“Yaşıl enerji” mərhələsi...
27.09.2023 [11:00]
Azərbaycan bu sahədə istehsal gücünü genişləndirməyə çalışır
Qarşılıqlı münasibətlərini Şuşa Bəyannaməsi rəsmi olaraq müttəfiqlik səviyyəsinə yüksəldən Azərbaycan və Türkiyə birgə fəaliyyət gündəliyinin aktual məsələlərini qlobal trendləri, qarşıya çıxan yeni çağırışları nəzərə almaqla müəyyənləşdirirlər. Sentyabrın 25-də “Azərbaycan Respublikasında və Türkiyə Respublikasında bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi və Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması bunu bir daha təsdiqləyir. Sənədi prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar imzalayıblar. Beləliklə də, iki qardaş ölkənin uzun illər ərzində davam edən və yaxşı nəticələr verən enerji əməkdaşlığının yeni istiqamətinin təməli qoyulub.
Dünyada yeni enerji keçidi mərhələsi
Hazırda dünyada bir sıra mühüm sahələr üzrə transformasiyalar mərhələsi yaşanır. Qlobal miqyasda baş verən intensiv texnoloji dəyişikliklər, resurslardan səmərəli istifadə olunması zərurəti, BMT tərəfindən bəyan olunan sıfır emissiyasız iqtisadiyyat quruculuğuna keçid hədəfi fonunda yaranan yeni çağırışlardan biri də bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalının artırılması ilə bağlıdır. Deyə bilərik ki, qlobal iqtisadiyyatda yeni mərhələ - “yaşıl enerji” dövrü öz yerini möhkəmlətməkdədir. Ekspertlərin bildirdiklərinə görə, alternativ mənbələrdən enerji istehsalı növbəti beş ildə 50 faiz artaraq 2025-ci ildə dünya üzrə elektrik istehsalının 33 faizini təşkil edəcək. Ümumilikdə, 2025-ci ildə elektrik enerjisi istehsalının artım gücünün 95 faizi bərpa olunan enerji mənbələrinin payına düşəcək. Ən çox artım isə günəş və külək enerjisi istehsalında gözlənilir - müvafiq olaraq 60 və 30 faiz səviyyəsində.
Təmiz enerjiyə sürətli keçid zərurəti Avropa İttifaqının hazırladığı “REPowerEU” planında da öz əksini tapıb. “Qoca qitə”nin xilas planı kimi səciyyələndirilən bu sənəddə bərpa olunan enerjiyə sürətli keçidin təmin olunması nəzərdə tutulub. Hesab olunur ki, enerji transformasiyası yanacaq idxalının azalmasına və qiymətlərin aşağı düşməsinə müsbət təsir göstərəcək. Bu məqsədlə hidrogen və biometan istehsalının artırılması, müəyyən kateqoriyalı binalarda Günəş enerjisi panellərinin quraşdırılması, külək enerjisi sektorunun rəqabət qabiliyyətinin artırılması, Günəş, külək və termal enerji texnologiyaları üzrə dəyər zəncirlərinin gücləndirilməsi, icazə sisteminin sadələşdirilməsi və digər tədbirlər nəzərdə tutulur.
Naxçıvanın zəngin potensialı
Enerji transformasiyası Azərbaycanın da gündəliyinə dayanan vacib məsələlər sırasındadır. Karbohidrogen resursları ilə zəngin olan respublikamız da elektrik enerjisi istehsalında “yaşıl enerji”nin xüsusi çəkisinin artırılmasını hədəfləyib. Bu da onunla bağlıdır ki, respublikamız bərpa olunan enerji mənbələri ilə kifayət qədər zəngin olan bir diyardır. Ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki baxımdan istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 27000 MVt, o cümlədən, külək enerjisi üzrə 3000 MVt, Günəş enerjisi üzrə 23000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Eyni zamanda, Azərbaycan dövləti bu potensialdan daha səmərəli istifadə olunmasına güclü siyasi iradə nümayiş etdirir.
Azərbaycanda 2013-2019-cu illər ərzində külək enerjisi istehsalı 131 dəfə, Günəş enerjisi istehsalı isə 55 dəfə artıb. Külək və Günəş enerjisi istehsalının növbəti illərdə artan templə davam edəcəyi gözlənilir. Ölkəmiz növbəti illərdə bərpa olunan enerjinin ümumi istehlakda payını artırmaq niyyətindədir. Bu sahədə 2030-cu ilədək olan hədəf bərpa olunan enerjinin ümumi istehlakda payının 30 faizdən çox artırılmasına nail olmaqdan ibarətdir. Potensial var və son illər də Azərbaycan bu sahədə istehsal gücünü genişləndirməyə çalışır.
Azərbaycanın bərpa olunan enerji mənbələri əsasən Abşeron yarımadasında, Xəzərdə və işğaldan azad olunmuş ərazilərdə cəmləşib. O cümlədən qədim diyar olan Naxçıvan da belə mənbələrlə kifayət qədər zəngindir. Burada həm Günəş, həm külək, eyni zamanda, su elektrik stansiyalarının inşası üçün böyük potensial var. Bu potensialdan istifadə olunması üçün zəruri infrastruktur qurulmalıdır. Yuxarıda bəhs olunan memorandum çərçivəsində nəzərdə tutulan işlərin görülməsi sayəsində gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində yaşıl enerji ixracını həyata keçirmək mümkün olacaq. “Naxçıvanın qazı, nefti olmasa da, günəşi var və Naxçıvanda günəş elektrik stansiyalarının inşası ilə bağlı bizim böyük planlarımız var. Bu planlar gerçəkləşərsə, Naxçıvan yaşıl enerji zonasına çevrilə bilər”, - deyə Prezident İlham Əliyev sentyabrın 25-də Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimindən sonra mətbuata verdiyi bəyanatında vurğulayıb.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

