Yumurta bahalaşıbmı?
27.08.2022 [07:31]
İstehsalçılar və istehlakçılar “yox” deyirlər. Bəs feyk məlumatlar KİV-də necə yayılır?
Mübariz FEYİZLİ
Son günlərdə ayrı-ayrı mətbuat orqanlarında və sosial şəbəkələrdə ölkədə ymurtanın qiymətinin artması ilə bağlı məlumatlar yayılır. Bəzi mənbələr yumurtanın bir ədədinin 22-23 qəpiyədək bahalaşdığını bildirirlər. Yayılan məlumatlar nə dərəcədə doğrudur? Qiymətlərin artması hansı mərhələdə baş verir- bunu istehsalçılar edir, yoxsa satış şəbəkələri? Ümumiyyətlə, zəruri qida məhsulu sayılan və gündəlik tələbat malları siyahısında yer alan yumurtanın qiymətinin artmasını zəruri edən amillər varmı? İstehlakçıları narahat edən bu kimi suallara cavab almaq üçün Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasına (APEPEA) müraciət etdik.
İstehsalçılar zərərlə işləsələr də...
Sorğumuza cavab olaraq APEPEA-dan “Yeni Azərbaycan”a daxil olan məlumatda bildirilir ki, KİV-də və sosial şəbəkələrdə yumurtanın bahalaşması ilə bağlı məlumatlar reallığı əks etdirmir. “Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasına ünvanlanan çoxsaylı sualları nəzərə alaraq bildirmək istəyirik ki, Assosiasiya üzvü olan yumurta istehsalçılarının heç birinin məhsulu yuxarıda qeyd olunan qiymətə satılmır”, - deyə məlumatda vurğulanıb.
APEPEA-nın İdarə Heyətinin sədri Mürvət Həsənli məsələ ilə bağlı aşağıdakıları qeyd edib: “Fevral ayından son bir həftəyədək Azərbaycanda yumurtanın qiymətində hər hansı dəyişiklik olmayıb. Baxmayaraq ki, qlobal bazarda yumurta istehsalında əsas komponent olan yem və yem əlavələrinin qiyməti fevral ayından bəri orta hesabla 30-40 faiz bahalaşıb, 1 yumurtanın maya dəyəri 16-17 qəpiyə yüksəlib, Assosiasiyaya daxil olan yumurta istehsalçılarından heç biri qiyməti artırmayıb. Bunun da əsas səbəbi bu olub ki, ölkədə tələbatdan xeyli artıq yumurta istehsal edilir və qiymətləri bazar tənzimləyir. Son aylarda yumurta istehsalçıları, xüsusilə orta və kiçik istehsalçılar böyük zərərlə üzləşiblər. Əvvəlcədən yem ehtiyatlarını təmin edə bilən iri istehsalçılarda zərər daha az oldu, onlardan bəziləri xaricə məhsul ixracını da yoluna qoydular. Kiçik və orta müəssisələrin bir çoxu isə zərərdən yayınmaq üçün ana sürülərinin sayını azaltdılar. Buna görə də istehsal azaldı və avqustun ortalarından tələbatın artması ilə qiymətlər topdansatışda 14-15 qəpiyə yüksəldi. Yəni bu gün yumurtanın bir ədədinin fabriklərdən çıxış qiyməti 15 qəpikdən yuxarı deyil. Hazırda əksər ticarət şəbəkələrində pərakəndə satış qiymətləri 16 qəpikdir ki, bu də keçən ilin eyni dövründəki qiymətlərdən aşağıdır. Ötən il istehsalçılar qarğıdalının bir kiloqramını 44 qəpiyə, buğdanın bir kiloqramını 40 qəpiyə alırdılar, yumurtanın bir qutusu isə (360 ədədi) 58 manata satılırdı. İndi istehsalçılar qarğıdalının bir kiloqramını 84-85 qəpiyə, buğdanın bir kiloqramını 65 qəpiyə, günəbaxan yağını 3,5 manata, dikalsinin birini əvvəl 1,2 manata, indi 3,5 manata alırlar. Yemin və yem əlavələrinin bahalaşmasına rəğmən, yumurtanın topdansatış qiyməti bir qutu üçün 54 manatdır. Yəni faktiki olaraq, hazırda yumurtanın qiyməti ötən ilkindən aşağıdır. Kimlərsə fürsətcillik edib, 14-15 qəpiyə aldığı yumurtanı 20-22 qəpiyə satırsa, burada istehsalçının heç bir günahı yoxdur”.
APEPEA-nın sədri bildirir ki, hazırda ölkədə yetərincə yumurta ehtiyatı var və yaxınmüddətli dövrdə yumurtanın mövcud qiymətlərdən yuxarı satışı gözlənilmir: “Cənab Prezidentin müvafiq Fərmanı ilə quş əti istehsalında mühüm payı olan məhsulların idxalının ƏDV-dən azad olunması nəticəsində bu gün ölkəmizdə quş ətinin bahalaşması deyil, əksinə, ucuzlaşmasını müşahidə edirik. Hesablamalarımıza görə, bu proses bir qədər də davam edəcək. Prezident İlham Əliyevin ölkədə sahibkarlığın, yerli istehsalın inkişafına verdiyi yüksək dəyər, atdığı addımlar Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunmasına imkan yaradıb. Biz əminik ki, bu vəziyyət dəyişməz qalacaq”.
Maraqlı dairələrin yaratdığı ajiotaj
İstehsalçılar “yumurta bahalaşıbmı” sualının cavabında “yox” deyirlər. Biz bir sıra pərakəndə satış məntəqələrində müşahidələr apardıq. Əksər mağazalarda yumurtanın bir ədədinin pərakəndə satış qiymətləri 16-18 qəpik arasında dəyişir. Yəni topdansatış qiymətləri ilə pərakəndəsatış qiymətləri arasında marja yüksək deyil. Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da pərakəndə satış məntəqələrində yumurtanın bir ədədinin 18 qəpikdən yuxarı satıldığını müşahidə etmədiyini bildirdi. Onun sözlərinə görə bazar iqtisadiyyatı şəraitində qiymətlər tələb və təklif əsasında formalaşır. Fikirlərinə davam edən Eyyub Hüseynov vurğulayıb: “Yumurtanın bir ədədinin mağazalarda 20 qəpikdən yuxarı satıldığı barədə məlumatlar KİV-ə və sosial şəbəkələrə, çox ola bilsin ki, bəzi maraqlı dairələr tərəfindən haqsız rəqabət məqsədilə sızdırılıb. Belə dezinformasiyalar istehlak bazarında qiymətlərə qısamüddətli dövrdə təsir göstərə bilər. Sonrakı mərhələdə isə tələb və təklifin nisbəti qiymətləri optimallaşdırır. İndi bütün dünyada olduğu kimi, respublikamızda da ərzaq təminatı çox həssas məsələlərdən birinə çevrilib. Dünyadan gələn xəbərlər bəzən təsirsiz ötüşmür, istehlakçılar arasında ajiotaja yol açır. Fürsətcil möhtəkirlər də belə vəziyyətdən sui-istifadə etməyə çalışırlar. İndiki məqamda mən istehlakçıları həssas yanaşma sərgiləməyə çağırıram. Respublikamızın ərzaq təminatında hansısa bir problem yaşanmır. Mağazalarda quş əti və yumurta da boldur. Tövsiyəm odur ki, istehlakçılar müəyyən maraqlı qüvvələrin, möhtəkirlərin ajiotaj yaratmaq cəhdlərinə uymasınlar, ərzaq məhsullarını tələbatlarına uyğun həcmdə alsınlar. Sirr deyil ki, belə feyk xəbərlər fonunda bəzi istehlakçılar ailələrinin tələbatından artıq ərzaq tədarükü görürlər. Sonradan bu məhsullar xarab olur və zibil qutularına atılır. Dünyanın ərzaq təhdidləri ilə üzləşdiyi indiki məqamda ərzaq itkisinə qətiyyən yol vermək olmaz.”
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20

