Taksi xidmətində niyə xarici şirkətlər hegemonluq edirlər?
05.06.2023 [14:37]
Mübariz ABDULLAYEV
Hazırda Azərbaycanın əksər iri şəhərlərinin, ələlxüsus da paytaxt Bakının taksi bazarında, necə deyərlər, bolluq müşahidə edilir. Müştərilərə ucuz taksi xidmətləri təklif olunur. Lakin qiymətlərin aşağı olması taksi bazarında müşahidə edilən yeganə müsbət cəhətdir. Əslində isə bu sahədə bir xaos yaşanır. Qiymətlərin aşağı olması belə müştəri məmnunluğu yaratmır.
Bütövlükdə, taksi xidməti ilə bağlı narahatlıq yaradan amillər çoxdur və bu barədə KİV-də müntəzəm olaraq geniş müzakirələr aparılır. Çoxsaylı rəylər, təkliflər səsləndirilsə də, vədlər verilsə də, taksi xidmətində keyfiyyət yerində sayır. Biz təqdim etdiyimiz bu yazıda taksi xidməti ilə bağlı narahatlıq yaradan başqa bir mühüm məqama – taksi bazarında xarici şirkətlərin hegemonluq etməsinə diqqət çəkmək istəyirik.
Taksi xidmətinin cəlbediciliyi
Müasir dövlət kimi inkişaf edən Azərbaycan sərbəst bazar iqtisadiyyatına keçid edib. O cümlədən ölkəmizdə biznes mühitinin optimallaşdırılması istiqamətində davamlı olaraq islahatlar reallaşdırılır. Aparılan bu siyasət də özünün müsbət nəticələrini verir. Bu gün respublikamızda özəl şirkətlər yaradılan əlverişli mühitdən bəhrələnməklə fəaliyyətlərini genişləndirirlər. Azərbaycandakı əlverişli biznes mühiti və sabitlik həmçinin xarici şirkətlər üçün də kifayət qədər cəlbedicidir. Bunu respublikamızda fəaliyyət göstərən xarici şirkətlərinin sayının getdikcə artması bir daha təsdiqləyir. Xarici şirkətlərin ölkəmizin taksi bazarına marağı da kifayət qədər yüksəkdir. Xüsusilə də paytaxt Bakıda fəaliyyət göstərən xarici kapitallı taksi şirkətlərinin sayı durmadan artır.
Son olaraq Azərbaycanın taksi bazarında “Ukraynanın “Uklon Umico” şirkəti fəaliyyətə başlayıb. Beləliklə , Azərbaycanda fəaliyyət göstərən xarici investisiyalı taksi şirkətlərin sayı 5-ə çatıb. Bunlar aşağıdakılardır:
1. Uber (Bu brendin MDB-də sahibi “Yandex”dir. Belə ki, xeyli müddətdir Amerikanın qlobal taksi şirkəti olan “Uber” Azərbaycanda öz payını Rusiyanın “Yandex” şirkətinə satıb),
2. Bolt (Estoniya),
3. Yango (Rusiya, Yandex),
4. Maxim (Ukrayna),
5. Uklon Umico (Ukrayna).
Azərbaycanın taksi bazarında xarici investisiyalı şirkətlərin sayının durmadan artması ilk növbədə bu sahədə gəlirin yüksək olması ilə bağlıdır. Ancaq rəqabət mühiti keyfiyyətin yüksəlməsində hiss olunmur. Narahatlıq yaradan amillər isə kifayət qədər çoxdur.
Taksi fəaliyyətində cəsusluq izi?
Xarici şirkətlərin taksi bazarında fəaliyyətində narahatlıq yaradan ən mühüm amillərdən biri respublikamız və Azərbaycan vətəndaşları barədə məlumatların ölkə hüdudlarından kənara sızdırılması ehtimalı ilə bağlıdır. Mütəxəssislərin qənaətinə görə bir sıra anti-Azərbaycan dairələr belə məlumatları əldə etmək üçün müxtəlif vasitələrə əl atırlar. Bununla bağlı çoxsaylı faktlar da aşkarlanıb. Anti-Azərbaycan dairələrin xarici taksi şirkətləri ilə müəyyən işbirliyinə qoşulması riskləri də kifayət qədər böyükdür. Mövcud qanunvericiliyin pozulması buna imkan yaradır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə bildirilib ki, ölkə ərazisində sərnişindaşıma sisteminin təşkilini təkmilləşdirmək məqsədilə taksi xidməti kompleks şəkildə tədqiq olunub. Belə ki, daha səmərəli idarəetmə sistemi yaratmaqla taksi xidmətinin keyfiyyətinin yüksəldilməsi imkanları araşdırılıb. Bəhs olunan görüşdə xüsusi olaraq vurğulanıb ki, əksər şirkətlərin məlumat bazası xarici ölkələrdə yerləşir və bu da “Fərdi məlumatlar haqqında” Qanuna ziddir. Qanuna əsasən, ölkəmizdə fərdi məlumatların informasiya sistemləri dövlət qeydiyyatından keçməlidir. Yalnız bundan sonra fərdi məlumatların toplanılmasına və işlənilməsinə icazə verilir.
Azərbaycanın rəsmi dövlət qurumu taksi bazarında fəaliyyət göstərən xarici şirkətlərin məlumat bazasının ölkəmizin hüdudlarından kənarda yerləşməsindən, beləliklə də milli qanunvericiliyin tələblərinin pozulmasından narahatlıq ifadə edib. Bu sahədə mütləq qayda yaradılmalıdır. Azərbaycanın optimal biznes mühiti heç bir halda milli maraqlarımıza təhdid yarada biləcək poliqona çevrilməməlidir. Belə özbaşınalığın qarşısı qanunvericilik yolu ilə alınmalıdır. Qurum rəsmiləri bildiriblər ki, qanuna əsasən, ölkədə fərdi məlumatların informasiya sistemləri dövlət qeydiyyatından keçməlidir. Yalnız bundan sonra fərdi məlumatların toplanılmasına və işlənilməsinə icazə verilir.
Məsələnin vergi-maliyyə tərəfinin də tənzimlənməsinə ehtiyac var
Müşahidələrimizə əsasən deyə bilərik ki, artıq ölkəmizdə xarici taksi şirkətlərinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı yeni qanun layihəsinin hazırlanması və qəbul olunması zamanı çatıb. İqtisadçı-ekspertlər həmçinin məsələnin vergi-maliyyə tərəfinin də tənzimlənməsinə ehtiyac yarandığını bildirirlər. Mövzu ilə bağlı “Yeni Azərbaycan”a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev bildirib: “Həqiqət budur ki, Azərbaycanda fəaliyyət göstərən xarici taksi şirkətləri dünyaca nəhəng şirkətlərin nümayəndələridir. Onların yaratdığı maliyyə problemləri də diqqət edilməli məsələdir. Çünki onlara nəzarət etmək, vergi ödənişlərinin tənzimlənməsi, yoxlanılması və s. ciddi prosedurlardır. Xarici nəhəng şirkətin nümayəndələrindən biri, bildiyim qədərilə, ermənidir. Ona görə istisna etmirəm ki, həmin şirkətin Azərbaycanda fəaliyyəti bizə ziyan gətirəcək. Bu günə qədər Azərbaycanın xeyrinə deyil, heç neytral mövqedə belə dayanan nüfuzlu, imkanlı erməni görməmişəm. Onların xisləti türklərə və azərbaycanlılara qarşı nifrətlə yoğrulub. İlk fürsətdə ölkəmizə ziyan vura bilərlər”.
Rüfət Quliyevin qənaətinə görə, ölkəmizdə taksi xidmətinin tənzimlənməsinə kompleks şəkildə yanaşılmalıdır. Xarici taksi şirkətlərinin Azərbaycanda fəaliyyətinin ölkədə taksi xidmətinin ucuzlaşmasına səbəb olduğunu vurğulayan R.Quliyev hesab edir ki, bu faktoru da nəzərə almaq lazımdır. Çünki onların tamamilə bazardan çıxarılması qiymətlərin yenidən bahalaşması ilə nəticələnə bilər: “Ona görə də məsələni tənzimləyəndə hər iki nöqteyi-nəzərdən yanaşmaq lazımdır. Mənə elə gəlir, bununla ciddi məşğul olmaq, hansısa formada xarici taksi şirkətlərinin Azərbaycanda fəaliyyətinə nəzarəti artırmaq lazımdır. Bunun üçün ayrıca qaydalar, hətta qanun layihəsi də hazırlana bilər”.
Sürücülərin narazılığı
Hazırda xarici taksi şirkətləri öz fəaliyyətlərini aşağıdakı qaydada tənzimləyirlər: Operator qismində çıxış edən həmin şirkətlər taksi fəaliyyəti ilə məşğul olan sürücülərə müştəri təqdim edir və bunun müqabilində onlardan müəyyən komissiya alırlar. Sürücülər iki məsələdən narazıdırlar:
-Birinci narazılıq xarici şirkətlər tərəfindən bir sıra hallarda daha uzaq məsafə üçün müştəridən az gediş haqqı istənilməsi ilə bağlıdır. Bildirilir ki, operator şirkətlərini sürücülərin əzab-əziyyəti, yanacaq və digər istismar xərcləri maraqlandırmır. Onlar rəqabətdə önə keçmək, daha çox sayda müştəri tutmaq və bunun müqabilində əlavə vəsaitlər qazanmaqdan ötrü qiymətlərin “cəlbedici” olmasına çalışırlar. Bundan itirən isə sürücülər olurlar. Bir sıra hallarda operatorların sürücülərə elan etdikləri məsafə daha uzun olur.
-Sürücülərdə etirazlar yaradan ikinci məsələ operatorların aldıqları komissiyanın yüksək olmasıdır. Həmin komissiya müştəriyə bəyan olunan ümumi gediş haqqının15-20 faizinə çatır. Halbuki əksər ölkələrdə komissiya məbləği ümumi gediş haqqının 10 faizindən yuxarı olmur. Belə qənaət hasil olur ki, biznes fəaliyyəti üçün ölkəmizi seçən operatorlar burada taksi fəaliyyətindən daha çox sürücülərin istismar edilməsi ilə məşğul olurlar.
Xəbər lenti
Hamısına baxDünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24

