Quruculuq və bərpa əsas prioritetlərimizdəndir
29.09.2023 [10:47]
Azərbaycan işğaldan azad edilmiş bölgələrdə genişmiqyaslı proqram həyata keçirir
Mübariz ABDULLAYEV
Uğurlu iqtisadi inkişaf yolu keçən Azərbaycan müxtəlif sahələrdə özünün yüksək cəhətləri ilə səciyyələnən modellərini yaradıb və bu modellər bütün dünyada nümunə kimi qəbul olunur. Azərbaycan dövləti 44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş əraziləri də müasir standartlar səviyyəsində bərpa etmək niyyətindədir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, biz Qarabağı dünyanın ən gözəl guşəsinə çevirəcəyik. Burada hər bir iş - infrastrukturun qurulması, yaşayış məntəqələrinin salınması, əhalinin məskunlaşdırılması və s. planlı şəkildə reallaşdırılır. Ölkəmiz bu istiqamətdə daha yaxşı nəticələrə nail olmaq üçün dünyada tanınan qabaqcıl şirkətlərlə, ayrı-ayrı beynəlxalq təşkilkatlarla, o cümlədən BMT-nin müvafiq strukturları ilə əməkdaşlıq edir. Sentyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru xanım Maimuna Mohd Şərifi qəbul edən zaman İkinci Azərbaycan Milli Şəhərsalma Forumunun keçirilməsinin müsbət addım olduğunu deyib, ötən il Ağdam şəhərində birinci forumun uğurla təşkil edildiyini vurğulayıb. Qeyd edək ki, ikinci forumun keçirilməsi üçün məkan kimi Zəngilan seçilib. Builki forumun da gündəliyi çox zəngindir.
Dünya Məskunlaşma Gününün Azərbaycanda qeyd edilməsi müsbət addımdır
Qəbulda Prezident İlham Əliyev Dünya Məskunlaşma Gününün də Azərbaycanda qeyd ediləcəyinin müsbət addım olduğunu bildirib. Məskunlaşma məsələsi Azərbaycanın postmüharibə gündəliyində mühüm yer tutur. Ermənistanın təxminən üç onillik ərzində davam etdirdiyi işğalçılıq siyasətindən ölkəmizə son dərəcə kədərli miras qalıb. Vətən müharibəsinədək 11 min kvadratkilometrdən çox ərazimiz düşmənin nəzarətində idi, bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Beləliklə, müstəqilliyini yenicə bərpa edən Azərbaycan böyük humanitar fəlakətlə üzləşmişdi.
Özlərindən “mədəni xalq” mifi uyduran ermənilər işğal illərində ərazilərimizdə misli görünməmiş vandalizm əməlləri törədiblər. Həmin ərazilərdən çəkilən foto və video materiallar bu barədə konkret təsəvvür yaradır. Sanki ərazilərimizdən vəhşi tayfaların sürüləri keçiblər və onlar yolları üzərində hər şeyi dağıdıblar.
Yuxarıda qeyd etdiyimiz kimi, Birinci Milli Şəhərsalma Forumu ötən il Ağdamda baş tutub. Erməni vandalizminin bütün cəhətlərini elə Ağdamın timsalında görmək mümkündür. Zamanında Qarabağın incisi sayılan Ağdam işğaldan azad olunan dövrlərdə xarabalıqları xatırladırdı. Şəhərdən əsər əlamət yox idi, burada bir bina belə salamat qalmamışdı. Göz işlədikcə uzanıb gedən dağıntılar arasında yalnız Cümə məscidinin qalıqlarını görmək mümkün idi. Düşmən məscidin qalıqlarını artilleriya atəşlərinin tənzimlənməsi üçün saxlamışdı. Hesablamalara görə, işğal faktı Ağdam rayonuna 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub. Prezident İlham Əliyev erməni vəhşiliyi ilə bağlı danışarkən deyib: “Keçmiş Ağdam şəhərində, ondan qalan ərazidə səfərdə olmuş xarici jurnalistlər onu Qafqazın Xirosiması adlandırırlar. Mən hesab edirəm ki, bu, Xirosimadan da pisdir. Ona görə ki, Xirosima nüvə faciəsi, atom zərbəsi idi. Lakin oradan vandallar və barbarlar dəstəsi keçməmişdi. Bizə gəldikdə isə Ağdam şəhəri işğal ediləndən sonra dağıdılıb. Füzuli şəhəri kimi, o da bilərəkdən, məqsədyönlü şəkildə dağıdılıb. Biz Ağdamı azad edəndə mən şəhərdəki evlərin birinin üzərində Azərbaycan bayrağı qaldırılmasını əmr edəndə dedilər ki, belə bina yoxdur, minlərlə, on minlərlə insanın yaşadığı böyük şəhərdə bircə bina da qalmayıb. Hamısı yerlə-yeksan edilib. Bu, hərbi cinayətdir. Təkcə şəhərlər deyil, bütün kəndlər də yerlə-yeksan edilib. Bu, elə bir vəziyyətdir ki, dünya bəlkə də son yüzilliklərdə belə vəziyyət görməyib”.
Postmüharibə dövründə isə yaşayış məntəqələrinin bərpasında müasir şəhərsalma trendlərinə böyük önəm verilir. Zəngilan rayonunda yerləşən Ağalı kəndinin yenidən qurulmasında “Ağıllı kənd” konseptindən istifadə olunub. Hazırda belə yaşayış məntəqələri digər ərazilərdə də yaradılır. Eyni zamanda, indiyədək bir neçə şəhərin xarici mütəxəssislərin iştirakı ilə hazırlanan planı dövlətimizin başçısına təqdim olunub.
Qarabağda ilk məskunlaşma ünvanları
Dövlətimizin başçısı qəbulda keçmiş məcburi köçkünlərin artıq 2 şəhər və 3 kəndə yerləşdirildiyini və bu prosesin davam etdirildiyini vurğulayıb. Prosesin genişlənməsi məmnunluq doğurur. Prezident İlham Əliyev Maimuna Mohd Şərifin ölkəmizə səfəri zamanı bu sahədə gedən işlərlə yaxından tanış olacağına ümidvarlığını ifadə edib.
Bəli, ermənilərin xain, dağıdıcı xislətlərinə rəğmən, Azərbaycan xalqı qurub yaradan xalqdır. Bizi üç onillik ərzində işğal altında qalan müqəddəs torpaqlarımıza güclü mənəvi tellər bağlayır. Xalqımız üç onillik ərzində o torpaqlara qayıtmağın həsrəti ilə yaşayıb. Artıq bu həsrətə son qoyulub. Müzəffər Ali Baş Komandan İlham Əliyev, onun bütün döyüş tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetirən Ordumuz 44 günlük Vətən müharibəsində bizə böyük Qələbə sevinci yaşatdı. 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərinin nəticəsi olaraq isə bütün Qarabağ bölgəsində ölkəmizin suverenliyi tam təmin olunub.
Güclü və məsuliyyətli dövlət olan Azərbaycan Vətən müharibəsində işğaldan azad edilən bütün əraziləri dirçəltmək, xalqımıza layiq olan məskunlaşma həyata keçirmək əzmindədir. Deyə bilərik ki, postmüharibə dövründə Prezident İlham Əliyevin və xalqımızın əzmi ilə xarabalıqlar üzərində yeni bir Şuşa, Ağdam, Laçın, Füzuli, Zəngilan, Qubadlı, Kəlbəcər ucaldılır. Artıq ayrı-ayrı ünvanlara, o cümlədən Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış, Laçın rayonunun Zabux kəndlərinə, Laçın şəhərinin özünə, Füzuli şəhərinə soydaşlarımızın uğurlu köçü baş tutub. Yaxın perspektivdə məskunlaşdırmanın miqyasının əhəmiyyətli dərəcədə genişlənəcəyi gözlənilir. Yeni yaranmış situasiyada tezliklə Böyük Qayıdışın Xankəndinin məcburi köçkün olan azərbaycanlı əhalisini də əhatə edəcəyi gözlənilir. Bu günlərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Xankəndi şəhərindən məcburi köçkün düşmüş azərbaycanlıların bir qrupu ilə görüş keçirilib. Görüşdə Dövlət Komitəsinin sədri məcburi köçkünlərin qayıdışa hazırlanması ilə bağlı həyata keçirilən tədbirlər, işğaldan azad edilmiş ərazilərdə yenidən salınmış və bərpa olunmuş yaşayış məntəqələrinə köçürülmənin gedişi və qaydaları haqqında görüş iştirakçılarını məlumatlandırıb, azərbaycanlı əhalinin Xankəndi şəhərinə qayıdışının təşkili ilə bağlı qarşıda duran vəzifələrdən danışıb, dövlətimizin başçısının bununla bağlı tapşırıqlarını onlara çatdırıb.
İnfrastruktur quruculuğu...
Azərbaycan müharibəni öz gücü ilə apardı və qalib gəldi. Postmüharibə mərhələsində işğaldan azad edilmiş ərazilərin bərpasını və yenidən qurulmasını da ölkəmiz öz potensialına əsaslanmaqla həyata keçirir. Dünya praktikasında geniş yayılmış təcrübədir: müharibələrin dağıntılarını aradan qaldırmaqdan ötrü beynəlxalq koalisiyalar yaradılır, donor təşkilatlar köməyə tələsirlər. Dost və qardaş ölkələrin işğaldan azad edilmiş bölgələrdə tikdikləri bəzi infrastruktur obyektləri istisna olmaqla, respublikamıza belə yardımlar edilmir. Müharibə başa çatandan dərhal sonra işğaldan azad edilmiş böyük ərazilərin bərpasına başlamağı ancaq Azərbaycan kimi güclü dövlətlər bacara bilərlər. Bu gün bəhs olunan ərazilərdə reallaşdırılan layihələr ölkəmizin qüdrətini, geniş iqtisadi və maliyyə imkanlarını bütün dünyaya nümayiş etdirir.
İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması proqramı çərçivəsində infrastruktur quruculuğu geniş vüsət alıb. O cümlədən müasir yol-nəqliyyat infrastrukturunun qurulması əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib ki, bu da təsadüfi deyil. Müasir yol-nəqliyyat infrastrukturu olmadan bəhs olunan ərazilərə soydaşlarımızın geri qayıtmalarını təmin etmək, burada iqtisadi fəallığa nail olmaq, ölkənin digər bölgələri ilə əlaqələr qurmaq, iqtisadi reinteqrasiya məsələlərini həll etmək mümkün deyil. Azərbaycanın işğaldan azad edilmiş ərazilərə həyatı qaytarmaqla bağlı planları genişdir. O cümlədən bəhs olunan ərazilərin turizm potensialı kifayət qədər böyükdür. Bu potensialdan bəhrələnmək üçün, ilk növbədə, yaxşı yollar olmalıdır.
İşğaldan azad edilən ərazilərdə avtomobil yollarının inşası ilə bağlı həyata keçirilən layihələrin sayı kifayət qədər çoxdur. Prezident İlham Əliyev imzaladığı müvafiq sərəncamlarla bəhs olunan ərazilərdə yeni avtomobil yollarının inşası məqsədilə böyük həcmlərdə maliyyə vəsaitləri ayırıb. Eyni zamanda Prezident İlham Əliyevin göstərişi ilə işğaldan azad edilmiş ərazilərdə üç hava limanı yaradılır. Onlardan ikisi Füzulidə və Zəngilanda olmaqla istifadəyə verilib. Laçında inşa olunan sayca üçüncü beynəlxalq səviyyəli hava limanının inşası da sürətlə davam edir.
Digər təyinatlı infrastruktur obyektlərinin tikintisi də sürətlə davam etdirilir. Prezident İlham Əliyev işğaldan azad olunmuş əraziləri “yaşıl enerji” zonası elan edib. Qısa müddətdə bir neçə su elektrik stansiyası bərpa olunaraq istifadəyə verilib. Bəhs olunan ərazilər su ehtiyatları ilə zəngindir. Hazırda bu ehtiyatların səmərəli istifadəsinə hesablanan layihələrin icrası davam etdirilir. İşğaldan azad olunmuş ərazilərdə qısa müddətdə zəruri infrastruktur quruculuğunun nəticəsidir ki, elə bu günlərdə Xankəndinin də Azərbaycanın elektrik enerjisi sisteminə qoşulması təmin edildi. Hazırda suverenliyimiz təmin olunan Xankəndidə Azərbaycan işığı yanır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37

