Xudafərindən Laçına aparan yol…
16.09.2023 [12:33]
Mübariz FEYİZLİ
Güclü dövlət olan Azərbaycan Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərə soydaşlarımızın Böyük Qayıdışını qısa müddət ərzində və layiqli şəkildə təmin etmək əzmindədir. Bu məqsədlə müharibə başa çatdıqdan dərhal sonra bəhs olunan ərazilərdə genişmiqyaslı bərpa və mülki infrastruktur quruculuğuna start verilib.
İşğaldan azad edilmiş ərazilərin bərpası proqramı çərçivəsində burada müasir yol-nəqliyyat infrastrukturunun qurulması əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib ki, bu da təsadüfi deyil. Müasir yol-nəqliyyat infrastrukturu olmadan bəhs olunan ərazilərə soydaşlarımızın geri qayıtmalarını təmin etmək, burada iqtisadi fəallığa nail olmaq, ölkənin digər bölgələri ilə əlaqələr qurmaq, iqtisadi reinteqrasiya məsələlərini həll etmək mümkün deyil. Ötən qısa müddətdə işğaldan azad olunmuş ərazilərdə Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsasında çoxsaylı yol layihələrinin icrası tamamlanıb. Hazırda yerli və xarici şirkətlərin iştirakı ilə yeni yol layihələrinin həyata keçirilməsi də uğurla davam etdirilir.
30-dan artıq yaşayış məntəsini birləşdirən Xudafərin-Qubadlı-Laçın yolu
Daha bir layihə Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisini əhatə edir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Yeni Azərbaycan”a verilən məlumata əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri olan Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətləndirilib.
Başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun uzunluğu 56.4 km təşkil edir. Sözügedən yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər uzunluğu 14 km olan yeni avtomobil yolunun da inşası icra olunur. Yolların ümumi uzunluğu isə 70.4 km-dir.
Xudafərin-Qubadlı-Laçın avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla, 0-46.2 km-lik hissəsi I, 46.2-56.4 km-lik hissəsi isə II texniki dərəcəyə uyğun olaraq inşa olunur. Hazırda yolun genişləndirilərək profilə salınması və 21.5 metr enində yeni torpaq yatağının inşası həyata keçirilir. Yolun layihə üzrə hərəkət hissəsinin eni 16.5 metr təşkil edəcək.
Tikinti işləri çərçivəsində Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 20.4-56.4 km-lik hissəsində torpaq yatağı işləri davam etdirilir. Yol yatağı hazır olan 20.4 km-lik hissədə yol əsasının tikintisi işləri yekunlaşdırılıb və asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Yolun Xanlıq istiqamətində olan 14 km-lik hissəsində torpaq işləri, boru və keçidlərin, körpülərin, istinad divarlarının tikintisi, topoqrafiya və layihələndirmə işlərinin icrası davam edir. Sözügedən yolun ilk 11 km-lik hissəsi I, 11-14 km-lik hissəsi isə II texniki dərəcəyə uyğun tikilir.
Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə dairəvi borular və düzbucaqlı su keçidləri, əsas yolun 10, 22, 32 və 43-cü km-də, yanaşma yolun 35-ci km-də, həmçinin Qubadlı şəhərinə gedən avtomobil yolunun 1-ci km-də layihə üzrə nəzərdə tutulan körpülərin inşası aparılır. Körpülər üzrə artıq 42.5% işlərin icrası yekunlaşıb. Bundan başqa Xanlıq-Qubadlı yolu ilə kəsişmədə müxtəlif səviyyəli yol qovşağının tikintisi işləri də davam etdirilir. Artıq 81 dairəvi, 32 düzbucaqlı boru və 12 yeraltı keçid tikilib, 4796 metr istinad divarı da inşa olunub.
Layihə üzrə ümumi uzunluğu 2397 m-lik 7 tunelin inşası da nəzərdə tutulur. Hazırda T-1 tunelinin giriş və çıxış portalında qazma işləri bitib, betonlanma işləri görülür. T-2 tunelində qazma və qrunt bərkitmə işləri gedir, T-3 tunelinin girişi portalında işlər davam edir.
“İnşaat Norma və Qaydaları”na uyğun,həyata keçirilən layihə üzrə 503.8 min kub.metr ərazidə bitki qatının çıxarılması, 6.9 milyon kub.metr həcmində qazma işləri aparılıb, 3.2 milyon kub.metr həcmində isə dolğu işləri icra olunub.
Yeni avtomobil yolunun inşası tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla həyata keçirilir. Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub.
Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçən bu avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla, sözügedən rayonların 30-dan artıq yaşayış məntəqəsini əhatə edir.
Rahat gediş-gəlişi təmin edəcək 20 yol layihəsi
Ərazilər minalardan təmizləndikcə yol layihələrinin də əhatə dairəsi genişlənir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası üzrə Tədbirlər Planında AAYDA tərəfindən 2022-2026-cı illər ərzində ümumi uzunluğu 2264,5 km təşkil edən 20 avtomobil yolu layihəsinin və Laçın rayonunda Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-partlama və torpaq işlərinin yerinə yetirilməsi nəzərdə tutulub.
Tədbirlər Planına uyğun olaraq layihələrdən 12-nin icrasının 2023-cü, 2 layihənin 2024-cü, 3 layihənin 2025-ci və 1 layihənin isə 2026-cı ildə başa çatdırılması nəzərdə tutulub. O cümlədən Talış-Tapqaraqoyunlu-Qaşaltı avtomobil yolunun (22 km, 2 hərəkət zolaqlı), Bərdə-Ağdam avtomobil yolunun ( 44,5 km, 4 hərəkət zolaqlı), Füzuli-Hadrut avtomobil yolunun(12 km, 4 hərəkət zolaqlı), Qubadlı-Eyvazlı avtomobil yolunun (28,5 km, 2 hərəkət zolaqlı), Qubadlı-Mahmudlu-Yazdüzü-Ermənistan sərhədi avtomobil yolunun (26,4 km, 2 hərəkət zolaqlı), Horadiz-Tuğ-Azıx mağarası avtomobil yolunun (22 km, 2 hərəkət zolaqlı), Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun (70,4 km, 4 hərəkət zolaqlı), Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun (39,7km, 4 hərəkət zolaqlı), Ağdam-Füzuli avtomobil yolunun (64,8 km, 4 hərəkət zolaqlı), Ağdam-Hindarx-Ağcabədi avtomobil yolunun (45 km, 2 hərəkət zolaqlı), Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (112 km) İran İslam Respublikası ilə bağlantısı və Araz çayı üzərində körpülərin tikintisinin, Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisinin (1182,7 km, 2 hərəkət zolaqlı) 2023-cü ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxGündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31

