Xalqın bəhrələnəcəyi layihələr
14.12.2022 [10:21]
Avropa İttifaqının Azərbaycana ayıracağı 2 milyard avro hansı istiqamətlərə yönəldiləcək?
MÜBARİZ
Azərbaycan ardıcıllıqla həyata keçirilən məqsədyönlü siyasət sayəsində bütün dünyada yüksək nüfuz qazanan ölkədir. Bunun nəticəsidir ki, əksər mötəbər beynəlxalq təşkilatlar respublikamızla əməkdaşlığın genişlənməsinə böyük önəm verir. Belə qurumlardan biri də Avropa İttifaqıdır (Aİ). Qarşılıqlı maraqlara əsaslanan Azərbaycan-Aİ əməkdaşlığı uzun illəri əhatə edir. Perspektivdə isə əməkdaşlığın yeni səhifəsinin açılacağı gözlənilir. Bu günlərdə Aİ respublikamıza 2 milyard avro həcmində vəsait ayırmağı planlaşdırdığını bəyan edib. Aİ-nin Bakıdakı nümayəndəliyindən verilən məlumata görə, investisiyalar İqtisadi İnvestisiya Planı çərçivəsində ayrılacaq.
Rekord səviyyəyə çatan ticarət dövriyyəsi
Azərbaycanla-Aİ arasında əməkdaşlıq hər iki tərəfin güclü siyasi iradəsinə və ötən illər ərzində yaradılan möhkəm hüquqi bazaya əsaslanır. İkitərəfli siyasi dialoqun dinamizmi kifayət qədər yüksəkdir. Tez-tez reallaşan yüksək səviyyəli qarşılıqlı səfərlər, keçirilən görüşlər və imzalanan sənədlər ikitərəfli əməkdaşlığın formalaşmasına və inkişafına təkan verir. İndiyədək imzalanan Tərəfdaşlıq və Əməkdaşlıq, Viza Sadələşdirilməsi və Readmissiya sazişləri, Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyannamə, Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı, enerji sahəsində strateji tərəfdaşlıq üzrə anlaşma memorandumu və bu kimi digər mühüm sənədlər çoxvektorlu əməkdaşlığın əsaslarını müəyyənləşdirib. Azərbaycan ilə Avropa İttifaqı arasında 2018-ci il iyulun 11-də “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması isə tərəflərin qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın inkişafında maraqlı olduqlarını bir daha nümayiş etdirdi.
Azərbaycan, həmçinin Avropa İttifaqına üzv ölkələrlə də münasibətlərin inkişafına böyük önəm verir. Respublikamızla Avropa İttifaqı ölkələrinin ticarət tərəfdaşlığı getdikcə genişlənir. İndiyədək Azərbaycan Aİ-nin 9 dövləti ilə strateji tərəfdaşlıq haqqında müqavilələr imzalayıb. Hazırda Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Ölkəmiz ixracatının təxminən 55 faizini, idxalının 20 faizini Avropa İttifaqı ilə aparır. Beləliklə, Aİ-Azərbaycan arasında ticarət dövriyyəsi təxminən 40 faiz səviyyəsindədir. 2022-ci ildə respublikamızın Avropa İttifaqı ilə ticarət dövriyyəsinin rekord səviyyəyə çatacağı gözlənilir. Hazırda Aİ-nin Azərbaycanda 700-dən çox şirkəti fəaliyyət göstərir. Aİ məkanından ölkəyə qoyulan investisiya 20 milyard dollardan çoxdur.
Enerji sektoru Azərbaycan-Aİ əməkdaşlığının çox mühüm bir istiqamətini təşkil edir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Deyə bilərik ki, respublikamız qoca qitənin yeni enerji xəritəsini formalaşdırıb. Ölkəmiz Avropa üçün yeni enerji, ələlxüsus da yeni mavi yanacaq mənbəyi hesab olunur. Cənub Qaz Dəhlizinin timsalında müasir nəql infrastrukturuna malik olması ölkəmizə əlavə üstünlüklər qazandırır. Təxminən 3500 kilometr uzunluğa malik bu kəmər Türkiyədən keçməklə Avropanın mərkəzi hissəsinədək uzanır. Burada isə kəmər şaxələndirilir və onun yeni qolları yaradılır. Xatırladaq ki, respublikamızın moderatorluğu ilə inşa olunan Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans Adriatik Boru Kəmərinin (TAP) inşası 2020-ci ilin sonunda tamamlandı və bundan sonra Azərbaycandan qoca qitəyə qaz nəqlinə start verildi. Ötən il respublikamız Cənub Qaz Dəhlizi ilə Avropaya 8 milyard kubmetr qaz ötürülməsi ilə bağlı öhdəliyinə tam şəkildə əməl etdi. 2022-ci ilin sonunadək bu həcmin 10 milyard kubmetrədək artırılacağı gözlənilir. Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalandı. Həmin Memorandum əsasında Azərbaycan 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatını iki dəfəyədək artıraraq ildə 20 milyard kubmetrə çatdıracaq. Çox doğru olaraq Azərbaycanla Avropa İttifaqı arasında imzalanan bu saziş əməkdaşlığın yeni yol xəritəsi kimi səciyyələndirilir.
Enerji sektorundan kənarda əməkdaşlıq
Azərbaycan və Avropa İttifaqı enerji sektorundan kənarda da əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərirlər. İndiyədək Aİ respublikamızda enerji sektorundan kənar istiqamətlərdə bir sıra layihələr həyata keçirib. Məsələn, Aİ “Azərbaycanda KOB-ların rəqəmsallaşmasının təşviqi” layihəsinə maliyyə dəstəyi göstərib. Avropa Yenidənqurma və İnkişaf Bankı respublikamızda aqrar biznesin və bölgələrdə fəaliyyət göstərən kiçik və orta müəssisələrin fəaliyyətini dəstəkləyir.
Avropa İttifaqının bəyan etdiyi 2 milyard avro həcmində yeni iqtisadi sərmayə planının da enerji sektorundan kənarda reallaşdırılması nəzərdə tutulub. Xüsusilə də, xalqın investisiyalardan birbaşa bəhrələnə biləcəyi layihələrin həyata keçirilməsinə üstünlük veriləcək. Birgə gələcək əməkdaşlığa suyun təmizlənməsi, yaşıl enerji, bərpa olunan energetika, kommunikasiyalar, biznesə, habelə tədqiqat və inkişafa dəstək kimi layihələr daxildir. “Avropa İttifaqı və Azərbaycanın əməkdaşlığı nəticəsində Aİ-nin İqtisadi İnvestisiya Planı üzrə yüksək səviyyəli işçi qrupu fəaliyyətə başlayıb. Yeni əlaqələndirici orqan Avropa İnvestisiya Bankı (EIB), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), habelə Aİ-yə üzv dövlətlərin maliyyə inkişaf institutları ilə birlikdə Aİ-nin dəstəyi ilə prioritet investisiyaları “Team Europe” ruhunda istiqamətləndirərək müəyyənləşdirəcək. Bu, Azərbaycanın iqtisadi və investisiya planının potensialını maksimum dərəcədə artırmağa kömək edəcək”, - deyə Aİ-dən bildirilib.
Avropa Komissiyasının Şərq Qonşuluğu və İnstitusional Quruculuq üzrə direktoru Lourens Meredit deyib ki, İqtisadi və İnvestisiya Planı üzrə yüksək səviyyəli işçi qrupunun fəaliyyətə başlaması Azərbaycan ilə sıx tərəfdaşlığımızın daha bir bariz göstəricisidir: “İqtisadi və İnvestisiya Planı Azərbaycan xalqı üçün nəzərəçarpacaq faydalar verir. Belə ki, artıq Azərbaycana 90 milyon avroya qədər vəsait ayrılıb”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

