Azərbaycan-İtaliya: Strateji tərəfdaşlığın genişlənən üfüqləri
15.02.2023 [10:20]
Mübariz FEYİZLİ
Hazırda bütün dünyada yaşanan gərginliklərə baxmayaraq, Azərbaycanın həyatı müsbət proseslərlə səciyyələnir. Ölkəmiz gündəliyinin əsas məsələlərinin həlli istiqamətində inamlı addımlar atır. İşğaldan azad edilmiş ərazilərdə quruculuq-abadlıq işləri geniş vüsət alıb. Milli iqtisadiyyatımızda strateji önəm daşıyan layihələr həyata keçirilir.
Əlamətdar haldır ki, respublikamız həm ərazilərin bərpasına, həm də yeni iqtisadi layihələrin icrasına dost ölkələri də cəlb etməyə nail olub. Həmin ölkələrin şirkətləri respublikamızda çoxsaylı layihələrin icrasında investor və podratçı təşkilat qismində qoşulurlar ki, bu da beynəlxalq miqyasda Azərbaycana, onun Liderinə olan böyük inamın ifadəsidir.
Azərbaycanla sıx əməkdaşlıq əlaqələri quran dost ölkələrdən biri də İtaliyadır. Bu ölkənin “Ansaldo” şirkəti respublikamıza yeni layihəyə - fevralın 13-də Bakıda “Gülüstan” sarayında təməli qoyulan 1280 MVt gücündə İstilik Elektrik Stansiyasının inşasına da cəlb olunub. Qeyd edək ki, “Ansaldo” şirkəti İtaliya sənayesinin mühüm bir hissəsidir. Həmin müəssisə 170 il bundan əvvəl Genuya şəhərində təsis olunub. Bu gün “Ansaldo” öz fəaliyyətini, necə deyərlər, bütün dünya üzrə həyata keçirir.
Tarixi bağlılıq
Azərbaycanla İtaliya arasında münasibətlərin zəngin tarixi var. Belə ki, ən azı 30 min ildən artıq yaşı olan petroqliflərin yerləşdiyi və UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Qobustan Dövlət Tarixi Qoruğu ərazisindəki qayalar üzərində Roma İmperiyası legionlarının bizim eradan əvvəl I əsrə aid latınca yazıları vardır. Bu yazılar Roma İmperiyası legionlarının zamanında Azərbaycan ərazisində olduğunu təsdiqləyir. İtalyan səyyahı Marko Polo öz əsərlərində Azərbaycandan bəhs edib. XV əsrdə Azərbaycan Ağqoyunlu dövləti ilə Venesiya Respublikası arasında siyasi, diplomatik əlaqələr qurulub. 1469-1478-ci illərdə Venesiya Respublikasının Azərbaycanda səfirliyi fəaliyyət göstərib. Həmin dövrdə Azərbaycan ilə Neapol Krallığı arasında təmaslar mövcud olub. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə də respublikamızla İtaliya arasında diplomatik münasibətlər yaradılıb və İtaliyanın Bakıda diplomatik təmsilçiliyi fəaliyyət göstərib. 1972-ci ildə Azərbaycanın paytaxtı Bakı və İtaliyanın Neapol şəhərləri qardaşlaşmış şəhərlər elan ediliblər.
Ənənələr yaşayır
Tarixdən gələn ənənələr bu gün də yaşayır. İtaliya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 1 yanvar 1992-ci ildə tanıyıb, 8 may 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr qurulub. 1997-ci ilin mart ayında İtaliyanın Azərbaycanda, 2003-cü ilin dekabr ayında isə Azərbaycanın İtaliyada səfirliyi təsis edilib.
Bu gün iki ölkə arasında siyasi dialoq kifayət qədər yüksək səviyyədədir. Siyasi dialoqun yüksək səviyyədə olması Azərbaycan və İtaliya arasında hərtərəfli əməkdaşlığın inkişafına güclü təkan verir. Hər iki ölkənin yüksəksəviyyəli rəsmiləri müntəzəm olaraq qarşılıqlı səfərlər edirlər. 2018-ci ildə İtaliya Prezidenti Sercio Mattarella respublikamızda səfərdə olub. Həmin səfərdən cəmi iki il sonra Azərbaycan Prezidenti 2020-ci ildə Romaya səfərə gedib. Azərbaycan Prezidenti, həmçinin 2022-ci il sentyabrın əvvəlində dost ölkədə səfərdə olub. Dövlətimizin başçısı yuxarıda bəhs olunan təməlqoyma mərasimindəki çıxışında Azərbaycanla İtaliya arasında münasibətlərin strateji xarakter daşıdığına diqqət çəkərək vurğulayıb: “İtaliya şirkətinin bu stansiyanın inşasında iştirakı təsadüfi deyil. İtaliya bizim strateji tərəfdaşımızdır. İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır, yüksək səviyyəli qarşılıqlı səfərlər təşkil edilmişdir. Bu ilin yanvar ayından başlayaraq İtaliyanın yeni hökumətinin üç naziri artıq Azərbaycana səfərlər etmişlər - müdafiə naziri, energetika naziri və bu gün şirkətlər və “Made in Italy” naziri. Cəmi bir ay ərzində, - yəni, birinci səfər yanvarın 11-də olmuşdur, - yeni hökumətin 3 naziri Azərbaycanda səfərdə olub. Bu, bizim əlaqələrimizin doğrudan da nə qədər yüksək səviyyədə olmasından xəbər verir”.
Hər iki tərəf aralarındakı strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun olaraq müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsində güclü siyasi iradə nümayiş etdirir. Hazırda İtaliya Azərbaycanın birinci ticari tərəfdaşıdır. Eyni zamanda, Azərbaycan İtaliyanın əsas enerji təchizatçılarından biridir.
İtaliyada “Azərbaycan ili”, Bakıda birgə universitet
Azərbaycanla İtaliya arasında humanitar sahədə əməkdaşlığın genişlənməsi hər iki ölkənin həm də cəmiyyətlərinin bir-birinə yaxın olmasını təzahür etdirir. 2020-ci il İtaliyada “Azərbaycan ili” elan olundu. “Azərbaycan ili” çərçivəsində dost ölkədə çoxsaylı mədəni-kütləvi tədbirlər keçirildi. Bununla da İtaliyada milli mədəniyyətimizin təbliğinə geniş imkanlar yaradıldı.
Azərbaycanın dövlət başçısının ötən ilin sentyabrında İtaliyaya baş tutan uğurlu səfəri zamanı Romada İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirilib. Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılması yeni ixtisaslar üzrə gənc azərbaycanlı kadrların hazırlanması və təlim keçməsində mühüm rol oynayacaq. 2022-ci ilin aprel ayında Bakıda ADA Universitetinin kampusunda İtaliya xarici işlər naziri Luici Di Maionun iştirakı ilə yeni tədris korpusunun təməli qoyuldu. İtaliya-Azərbaycan Universitetinin binası hazırda inşa edilir və 2024-cü ilin sonunadək hazır olacaq.
Enerji dialoqu
İtaliya Azərbaycanın ərazi bütövlüyünə davamlı dəstək verən ölkədir. Bu ölkənin nəşrlərində Vətən müharibəsi günlərində obyektiv mövqedən yazılan çoxsaylı məqalələr dərc olundu. Eləcə də dost ölkənin şirkətləri elə ilk günlərdən işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərinə qoşulublar. Həmin şirkətlər bəhs olunan ərazilərdə elektrik enerjisi ilə təchizat sisteminin qurulmasında, yeni konseptlər əsasında yaşayış məntəqələrinin inşasında böyük fəallıq nümayiş etdirirlər.
Enerji dialoqu isə iki ölkənin iqtisadi sahədə əməkdaşlığının prioritet istiqaməti sayıla bilər. Hazırda ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. 2021-ci ildə Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil edirdisə, 2022-ci ildə bu rəqəm 11,3 milyard kubmetr olub. Cari ildə isə onun həcmi ən azı 11,6 milyard kubmetrə çatdırılacaq. 2023-cü ildə Azərbaycandan ixrac ediləcək təbii qazın ümumi həcmi təxminən 24 milyard kubmetr olacaq. Müqayisə üçün bildirək ki, 2021-ci ildə bu rəqəm 19 milyard kubmetr təşkil edirdi. Azərbaycan özünün qaz ixracının coğrafiyasını Avropada daha da şaxələndirməyi hədəfləyib. Bu, hamı üçün uduşlu vəziyyətdir. Çünki Avropaya öz enerji təhlükəsizliyinin qorunması üçün qaz lazımdır. Azərbaycan isə qoca qitənin artan tələbatını qarşılamağa qadir olan ölkədir.
İtaliya da Azərbaycanın enerji daşıyıcılarının ixracı coğrafiyasında mühüm yer alan ölkələrdən biridir. Prezident İlham Əliyevin təbirincə desək, enerji sektorunda ikitərəfli əməkdaşlıq ənənəvidir. “Bütövlükdə, energetika sahəsində əməkdaşlıq ənənəvidir. Azərbaycan neftinin böyük hissəsi İtaliya bazarına çatdırılır və iki ildən artıqdır ki, Azərbaycan qazı İtaliya bazarına çatdırılır. TAP layihəsi bizim birgə uğurumuzdur. Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycanın Xəzər dənizindəki sektorudursa, bunun son məntəqəsi İtaliyadır və yol boyunca bir neçə ölkə Azərbaycan qazından faydalanır. O cümlədən Avropanın yeni ehtiyaclarını nəzərə alaraq və keçən il Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış sənədə əsasən, biz Avropa məkanına təbii qazın həcminin artırılmasını təmin edəcəyik. Əlbəttə ki, burada TAP layihəsinin iki dəfəyədək genişləndirilməsi məsələsi gündəlikdədir. Bu məsələ artıq bir müddətdir ki, müzakirə edilir, o cümlədən bu ayın əvvəlində Bakıda keçirilmiş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasında geniş müzakirə edilmişdir”, - deyə dövlətimizin başçısı vurğulayıb
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30

