Avropanın enerji açarı
22.02.2023 [10:21]
İlham Əliyev: Enerji diplomatiyamız nə qədər uğurlu olarsa, ölkəmizin maraqları daha güclü şəkildə təmin ediləcək
Nardar BAYRAMLI
Münhen Təhlükəsizlik Konfransında müzakirə edilən məsələlər hazırda dünya gündəmində olan əsas mövzular sırasındadır. Bu il keçirilən konfransda 40 dövlətin lideri və müxtəlif ölkələri təmsil edən 90 nazir iştirak edib. Gözlənildiyi kimi, konfransın aparıcı mövzusu Rusiya-Ukrayna müharibəsi olsa da, dünyanı daha çox düşündürən enerji məsələləri də diqqət mərkəzində saxlanılıb. Azərbaycan Prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransına dəvət alması və konfrans çərçivəsində enerji təhlükəsizliyi ilə bağlı dəyirmi masada iştirakı, məzmunlu çıxışı Azərbaycanın Avropa üçün əhəmiyyətini göstərir. Belə ki, fevralın 17-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda keçirilən dəyirmi masada ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən danışan Prezident İlham Əliyev bildirib ki, ötən il Azərbaycanın qaz təchizatının artırılması qısamüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə verilən töhfə idi. Orta və uzunmüddətli perspektivdəki hədəf isə Azərbaycan tərəfindən irəli sürülən Cənub Qaz Dəhlizinin genişləndirilməsidir. Prezident İlham Əliyev qeyd edib ki, 2027-ci ilədək TAP-la qaz nəqlinin indiki 11 milyard kubmetrdən 20 milyard kubmetrə, TANAP-la isə 16 milyard kubmetrdən 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Ötən il Bakıda Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iştirakı ilə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını xatırladan dövlətimizin başçısı vurğulayıb ki, enerji sahəsində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı bu sənədə uyğun olaraq bundan sonra da genişlənəcək.
Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıqda bərpaolunan enerjinin də xüsusi rolu var. Dövlətimizin başçısı ölkəmizin son dövrlər bu sahədə bir sıra vacib addımlar atdığını diqqətə çatdırib. Prezident qeyd edib ki, Azərbaycanda bu istiqamətdə artıq bir sıra layihələr həyata keçirilir, həmçinin 25 qiqavatadək enerji istehsalı ilə bağlı müxtəlif sənədlər imzalanıb. Bu isə Azərbaycanın istehsal etdiyi yaşıl enerjinin daxili istehlakla yanaşı, Avropaya ixrac edilməsinə də imkan verəcək ki, bu da orta və uzunmüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə töhfə olacaq. Azərbaycan bundan sonra da Avropanın enerji təhlükəsizliyində vacib rol oynamağa davam edəcək.
Tədbirdə digər çıxış edənlər Azərbaycanın ötən dövrdə, xüsusilə keçən il Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni xüsusi vurğulayıb, Azərbaycanla bu sahədə əməkdaşlığı yüksək qiymətləndiriblər. Məsələn, Macarıstanın xarici işlər və beynəlxalq iqtisadi əlaqələr naziri Peter Siyarto qeyd edib ki, Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Cənub Qaz Dəhlizinin genişləndirilməsi zəruridir və bunun üçün Avropa sərmayə yatırmalıdır.
Ümumiyyətlə, Azərbaycan Prezidentinin enerji diplomatiyası heç də yalnız Avropanın təbii qaza olan tələbatını ödəyib onun böhrandan çıxmasına yardım etməkdən ibarət deyil. Bu diplomatik xətt praqmatik xarakter daşıyır və çoxfunksiyalı siyasi addımlardan ibarətdir. Əvvəla Azərbaycan öz təbii sərvətlərini dünya bazarına çıxararaq sosial iqtisadi inkişafın dayanıqlılığını, ölkəyə əlavə sərmayə axınını, dövlət büdcəsinin valyuta daxilolmalarını təmin edir, əhalinin sosial vəziyyətini yüksəldir. Prezident İlham Əliyev də Münhendə jurnalistlərə müsahibəsi zamanı bildirib ki, həm Davos Forumu çərçivəsində, həm də Münhen Təhlükəsizlik Konfransında enerji təhlükəsizliyi məsələləri gündəliyin ön sıralarındadır: “Əlbəttə ki, burada Azərbaycan yeni mənbənin sahibi kimi və Avropanın enerji təhlükəsizliyi üçün bir çox işlər görən ölkə kimi böyük hörmətlə qarşılanır. Deyə bilərəm ki, bir çox görüşlərdə bizim Avropanın enerji təhlükəsizliyinə verdiyimiz töhfə qeyd olunur və mənə təşəkkürlər də çatdırılır. Burada həm Avropa, həm Azərbaycan ancaq qazanc əldə edə bilərlər və faktiki olaraq biz bunu edirik. Şübhəsiz ki, enerji diplomatiyamız nə qədər uğurlu olarsa, ölkəmizin maraqları bir o qədər də daha güclü şəkildə təmin ediləcək”.
Bütün bunlar məsələnin iqtisadi tərəfidir. Lakin Azərbaycanın Avropaya qaz ixracını artırmasının və enerji təhlükəsizliyinin təmin olunmasının siyasi tərəfi də var. Nəzərə almaq lazımdır ki, iqtisadi sahədə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri siyasi paradiqmalar doğurur. Bu əməkdaşlıq təbii müttəfiqlik mühiti yaradır və tərəflər bir-birinin təhlükəsizliyində maraqlı olur. Əlbəttə, öz enerji təhlükəsizliyini Azərbaycanın hesabına təmin etməyə çalışan Avropa ölkəmizdə siyasi sabitliyin davamlı və hər hansı bir təcavüzə qarşı dayanıqlı olmasında maraqlıdır. Bu fakt öz növbəsində Azərbaycanın beynəlxalq nüfuzunun artmasına və siyasi dəstək qazanmasına imkan yaradacaq.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

