İxrac coğrafiyasında 8-ci ölkə
17.11.2023 [10:40]
Azərbaycanın Avropa İttifaqı (Aİ) məkanının enerji təhlükəsizliyinin təmin olunmasında rolu getdikcə artır. Bu da ilk növbədə onunla bağlıdır ki, quruda və dənizdə zəngin resurslara malik olan respublikamız ədalətli enerji siyasəti aparır. İndiyədək müxtəlif transmilli şirkətlərlə və ayrı-ayrı ölkələrlə imzalanan müqavilələrin Azərbaycan tərəfindən pozulması ilə bağlı hər hansı bir fors major halı yaşanmayıb. Bu səbəbdən də istehlakçılarda ölkəmizə olan inam getdikcə artır. Əgər enerji əməkdaşlığının birinci mərhələsində respublikamız qoca qitəyə yalnız neft və neft məhsulları tədarük edirdisə, indiki mərhələdə Avropaya enerji məhsullarının ixracına qaz seqmenti də əlavə olunub.
Artan ixrac həcmləri
Azərbaycanın Avropaya qaz ixracının tarixi 2021-ci ilin əvvəlindən başlayıb. Aradan az vaxt ötməsinə baxmayaraq, ölkəmizin bu sahədə mövqeyi əhəmiyyətli dərəcədə möhkəmlənib. Bu ilin birinci rübünün yekunlarına görə, respublikamız Avropaya boru kəməri ilə qaz tədarükçüləri arasında ilk 5-liyə daxil olub. Bu barədə Avropa Komissiyasının Avropa qaz bazarındakı vəziyyəti ilə bağlı rüblük hesabatında bildirilib. İlk beş ən böyük təchizatçı siyahısına Norveç, Şimali Afrika, Rusiya və Böyük Britaniya daxildir. Azərbaycan bu siyahıda 5-ci yerdə qərarlaşıb.
Xatırladaq ki, ötən il iyulun 18-də ölkəmizlə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Həmin sənədi bütövlükdə enerji dialoqunun müxtəlif aspektlərini əhatə edən strateji yol xəritəsi kimi də dəyərləndirmək mümkündür. Memorandumda tərəflərin Xəzər sahillərindən qoca qitəyə qaz ixracının artırılması ilə bağlı niyyətləri də ifadə olunub.
Müqayisə üçün bildirək ki, 2022-ci ildə Azərbaycan qaz ixracını 22,3 milyard kubmetrə çatdırıb. Bunun 11,4 milyard kubmetri Avropaya ixrac olunub. 2023-cü ildə Azərbaycandan qaz ixracı 24,5 milyard kubmetr həcmində nəzərdə tutulub. Bunun 12 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq. 2027-ci ilədək isə respublikamızdan Avropa məkanına qaz ixracının həcminin iki dəfə artırılması hədəflənib ki, bu da tam realdır.
Azərbaycan qazı Serbiyaya çatdırılacaq
Avropa üçün yeni və etibarlı mavi yanacaq mənbəyi qismində çıxış edən Azərbaycanın qısa müddətdə nəql coğrafiyasını genişləndirməsi də böyük uğurdur. Necə deyərlər, siyahıya yeni istehlakçılar da əlavə olunur. Yaxın perspektivdə bəhs olunan siyahıda dost Serbiya da yer alacaq. Bu günlərdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə ölkəmizdə səfərdə olan Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviçin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Energetika Nazirliyindən “Yeni Azərbaycan”a daxil olan məlumatda bildirilib ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin hərtərəfli inkişafında Azərbaycan və Serbiya prezidentlərinin dostluq əlaqələrinin mühüm rolu vurğulanıb. Təbii qaz, elektrik enerjisi sahələrində geniş əməkdaşlıq imkanları dəyərləndirilib. İkitərəfli əlaqələrin yeni müstəvidə inkişafı üçün enerji əməkdaşlığının müstəsna əhəmiyyət daşıdığı qeyd edilib və bu xüsusda, Azərbaycan və Serbiyanın təbii qaz sahəsində tərəfdaşlığa böyük önəm verdikləri ifadə olunub.
Görüş çərçivəsində “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Serbiya Respublikasının Mədənçilik və Energetika Nazirliyi arasında SOCAR və “Srbijagas” arasında əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumu”, həmçinin “SOCAR və “Srbijagas” şirkətləri arasında qaz satışına dair Müqavilə” imzalanıb. “Bu gün imzaladığımız strateji əhəmiyyətli sənədlərlə Azərbaycandan Serbiyaya ilk dəfə qaz tədarükü də daxil olmaqla qaz sahəsində çoxşaxəli əməkdaşlığın əsası qoyulur. Serbiya Azərbaycanın Avropada qaz bazarını şaxələndirməsində yeni tərəfdaşıdır. Serbiyaya illik 400 milyon kubmetrə qədər qazın tədarükü nəticəsində Azərbaycan qazı ilə təchiz edilən ölkələrin sayı 8-ə çatacaq. Bu, Azərbaycanın etibarlı enerji tərəfdaşı missiyasının genişlənməsinin və enerji təhlükəsizliyində rolunun getdikcə artmasının bariz göstəricisidir. Bugünkü razılaşmalarımız qaz tədarükü ilə bağlı tərəfdaşlığımızın uzunmüddətli müqavilələrlə və Azərbaycanın Serbiyanın enerji təhlükəsizliyinə töhfələrinin davamlı olmasına da zəmin yaradır”, -deyə energetika naziri Pərviz Şahbazov bildirib.
İkitərəfli əməkdaşlığın yeni mərhələsi
İndiyədək iki ölkə arasında 50-dək sənəd imzalanıb. Bu sənədlər arasında 2013-cü ildə imzalanmış Dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə və 2018-ci ildə imzalanmış Strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı xüsusi əhəmiyyət daşıyır. Hər iki sənəddə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub. Prezident İlham Əliyevin Serbiyaya 2022-ci ilin noyabr ayında baş tutan səfəri çərçivəsində isə dövlət başçıları “Azərbaycan Respublikası Prezidenti ilə Serbiya Respublikası Prezidenti arasında Birgə Bəyanat”ı, “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum”u və onun əlavəsi olan “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının Əsasnaməsi”ni imzalayıblar.
İki ölkə arasında siyasi dialoqun yüksək dinamizmlə inkişaf etməsi, həmçinin indiyədək imzalanan sənədlər qarşılıqlı iqtisadi əlaqələrin dərinləşməsinə müsbət təsir göstərir. Qlobal pandemiyanın pik mərhələsindən sonra ikitərəfli iqtisadi əlaqələrdə genişlənmə müşahidə edilir. 2021-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 9,23 milyon dollar, o cümlədən idxalın həcmi 8,04 milyon, ixracın həcmi isə 1,19 milyon ABŞ dolları təşkil edib. 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 30 faizədək artıb. Azərbaycan ilə Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya fəaliyyət göstərir. Azərbaycanda tikinti və xidmət sahələrində fəaliyyət göstərən Serbiya investisiyalı 4 şirkət qeydiyyatdan keçib. Azərbaycanın isə “AzVirt” şirkəti Serbiyada yol infrastrukturu layihələri həyata keçirir. Belqradda Serbiya-Azərbaycan Ticarət Palatası fəaliyyət göstərir.
Enerji sektoru ikitərəfli münasibətlərdə yeni olmaqla, həm də çox perspektivli bir istiqamətdir. Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviç Azərbaycandan Serbiyaya təchiz ediləcək qazın həcmi ilə bağlı müqaviləni ikitərəfli iqtisadi əməkdaşlığın yeni mərhələsi adlandırıb: “Azərbaycan qazının yaxın müddətdə istismara verilməsi gözlənilən Bolqarıstan-Serbiya İnterkonnektoru vasitəsilə Serbiyaya çatdırılması sayəsində biz təchizat mənbələrimizin şaxələndirilməsini, o cümlədən Mərkəzi Avropaya qazın paylanmasında tranzit ölkə kimi rolumuzun gücləndirilməsini nəzərdə tutan strateji hədəfimizə nail olacağıq. İmzalanmış müqavilədə növbəti il ərzində 400 milyon kubmetrə qədər qazın nəql olunması nəzərdə tutulub və qarşıdakı illərdə bu həcmin artacağını gözləyirik”.
SOCAR-ın prezidenti Rövşən Nəcəf isə qaz müqaviləsinin SOCAR və “Srbijagas” arasında əməkdaşlıqda yeni səhifə açacağını vurğulayıb. Serbiyanın enerji təhlükəsizliyinin, eləcə də iki ölkə və şirkətlər arasında əlaqələrin möhkəmləndirilməsində müqavilənin uğurla həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.
Qeyd edək ki, Anlaşma Memorandumu qaz tədarükündən əlavə, Serbiyaya LNG tədarükü, qaz anbarı sahələrində SOCAR-la əməkdaşlıq və şirkətin qaz ticarəti əməliyyatlarında, həmçinin qazla işləyən elektrik stansiyasının inşasında iştirak imkanlarının araşdırılmasını da nəzərdə tutur.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31

