Azərbaycan gəmiləri xarici sularda
13.07.2023 [10:00]
Strateji əhəmiyyətə malik bu layihə neft sənayemizin beynəlxalq dəyər zəncirinə də töhfə verəcək
Məlum geosiyasi gərginliklər fonunda regional və qlobal miqyasda nəqliyyat sektorunun aktuallığı artıb. Ölkələr, şirkətlər yük və sərnişin daşımalarını daha təhlükəsiz, iqtisadi cəhətdən səmərəli həyata keçirməkdən ötrü alternativ marşrutlar axtarırlar. Belə bir şəraitdə nəzərlər Azərbaycana dikilib ki, bu da təsadüfi deyil. Son illərdə Azərbaycanın böyük həcmlərdə investisiya yönəltdiyi sahələrdən biri məhz yol-nəqliyyat sektorudur. Bu gün respublikamız geniş Avrasiya coğrafiyasının çox mühüm nəqliyyat hablarından biri qismində çıxış edir. Müxtəlif beynəlxalq tədbirlərdə və rəsmi görüşlərdə Azərbaycanın nəqliyyat-logistika imkanlarının regional və qlobal əhəmiyyəti xüsusi olaraq vurğulanır.
Azərbaycanın təqdim etdiyi geniş nəqliyyat imkanları
Açıq dənizə çıxışı olmayan Azərbaycanın Avrasiya coğrafiyasında yeni nəqliyyat habı qismində çıxış etməsi ölkəmizin daşımalar üçün cəlbediciliyi və təqdim etdiyi imkanlarla bağlıdır. Burada bir sıra mühüm amilləri qeyd edə bilərik:
-Ölkəmizin tərəfdaş dövlətlərlə xoş niyyətə əsaslanan münasibətlər qurması. Sirr deyil ki, ayrılıqda götürülmüş bir ölkə tranzit daşımalarında zəncirin yalnız bir həlqəsidir və onun hansısa bir uğura imza atması absurddur. Söhbət tranzit daşımalarından gedirsə, burada tərəfdaş ölkələrin əməkdaşlığı, bir-biri ilə xoş münasibətləri önə çıxır. Bunu Azərbaycanın timsalında da aydın şəkildə görmək mümkündür. Coğrafi mövqe öz yerində, Azərbaycanın qonşu Gürcüstan və dost Türkiyə ilə xoş mərama əsaslanan münasibətlər qurması ölkəmizin tranzit daşımaları sahəsində uğurlar qazanmasını şərtləndirən çox mühüm amillərdən biri qismində çıxış edir.
- Respublikamızda bərqərar olan uzunmüddətli daxili sabitlik. Azərbaycanda daxili qarşıdurmalar, terror təhlükəsi, narko ticarət marşrutu yoxdur və nizam-intizam yüksək səviyyədədir. Ölkədəki nümunəvi multikultural mühit milli zəmində ziddiyyətlər baş qaldırmasını istisna edir. Bütün bu kimi amillər də ayrı-ayrı ölkələri və transmilli şirkətləri öz yüklərini Azərbaycan üzərindən daşımağa sövq edir.
- Son 20 ildə bütün ölkə üzrə yaradılan müasir yol-nəqliyyat infrastrukturu. Prezident İlham Əliyev dəfələrlə belə bir fikri əsaslandırıb ki, nəqliyyat sektoruna qoyulan sərmayələr gələcəyə yönəldilən investisiyalardır. Bu strateji xəttə uyğun olaraq bəhs olunan dövrdə respublika üzrə hər il təxminən min kilometr uzunluğunda avtomobil yolları əsaslı şəkildə yenidən qurulub, yüzlərlə körpü, keçid inşa olunub. Hazırda Azərbaycanın regionlarında da beynəlxalq səviyyəli hava limanları fəaliyyət göstərir. Daha 3 beynəlxalq səviyyəli hava limanı isə işğaldan azad olunmuş ərazilərdə yaradılır. Artıq onlardan ikisi - Füzuli və Zəngilan beynəlxalq hava limanları istifadəyə verilib, digər bir aeroportun inşası isə Laçında intensiv şəkildə davam etdirilir. Ölkə ərazisində dəmir yollarının müasir standartlar səviyyəsində yenidən qurulması istiqamətində böyük həcmlərdə investisiya tutumuna malik layihələr reallaşdırılıb. Azərbaycanın moderatorluğu ilə inşa olunan və 2017-ci ildə istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə birinci mərhələdə 5 milyon ton, növbəti mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.
-Ölkə ərazisindən beynəlxalq dəhlizlərin keçməsi. Qədim İpək Yolu marşrutu üzrə uzanan Şərq-Qərb dəhlizi ənənəvi marşrutdur. Mərkəzi Asiyadan gələn yüklər bu marşrutla daşınır. Dünya nəhəngi Çin də bu marşrutdan istifadə etməklə öz mallarını Avropa məkanına çatdırır. Ölkəmizin ərazisindən keçən Şimal-Cənub marşrutu isə son dövrlərdə formalaşıb. Bu dəhliz Şimali Avropa, Rusiya, Azərbaycan, İran və Fars körfəzindən keçir. Dəmir yolu və avtomagistral olmasından asılı olmayaraq, Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentində aparılan bütün tikinti işləri artıq tamamlanıb.
Xəzərdə ən böyük daşıma donanması
Azərbaycanın tranzit daşımaları üçün cəlbediciliyini artıran ən müham amillərdən biri də ölkəmizdə dəniz nəqliyyatının inkişafının davamlı olaraq diqqət mərkəzində saxlanılmasıdır. Azərbaycan Xəzərdə ən böyük daşıma donanması quran ölkədir. Respublikamız liderlik keyfiyyəti nümayiş etdirməklə Xəzər sahilində - Ələtdə ən böyük ticarət limanının inşasına nail olub. Ən son texnologiyalar əsasında inşa olunan Bakı Beynəlxalq Ticarət Limanının yükaşırma qabiliyyəti ildə 15 milyon tona bərabərdir. Hazırda daşımaların artması nəzərə alınmaqla ticarət limanının ötürücülük imkanları genişləndirilir. Layihənin icrası tamamlandıqdan sonra liman vasitəsi ilə ildə 25 milyon tona qədər yük aşırmaq mümkün olacaq.
Son vaxtlarda beynəlxalq səviyyədə Xəzər dənizindən keçən və Azərbaycanın mühüm halqa təşkil etdiyi Orta Dəhliz - Transxəzər marşrutu üçün yeni fürsətlər yaranıb. Bu marşrutun bir sıra önəmli üstünlüklərini sadalamaq mümkündür. İlk növbədə, onu vurğulamaq yerinə düşər ki, bütün marşrut boyunca vahid tarif, “bir pəncərə” prinsipi tətbiq olunur. Bu kimi amillər, həmçinin dəhlizin keçdiyi ölkələrdə təhlükəsizliyin təmin olunması Avropada və Asiyada ölkələrin və daşıma şirkətlərinin diqqətini Orta Dəhlizə yönəldir. Mütəxəssislər Orta Dəhlizin Avropa və Asiya regionu üçün önəmini yüksək dəyərləndirirlər. Bildirilir ki, Çindən Avropaya gedən yük qatarı Orta Dəhlizi seçərsə, 12 gün ərzində 10 min kilometr deyil, 7 min kilometr məsafə qət edəcək. Bu da Asiya və Avropa arasında qlobal ticarətdə dəhlizin nə qədər sərfəli və təhlükəsiz olduğunu nümayiş etdirir. Gələcəkdə Orta Dəhlizin Zəngəzur Dəhlizi ilə inteqrasiya edilməsi sayəsində Transxəzər marşrutunun funksionallığı daha da artacaq.
Ölkəmizdə dəniz nəqliyyatının, Orta Dəhlizin inkişafına göstərilən diqqət özünün müsbət nəticələrini verir. Ötən ilin yekunları göstərir ki, Azərbaycan ərazisindən daşınan yüklərin həcmində 30 faizdən çox artım qeydə alınıb. Ölkəmiz üzərindən daşınan yüklərin həcmində artım tendensiyası cari ildə də yüksək səviyyədədir. Dəniz nəqliyyatı ilə 2023-cü ilin yanvar-may aylarında daşınmış yüklərin həcmi 3575,8 min ton təşkil edib. Bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 25,3 faiz çoxdur. Yüklərin 56,7 faizini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 5061,4 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib. Aşırılan yüklərin 4159,4 min tonu və ya 82,2 faizi tranzit yüklərdir.
“Qarabağ”, “Şuşa” və “Zəngəzur”...Bu yaxınlarda əlamətdar hadisə baş verdi. Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışında dövlətimizin başçısının bildirdiyi kimi, biz öz nəqliyyat imkanlarımızı hüdudlarımızın kənarına da çıxara bildik, ilk növbədə, Qara dənizdə. Üç böyük tanker alınıb. Onların hər biri 115 min ton yükgötürmə qabiliyyətinə malikdir. Xarici sualarda Azərbaycan bayrağı altında üzəcək gəmilər “Aframax” tipli tankerlərdir. İndiyə qədər Azərbaycan gəmiçilik tarixində istismar edilən ən böyük tanker 13 000 ton dedveytə malik olub. Beləliklə, həmin gəmilərdən təxminən 10 dəfə böyük olan “Aframax” tipli tankerlərin alınması ilə Azərbaycan gəmiçiliyi yeni dövrə qədəm qoyub.
Respublikamız üçün strateji əhəmiyyətə malik bu layihə neft sənayemizin beynəlxalq dəyər zəncirinə də töhfə verəcək. “Aframax” tipli tankerlər Xəzərdən kənarda fəaliyyət göstərməklə, SOCAR-ın, eləcə də digər sifarişçilərin xam neft yükünün daşınmasını həyata keçirəcək.
Daha bir mühüm amilə də diqqət çəkək. Son illərdə inşa edilən əksər gəmilərə ölkə rəhbərinin müvafiq tövsiyə və tapşırıqlarına uyğun olaraq respublikamızın füsunkar bölgələrinin adları verilir. Xüsusilə də Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qalib Azərbaycan Ordusu tarixi torpaqlarımızı işğaldan azad etdikdən sonra yeni gəmilər Qarabağ və Şərqi Zəngəzur bölgələrinə aid toponimlərlə adlandırılır. Birgə layihə çərçivəsində istismara qəbul edilən “Aframax” tipli tankerlər də məhz ölkə başçısının qərarı ilə Azərbaycan xalqı üçün mühüm əhəmiyyət kəsb edən tarixi torpaqlarımızın şərəfinə “Qarabağ”, “Şuşa” və “Zəngəzur” adlarını daşıyacaq. Azərbaycanın aldığı yeni nəsil tankerlərin birincisində - “Şuşa” gəmisində bayrağımız 2023-cü il 15 iyun tarixində - Milli Qurtuluş Günündə Sinqapurda “ASCO Ship Managment AFEZCO” şirkətinin idarəetməsinə qəbul edilərkən qaldırılıb ki, bu da son dərəcə qürurvericidir. “Azərbaycan mallarının Azərbaycan şirkəti tərəfindən daşınması bizə əlavə gəlir gətirəcək və biz artıq Qara dənizdə də varıq. Biz onsuz da var idik. Bizim kiçik həcmli gəmilərimiz var idi. Amma bu gün bizim “Aframax” tipli ən böyük tankerlərimizdən üçü artıq Qara dənizdə işləyir. Lazım olarsa, onların sayını biz artıra bilərik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Gəmiçiliyin sabahı
Bu gün artan geosiyasi gərginliklər və digər səbəblərə görə dövlətlər arasında ənənəvi təchizat zənciri qırılıb. Bir sıra hallarda istehsalçı ölkələr öz məhsullarının satışını da siyasi təzyiq vasitəsinə çevririrlər. Bu, dəniz nəqliyyatı donanmalarının təchizatına da aiddir. Hazırda bir sıra ölkələrin dəniz donanmalarının iri tankerlərlə və digər texniki vasitələrlə təchizatında ciddi problemlər yaşanır. Azərbaycan bu sahədə də Prezident İlham Əliyevin zamanında nümayiş etdirdiyi strateji baxışları, siyasi qətiyyəti sayəsində qabaqlayıcı tədbirlər görməyə nail olub. Söhbət ölkəmizdə gəmiqayırma zavodunun yaradılmasından gedir. Bəhs olunan müəssisənin açılış mərasimi dövlətimizin başçısının iştirakı ilə 20 sentyabr 2013-cü ildə baş tutub. Qaradağ rayonunda yaradılan Bakı gəmiqayırma zavodu Azərbaycanın iqtisadi və sənaye potensialının gücləndirilməsində mühüm rol oynayan iri infrastruktur layihələrindən biridir. İstehsalat Xəzər dənizində ən müasir tələblərə cavab verən istənilən növ müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri və ümumilikdə, dəniz mühəndisliyi işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərir.
Müəssisənin fəaliyyətə başlaması ilə Azərbaycanın gəmiçilik sahəsində idxaldan asılılığı əhəmiyyətli dərəcədə aradan qalxıb. Məlum olduğu kimi, əvvəllər respublikamızın dəniz donanmasına aid gəmiləri əsasən xarici ölkələrdə təmir edilirdi. Digər tərəfdən, Azərbaycan Xəzər donanmasının gücləndirilməsi məqsədilə xaricdən tanker, yük gəmisi və bərə almaq məcburiyyətində idi. Bakı gəmiqayırma zavodunun işə düşməsindən sonra isə Azərbaycanın tələbatını ödəyə biləcək bütün növ gəmilər ölkəmizdə istehsal olunur. Bununla da böyük həcmlərdə valyuta respublikamızda qalır. Eyni zamanda, bu zavod ixrac potensialımızın gücləndirilməsi baxımından da xüsusi əhəmiyyətə malikdir. Prezident İlham Əliyev perspektivdə ölkəmizin gəmiqayırma imkanlarının genişləndirilməsinin zəruriliyini də gündəmə gətirib. Bu xüsusda, fikirlərini ifadə edən dövlətimizin başçısı deyib: “Bizim Xəzərdəki gəmiqayırma imkanlarımıza da yenidən baxmalıyıq. Çünki qonşu ölkələrdən sifarişlər gəlir. Bizim gəmiqayırma zavodumuz mövcud daşıma imkanlarımıza hesablanmışdır. Eyni zamanda, uzun illər fəaliyyət göstərən gəmilərin sıradan çıxmasını da nəzərə alırıq. Çünki onlar sıradan çıxır, təzələnməlidir. Amma indi daha böyük tələbat var - həm bizim, həm də ki, qonşu ölkələrin. Beləliklə, istisna deyil ki, biz nə vaxtsa gəmiqayırma zavodunun istehsalat sahələrinin genişləndirilməsinə də başlaya bilərik. Yəni, siz bunu diqqətdə saxlayın. Hər halda xaricdən gələn sifarişlər, - biz artıq ilkin danışıqlara başlamışıq, - çox müsbət haldır və bu, bir daha göstərir ki, biz hər şeyi vaxtında edirik”.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56

