Azərbaycan-Rumıniya əməkdaşlığının yeni səhifəsi açılır
07.02.2023 [10:40]
Milli maraqlar əsasında multiregional xarici siyasət kursu həyata keçirən Azərbaycan Avropa İttifaqının 10 üzv dövləti ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Dost Rumıniya da bu sırada yer alır. Rumıniya Avropanın sayılıb seçilən ölkələrindən biridir. Bunu həm də o amil təsdiqləyir ki, bu ölkə ardıcıl və məqsədyönlü siyasəti sayəsində həm Avropa İttifaqı, həm NATO kimi nüfuzlu qurumlarda önəmli söz sahiblərindən birinə çevrilib. Rumıniya Avropa İttifaqının respublikamızla strateji tərəfdaşlıq münasibətlərinə dair sənəd imzalayan ilk ölkəsidir. İki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin təməli 2009-cu ilə qurulub. Həmin vaxtdan etibarən müxtəlif sahələrdə əlaqələri uğurla inkişaf etdirən Azərbaycanla Rumıniya arasında möhkəm qarşılıqlı etimad formalaşıb. Bu günlərdə Rumıniya Prezidenti Klaus Yohannisin respublikamıza uğurlu səfəri baş tutub.
Qarşılıqlı maraqlara cavab verən siyasət
Rumıniyanın dövlət başçısının Azərbaycana uğurlu səfəri çərçivəsində Prezident İlham Əliyev mətbuata verdiyi Bəyanatında iki ölkə arasında siyasi dialoqun kifayət qədər yüksək səviyyədə olduğuna xüsusi diqqət çəkib. Dövlətimizin başçısı bildirib ki, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir. “Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Bu gün müzakirə olunan və həll etdiyimiz məsələlər doğrudan da strateji əhəmiyyət daşıyır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Bəyanatda bildirildiyi kimi, qarşılıqlı səfərlər Azərbaycanla Rumıniya arasında siyasi dialoqun yüksək səviyyəyə yüksəlməsinin bariz ifadəsidir. 1995-ci ilin iyulunda Prezident Heydər Əliyevin Rumıniyaya rəsmi səfəri ilə münasibətlərin inkişafında yeni mərhələ başlayıb. 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev dövlət başçısı statusunda Rumıniyada ilk dəfə rəsmi səfərdə olub. Azərbaycan Prezidentinin Rumıniyanın rəsmiləri ilə keçirdiyi görüşlərdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin perspektivləri, regional əməkdaşlıq, beynəlxalq məsələlər ətrafında geniş müzakirələr aparılıb və yeni təşəbbüslər irəli sürülüb. Bəhs olunan səfər zamanı iki ölkə arasında 11 sənəd imzalanıb. 2009-cu il sentyabrın 28-də Buxarestdə iki ölkə prezidentləri tərəfindən “Rumıniya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın qurulması haqqında Bəyannamə” imzalanıb. Bu sənəd ikitərəfli münasibətlərin yol xəritəsi sayılır. Sonrakı mərhələdə hər iki tərəfin siyasi iradəsinə uyğun olaraq tərəfdaşlıq münasibətlərinin hüquqi bazası daha da möhkəmləndirilib. Bütövlükdə, indiyədək Azərbaycanla Rumıniya arasında 61 sənəd imzalanıb. Həmin sənədlər əməkdaşlığın müxtəlif sahələrini əhatə edir. Perspektivdə isə iki ölkə arasında yeni sənədlərin imzalanması gözlənilir.
Ötən il oktyabrın 1-də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın paytaxtı Sofiyada Rumıniyanın Baş naziri Nikolae-Yonel Çuke ilə görüşüb. Görüşdə dövlətimizin başçısı Azərbaycanla Rumıniya arasında münasibətlərin strateji tərəfdaşlıq əsasında inkişaf etdiyini xüsusi vurğulayıb. Prezident İlham Əliyev ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin, geniş əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib.
Azərbaycanın dövlət başçısının dost Rumıniyaya növbəti səfəri 2022-ci ilin sonlarında baş tutub. Dekabrın 17-də Buxarestdə Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniya Prezidenti Klaus Yohannis ilə görüşü olub. Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğu qeyd edilib, yüksəksəviyyəli qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulanıb. Hər iki ölkənin müvafiq qurumları arasında sıx əməkdaşlığın həyata keçirildiyi bildirilib.
Rumıniya Prezidenti Klaus Yohannisin bu günlərdə respublikamıza baş tutan uğurlu səfərinin gündəliyi də kifayət qədər geniş olub. Dövlət başçıları təkbətək və geniş tərkibdə keçirilən görüşlərdə və mətbuata verdikləri Bəyanatlarda qarşılıqlı əməkdaşlığın möhkəmlənməsinə hər iki tərəfdə güclü siyasi iradə olduğunu diqqətə çatdırıblar. “Biz Rumıniya olaraq ölkələrimiz arasında strateji tərəfdaşlığı dərinləşdirməyə və mühüm strateji əhəmiyyətə malik regional layihələrin icrasına hazırıq. Biz enerji, ticarət, sərmayə qoyuluşu, rəqəmsallaşma və kənd təsərrüfatı sahələrində əməkdaşlığa hazırıq”. Bu fikirləri mətbuata Bəyanatında Rumıniya Prezidenti Klaus Yohannis ifadə edib.
İqtisadi əməkdaşlığın əsas istiqaməti: Enerji dialoqu
Qarşılıqlı maraqlar əsasında siyasi dialoqu uğurla inkişaf etdirən Azərbaycan və Rumıniya iqtisadi sahədə də əməkdaşlığı ilbəil genişləndirirlər. 2022-ci ilin iyun ayında Bakıda Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclası keçirilib. Komissiyanın həmsədrləri - əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku iclasın yekunları ilə bağlı gələcək əməkdaşlıq istiqamətlərini əhatə edən Protokol imzalayıblar. İki ölkə arasında ticarət dövriyyəsi ötən il iki dəfədən çox artıb. Ancaq bu, tərəflərin istəyinə uyğun deyil. “Ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir. Biz ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə addımlar atacağıq və ümid edirəm ki, hökumətlərarası komissiyanın fəaliyyəti məhz bu məqsədi güdəcək. Komissiya keçən il Bakıda görüşüb, bu il isə Buxarestdə görüşəcək. Beləliklə, ticari-iqtisadi sahədə də yaxşı nəticələr ola bilər”, - deyə Prezident İlham Əliyev bildirib.
Azərbaycanın SOCAR şirkətinin dost Rumıniyada fəaliyyətini ildən-ilə genişləndirməsi məmnunluq doğurur. Prezident İlham Əliyevin bildirdiyi kimi, SOCAR-ın Rumıniyada fəaliyyətinin artıq çox gözəl tarixçəsi vardır. Hazırda Azərbaycan şirkətinin Rumıniyada 67 yanacaqdoldurma məntəqəsi və 3 yanacaq deposu fəaliyyət göstərir.
SOCAR-ın dost ölkədəki işgüzar komandasında 729 işçi çalışır. Azərbaycan şirkətinin Rumıniyadakı yanacaqdoldurma məntəqələri bu ölkənin Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea, Arad, Argeş, Bistritsa-Nasaud, Hunedoara, Sibiu, Buxarest, Braşov, Satu-Mare və digər regionlarını əhatə edir.
Enerji dialoqunda yeni istiqamət
İndiki mərhələdə isə Azərbaycanla Rumıniya arasındakı enerji əməkdaşlığının yeni istiqamətləri barədə də danışmaq mümkündür. Bunlar aşağıdakılardır:
1. Azərbaycandan Rumıniyaya mavi yanacaq ixracı. Məlumdur ki, respublikamız qoca qitəyə tədarük olunan mavi yanacağın həcmlərini 2027-ci ilədək iki dəfə artırmağı hədəfləyib. Ölkəmizdə “Şahdəniz” yatağının istismarının genişləndirilməsi, həmçinin yeni qaz yataqlarının ehtiyatlarının müəyyənləşdirilməsi bu hədəfin tam real olduğunu təsdiqləyir. Azərbaycan, həmçinin Avropada mavi yanacaq ixracının coğrafiyasını genişləndirmək niyyətindədir. Ölkəmizin liderliyi ilə inşa olunan Cənub Qaz Dəhlizinin Avropada yeni qollarının yaradılması buna geniş imkanlar açır. Artıq cari ildən dost Rumıniya da Azərbaycandan mavi yanacaq idxal edən ölkələr sırasına daxil olub. Bunu diqqətə çatdıran Prezident İlham Əliyev deyib: “İndi isə bizim əməkdaşlığımız yeni mərhələyə çıxır. Buxarestdə olarkən təbii qazın Rumıniyaya çatdırılmasına dair saziş imzalanmışdır. Beləliklə, Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir”.
2. Azərbaycandan Rumıniyaya yaşıl enerji ixracı. Prezident İlham Əliyevin ötən ilin dekabrında Buxarestə səfəri çərçivəsində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa dair Saziş imzalanıb. Həmin sazişə əsasən Azərbaycanda bərpaolunan mənbələrdən alınacaq elektrik enerjisi Qara dənizin dibi ilə çəkiləcək kabel xətti ilə Avropaya, o cümlədən də Rumıniyaya ötürüləcək. Prezident İlham Əliyev bəhs olunan layihəni böyük sərmayə tələb edən, bir neçə ölkəni, iki dənizi birləşdirən strateji xarakterli bir layihə kimi səciyyələndirib.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45

