Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / 2011-ci ilin birinci yarısında kənd təsərrüfatında yüksək inkişaf göstəriciləri qeydə alınıb

2011-ci ilin birinci yarısında kənd təsərrüfatında yüksək inkişaf göstəriciləri qeydə alınıb

20.07.2011 [00:51]

Prezident İlham Əliyev: çalışmalıyıq ki, Azərbaycanda istehlak olunan bütün ərzaq məhsulları Azərbaycanda istehsal edilsin. Bu da ümumi bir məqsəddir və bəzi sahələrdə biz bu məqsədə çatmışıq
Son illər ölkəmizdə aparılan stimullaşdırıcı tədbirlər (subsidiyaların verilməsi, vergi güzəştləri və s. digər güzəştlər) nəticəsində kənd təsərrüfatı torpaqlarından istifadə faizi artıb. Belə ki, 2003-cü hesabat ilində faktiki əkin sahəsi 1220 min ha təşkil etdiyi halda, 2010-cu ildə bu rəqəm 1583,1 min hektar olub. İstifadə olunmayan əkinə yararlı torpaqların əkin dövriyyəsinə cəlb edilməsinin stimullaşdırılması istiqamətində müəyyən işlər görülüb. Belə ki, istehsalçılara əkin sahəsinin və çoxillik əkmələrin becərilməsinə görə yardımların verilməsi istehsalçılarda əkinçiliyə marağı əhəmiyyətli dərəcədə artırıb. Nəticədə əkin sahələrinin çoxalması kənd təsərrüfatı məhsullarının istehsalı dinamikasında özünü göstərib.
ötən ilin birinci yarısı ilə müqayisədə cari ilin ilk 6 ayında bitkiçilik məhsulları istehsalı 8,3 faiz, heyvandarlıq məhsulları istehsalı 4,8 faiz artıb. Belə ki, son bir ildə iribuynuzlu mal-qaranın baş sayı 1,3 faiz artaraq 2663,7 min başa, qoyun və keçilərin sayı 1 faiz çoxalaraq 8630,4 min başa çatıb. Bu dövrdə 5,6 faiz çox və ya diri çəkidə 207,9 min ton ət, 7,8 faiz çox, yaxud 797,8 min ton süd, 17,5 faiz çox, yaxud 14,2 min ton yun istehsal edilib. ümumilikdə, 2011-ci ilin birinci yarısında kənd təsərrüfatında istehsalın həcmi 6,2 faiz yüksəlib. Əsas kənd təsərrüfatı məhsulu olan taxılın yığımı ilə bağlı tədbirlər də öz mühüm nəticələrini göstərməkdədir. İyul ayının 1-nə kimi qarğıdalı istisna olmaqla 486,9 min hektarın taxılı biçilib və həmin sahələrdən 1191,9 min ton məhsul toplanıb. ötən ilin müvafiq dövrü ilə müqayisədə 57 hektar az sahədə taxıl biçilməsinə baxmayaraq 73,2 min ton çox məhsul toplanıb. Məhsuldarlıq 3,9 sentner yüksələrək 24,5 sentnerə bərabər olub.
ümumilikdə, yığım başlanandan indiyədək tarlalardan 266,5 min ton kartof, 306,9 min ton tərəvəz, 62,8 min ton meyvə və giləmeyvə, 28,9 min ton bostan məhsulları, 37,3 ton tütün, 286 ton yaşıl çay yarpağı toplanıb. 2010-cu ilin analoji dövrü ilə müqayisədə kartof istehsalı 31,5 min ton (8,8 faiz), tərəvəz istehsalı 27,5 min ton (9,1 faiz), bostan məhsulları istehsalı 12,9 min ton (80,3 faiz), tütün istehsalı 8,6 ton (30 faiz), meyvə və giləmeyvə istehsalı 1,3 min ton (2,2 faiz), yaşıl çay yarpağı istehsalı 29,1 ton (11,3 faiz) artıb. Göründüyü kimi, kənd təsərrüfatı məhsullarının hər biri üzrə yüksək artım faizi əldə olunub.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bildirib ki, respublikamızda kənd təsərrüfatının inkişafı ilə bağlı həyata keçirilən tədbirlər öz bəhrəsini verir: “Kənd təsərrüfatının inkişafı ilə bağlı bütün müvafiq göstərişlər verilmişdir. Bu il daha da yaxşı məhsul gözlənilir. ötən dövrdə kənd təsərrüfatının inkişafı 6 faiz təşkil etmişdir. Yaxşı göstəricidir. Taxılçılıq sahəsində bütün müvafiq göstərişlər verildi və təkrarlamağa ehtiyac yoxdur. İndi üzümçülük üzrə xüsusi proqram hazırlanır. O da müvafiq qurumlarda baxılmalıdır və üzümçülüyün inkişafı üçün biz konkret əlavə tədbirlər görməliyik. Bütövlükdə ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində bizim konkret planımız, proqramımız var. çalışmalıyıq ki, Azərbaycanda istehlak olunan bütün ərzaq məhsulları Azərbaycanda istehsal edilsin. Bu da ümumi bir məqsəddir və bəzi sahələrdə biz bu məqsədə çatmışıq”.
Dövlət başçısı aqrar sahəyə dövlətin maliyyə və texniki dəstəyinin gücləndiyini, bundan sonra maliyyələşmə ilə bağlı tədbirlərin gücləndiriləcəyini bildirib. Hökumət, Sahibkarlığa Kömək Milli Fondunun kreditləri və digər dövlət vəsaitləri hesabına aqrar bölməninin maliyyə təminatını həll edəcək. Qeyd edək ki, Fond tərəfindən son 5 ildə sahibkarlara verilmiş 500 milyon manatdan artıq kreditlərin böyük bir hissəsi kənd təsərrüfatı və emal sahəsinə yönəldilib. Bundan başqa, 2007-2010-cu illər ərzində kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində sərf olunan yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına 307,5 milyon manat məbləğində subsidiya verilib.
Bir neçə il əvvəl bəzi kənd təsərrüfatı məhsullarını xarici ölkələrdən idxal edən Azərbaycan indi əksinə, xarici dövlətlərə məhsul ixrac edir. Bu da sözsüz ki, məhsul istehsalının intensiv artımı nəticəsində mümkün olub. Azərbaycan hökumətinin aqrar sahəyə diqqət və qayğısının güclənməsi və kənd təsərrüfatı mülkiyyətçilərinə göstərilən güzəştli yardımların miqyasının artması bu sahədə inkişaf tempinə mühüm stimul verməkdədir. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində aqrar bölmədə istehsalın artırılması üçün ən mühüm layihələr həyata keçirilib. Respublikamızın ərzaq təhlükəsizliyinin təmin olunmasını iqtisadi strategiyanın əsas hədəflərindən biri hesab edən hökumət aqrar sahədə istehsal imkanlarının daha da yaxşılaşdırılması üçün davamlı addımlar atır.
Aqrar sahədə dövlətin texniki dəstəyi də məhsul istehsalının artmasında mühüm rol oynamaqdadır. Fermerlərin texnika və mineral gübrələrlə təminatında əsas yük aqrotexservislərin üzərinə düşür. “Aqrolizinq” ASC fəaliyyətə başladığı 2005-ci ildən ötən dövr ərzində 10951 ədəd kənd təsərrüfatı texnikaları, o cümlədən, 990 ədəd taxılyığan kombayn, 3049 ədəd traktor, 140 ədəd ekskavator, 6776 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları və qoşquları gətirərək onların böyük əksəriyyətinin kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadəsinə verilməsini təmin edib. İndiyə kimi alınmış texnikalardan 4645 ədədi, o cümlədən, 95 ədəd taxılyığan kombayn, 1416 ədəd traktor, 63 ədəd ekskavator, 3071 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikaları lizinq qaydasında fiziki və hüquqi şəxslərə verilib. Nəticədə kənd təsərrüfatı məhsulları istehsalçılarının təminatı yaxşılaşdırılıb, aqrotexniki servis xidmətlərinin fəaliyyət dairəsi genişləndirilib və xidmətin keyfiyyəti xeyli yüksəlib.
ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 1284 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Sülhə qarşı olanlar

13 Sentyabr 11:59

Gündəm

Start verildi...

13 Sentyabr 11:23

İqtisadiyyat

Analitik

100 saylı əmr!

13 Sentyabr 10:46  

Analitik

Analitik

Makronizmin son gülləsi...

13 Sentyabr 09:11  

MEDİA

Ədəbiyyat

Şənbə üçün nəzm

13 Sentyabr 08:28  

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

İqtisadiyyat

TransXəzər reallaşır

12 Sentyabr 11:15

Sosial

Analitik

Ədəbiyyat

MÜƏLLİMLƏR UNUDULMUR

12 Sentyabr 09:14  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30