsulların intensiv şəkildə reklam olunmasıdır.
Ölkəmizdə biznes üçün əlverişli şərait yaradılıb, lakin...
“Azərbaycan hökuməti biznes qurumları üçün dünyanın heç bir yerində olmayan rahat şərait yaradıb. Ən inkişaf etmiş ölkələrdə belə biznesmenlərin qazancına şərik olan reket qüvvələr var. Ölkəmizdə isə belə hallar yoxdur. Lakin düşünürəm ki, biznes qurumlar hökumətin bu əhəmiyyətli siyasətini düzgün dəyərləndirə bilmirlər”.
Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri, qida eksperti Eyyub Hüseynov səsləndirib. Mütəxəssisin sözlərinə görə, ölkəmizdə 20-dən çox ət məhsulları istehsal edən müəssisə var: “Bazarda elə bir vəziyyət yaranıb ki, ekoloji təmiz, təzə ətlərdən kolbasa istehsal edən müəssisə az qalır ki, müflis olsun. Naməlum maddələrdən hazırlanan kolbasa və sosis məhsullarını bazara çıxaran və qiymət yolu ilə bazarda haqsız bir rəqabət mühiti yaradan qurumlar var. AİB olaraq əlbəttə ki, insanların ucuz və keyfiyyətli mallar almalarının tərəfdarıyıq. Lakin bazara elə məhsullar çıxarılır ki, bütün gigiyenik qaydalara riayət edərək sağlamlıq üçün ziyanlı olmayan məhsullar istehsal edən müəssisə müflis olur. Bu, yolverilməzdir”.
Ən peşəkar texnoloqlar belə çətinlik çəkirlər
Birlik sədri ucuz qiymətə satılan bu məhsulların bu qədər geniş yayılmasının səbəblərinə də aydınlıq gətirib. E.Hüseynov reklam şirkətlərini bu cür şirkətlərlə əməkdaşlıq etməməyə çağırıb: “Ölkənin antiinhisar qurumu çox ciddi iş aparmalıdır. Onu da qeyd etməliyəm ki, hazırda istər televiziyalarda, istərsə də sosial şəbəkələrdə kiloqramı 4-5 manat dəyərində olan kolbasa və sosislər çox reklam olunur. Əhalinin böyük hissəsi də televiziyalara inanır, düşünür ki, televiziya vasitəsilə reklam olunan məhsul ekoloji cəhətdən sağlamdır, xeyirlidir. Lakin sual yaranır: hansı texnoloq kiloqramı 4 manata olan ət məhsulu hazırlaya bilər? Hətta ən peşəkar texnoloqlar belə həmin məhsulların nədən hazırlandığını ayırd etməkdə çətinlik çəkirlər. Heyvan dərisindən hazırlasalar, yenə də o qiymətə olmazdı”.
Xaricdən gələn məhsulların tərkibi ciddi şəkildə araşdırılmalıdır
AİB sədri yerli ərzaq bazarında satışda olan xarici məhsullar barədə də məlumat verib. O, həmin məhsulların tərkibini, nədən hazırlandığını ciddi şəkildə araşdırmağı təklif edib: “Dəfələrlə səsləndirdiyim digər bir məsələ xaricdən idxal olunan ət məhsullarının araşdırılması ilə bağlıdır. Həmin mallar çox cəlbedici şəkildə paketlənirlər və bu da insanlarda daha keyfiyyətli məhsul fikrini formalaşdırır. Müşahidələr onu göstərir ki, həmin xarici məhsulların qablaşdırılması ilə daxili eyni olmur, uyğunsuzluq olur”.
AQTA-nın əsasnaməsində yoxdur
“Təəssüf edirəm ki, AQTA qida təhlükəsizliyini təmin edən orqan kimi bu məsələlərə əhəmiyyət vermir. Bunun da səbəbi odur ki, onların əsasnaməsində qidanın təhlükəsizliyi məsələsi dayanır”, - deyən E.Hüseynovun sözlərinə görə, əsasnamədə keyfiyyət məsələsi yoxdur: “Ona görə də düşünürəm ki, əsasnamədə düzəliş olunmalıdır, keyfiyyət məsələsi önə çəkilməlidir. Yeni, daha sərt mexanizm tətbiq olunmalıdır. Ciddi şəkildə yoxlamalar aparılmalıdır”.
“Bütün dövlət qurumları, ictimai birliklər - hər birimiz gələcək nəslin sağlam yetişməsi, əhalinin sağlamlığının qorunması üçün bu istiqamətdə birgə fəaliyyət göstərməliyik. Deyilən hallar nəzərə alınarsa, biz müsbət nəticə görə bilərik”, - deyə AİB sədri vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
27 Sentyabr 20:18
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26

