Daha çox insan yararlanacaq...
21.10.2022 [10:18]
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb
Nicat PAŞA
Azərbaycanın İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb. Bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”nə edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, Fondun nizamnamə kapitalı 798 000 000 (yeddi yüz doxsan səkkiz milyon) manatdan 893 000 000 (səkkiz yüz doxsan üç milyon) manata yüksəldilib.
Fərmana əsasən, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması (güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün) 2022-ci ilin dövlət büdcəsindən Fonda ayrılan 95,0 (doxsan beş) milyon manat hesabına təmin ediləcək. Maliyyə Nazirliyi bu Fərmanda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etməlidir.
“Fərmanın imzalanmasını zəruri edən amil İpoteka və Kredit Zəmanət Fondunun maliyyə vəziyyətinin ildən-ilə yaxşılaşması ilə bağlıdır”. Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib. Ekspertin məlumatına görə, Fondun aktivləri hər il artır və aktivlər tək pul vəsaitləri hesabına formalaşmır: “Bu, həm də banklarda yerləşdirilmiş faizlərdən, kreditlərdən, əmlakdan formalaşır. Hələ 31 dekabr 2021-ci ilə olan göstəricilərə görə, kapitalın ümumi həcmi 900 milyon manat civarında idi. Başqa öhdəliklər çıxıldıqdan sonra isə 820 milyon manat səviyyəsində oldu. Artıq Fərmandan da göründüyü kimi, nizamnamə kapitalı təxminən 95 milyon manat səviyyəsində artıb. Ümumilikdə, son iki il ərzində 256 milyon manat artıb. Bu isə çox yüksək göstərici deməkdir”.
R.Qasımzadənin sözlərinə görə, bu, İpoteka Fondunun imkanlarının, gəlirlərinin artacağı deməkdir: “Nəticə etibarı ilə gəlirlər artdıqca, onların səmərəli istifadəsi həyata keçiriləcək.
Müsbət tərəflərindən biri də odur ki, Fond gələcəkdə daha çox maliyyələşməni həyata keçirə biləcək, daha çox ipoteka kreditləri ayıra biləcək. Məlum olduğu kimi, bu gün ipoteka kreditləri almaq üçün imkanlar məhduddur. Amma bu vəsaitin hesabına Fondun imkanlarının daha da artması vətəndaşların ipoteka kreditlərinə çıxışın əlverişliliyinə, daha güzəştli şərtlərlə ipoteka kreditlərinin açılmasına, vəsaitlərin verilməsinə səbəb olacaq. Ümumiyyətlə, bu gün Azərbaycanda ipotekaya ehtiyac böyükdür. Xüsusilə də, yeni ailə quran vətəndaşlarımızın evlərə ehtiyacı çoxdur, bəlkə də, onminlərlə gənc ailə var ki, hələ də kirayədə qalırlar. Onların ehtiyaclarının ödənməsi üçün həmin Fond tərəfindən həm kirayə məqsədli evlərin ailələrə təqdim edilməsi, həm ipotekadan yararlanmaq istəyənlər üçün imkanların yaradılması təqdirəlayiq haldır”.
“Ümid edirəm ki, İpoteka Fondunun vəsaitləri gələcəkdə daha da artacaq, imkanları daha da genişlənəcək və beləliklə də, əlçatanlıq asanlaşacaq”, - deyə R.Qasımzadə fikirlərinə əlavə edib.
Xəbər lenti
Hamısına baxMaraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07

