Dövlət və xalq naminə uğurlu fəaliyyət ...
29.12.2023 [10:35]
Dövlət Neft Fondunun təsis edilməsindən 24 il ötür
Zəngin karbohidrogen resursları Azərbaycanın milli sərvətidir və bu sərvətdən xalqın, dövlətin mənafeyi naminə səmərəli şəkildə istifadə olunmalıdır. Bu ideya böyük dövlət xadimi Heydər Əliyevin zamanında zərgər dəqiqliyi ilə işləyib hazırladığı və praktiki müstəvidə real əsaslarını yaratdığı yeni neft strategiyasının ana xəttini təşkil edir. Qarşıya qoyulan ümummilli məqsədlərə, böyük hədəflərə çatmaq üçün Prezident Heydər Əliyev tarixin bu günündə - 29 dekabr 1999-cu ildə 240 nömrəli Fərman imzalayıb. Həmin Fərmana əsasən Azərbaycan Respublikası Dövlət Neft Fondu təsis edilib. Neft Fondu əməli fəaliyyətə 2001-ci ilin iyul ayında Fondun vəsaitlərinin yerləşdirilməsi qaydalarının Prezident Fərmanı ilə təsdiq edilməsindən sonra başlayıb. Ötən dövrdə Dövlət Neft Fondu müstəqil Azərbaycanın firəvanlığı, xalqımızın rifah içində yaşaması naminə uğurlu və səmərəli fəaliyyət göstərib.
Nəsillər arasında ədalətli resurs bölgüsü prinsipi ilə yaradılan fond
Bu gün hər kəs təsdiqləyə bilər ki, müstəqil Azərbaycanın davamlı dinamik inkişafının təmin olunmasında müdrik siyasətçi Heydər Əliyevin böyük uzaqgörənliklə işləyib hazırladığı yeni neft strategiyasının uğurla reallaşdırılması xüsusi rola malikdir. 1994-cü il sentyabrın 20-də yeni neft strategiyasının reallaşdırılmasında çox mühüm bir addım atıldı - Heydər Əliyevin səyləri sayəsində Bakıda 7 dövləti təmsil edən 11 transmilli neft şirkətinin iştirakı ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənməsinə dair “Əsrin müqaviləsi” imzalandı. Azərbaycanın bu gün beynəlxalq miqyasda uğurlu model kimi qəbul edilən davamlı inkişaf strategiyasının əsası da məhz “Əsrin müqaviləsi” ilə qoyulub.
“Əsrin müqaviləsi”nin işə düşməsi ilə yeni neft strategiyasında qarşıya qoyulan prioritet hədəflərdən birinə nail olunmuşdu. Ölkəyə gələn neft gəlirlərinin getdikcə artması fonunda isə başqa bir aktual çağırış gündəmə gəlmişdi: Neft gəlirlərini harada toplamalı və necə xərcləməli? Heydər Əliyevin yanaşması o dövrdə meydana çıxan yeni çağırışa ən yaxşı cavab oldu. O vurğulayırdı ki, neft - Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur. Elə yeni neft strategiyasının reallaşdırılmasının növbəti mərhələsi kimi Dövlət Neft Fondunun yaradılmasında da məhz bugünkü və gələcək nəsillər arasında ədalətli resurs bölgüsü prinsipi əsas götürüldü.
Qabaqcıl dünya təcrübəsinin nəzərə alınması
Azərbaycan Respublikası Dövlət Neft Fondunun fəaliyyəti barədə geniş söhbət açmazdan əvvəl bu sahədə dünya təcrübəsinə qısa nəzər salaq. Müasir dövrdə özünün müsbət təcrübəsi ilə beynəlxalq miqyasda məşhur olan bir neçə suveren fondun adını çəkmək mümkündür. Neft-qaz gəlirlərinin toplanması və post-neft dövründə də ölkə əhalisinin yüksək həyat səviyyəsinin təmin edilməsi məqsədilə yaradılan Norveç Dövlət Pensiya Fondu hazırda dünyanın ən nəhəng maliyyə qurumlarından biri hesab olunur. Bu fond böyük dəyərə malik aktivləri ilə dünya lideri sayılır.
Dünyanın 10 top suveren fondları sırasında, həmçinin Səudiyyə Ərəbistanının Suveren Fondu (indiki formada 2008-ci ildə təşkil olunub), Qətərin Suveren Fondu (2005-ci il), Abu-Dabinin Suveren Fondu (1976-cı il) və digərləri yer alır. Bəhs olunan suveren fondlar milli gəlirlərin toplanmasında və səmərəli idarə olunmasında zəngin təcrübə qazanıblar.
ARDNF-də öz fəaliyyətində dünyada mövcud olan suveren fondların müsbət təcrübəsindən bəhrələnir. Neft gəlirlərinin toplandığı fondun ölkənin cari və perspektiv maraqlarının uzlaşdırılması ilə yaradılması Heydər Əliyevin uzaqgörənliyini və milli təəssübkeşliyini ifadə edirdi. Bu gün ARDNF-in peşəkar kollektivi Prezident İlham Əliyevin davamlı diqqət və qayğısı sayəsində quruma həvalə olunan missiyanı böyük uğurla həyata keçirir. Mütəxəssislərin də bildirdikləri kimi, Dövlət Neft Fondu Azərbaycanın bugünkü və gələcək nəsilləri arasında etibarlı körpü yaradır. Neft Fondunun yaradılmasının önəminə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Dövlət Neft Fondunun yaradılması da tarixi hadisə idi. Çünki bu Fond vasitəsilə həm büdcəmizə dəstək göstərilir, həm sosial məsələlərin həlli təşkil edilir, ölkəmiz üçün strateji əhəmiyyətli layihələr icra edilir və ilk növbədə, məcburi köçkünlərin problemləri həll olunur”.
Hansı layihələrə üstünlük verilir?
Onilliklər ərzində respublikamızın ərazisində həm dənizdə, həm də quruda böyük həcmlərdə neft hasil edilməsinə baxmayaraq, bunun xalqımıza faydası çox az olub. Birmənalı şəkildə vurğulaya bilərik ki, Azərbaycan xalqı yalnız müstəqillik illərində özünün zəngin təbii sərvətlərinin əsl sahibinə çevrildi. Neft Fondunun yaradılması və onun uğurlu fəaliyyəti deyilənlərə bariz nümunədir. Bu gün Neft Fondunun vəsaitləri qanunvericilikdə nəzərdə tutulan müxtəlif mənbələrdən formalaşır. 2023-cü ilin 1 oktyabr tarixinə olan məlumata əsasən, ARDNF-nin aktivləri 55 524 mln. ABŞ dollar dəyərində olub. Elə bu günlərdə Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsi haqqında Fərman imzalayıb. Fərmanla ARDNF-nun 2024-cü il büdcəsinin gəlirləri 12 073 255,5 min manat, xərcləri isə 12 900 232,5 min manat məbləğində təsdiqlənib.
Vəsaitlərin istiqamətləndirilməsində isə bir qayda olaraq ölkəmizin prioritetləri əsas götürülür. Ümumi qənaət belədir ki, Dövlət Neft Fondunun indiyədək maliyyələşdirdiyi layihələr respublikamızın bugünkü müsbət reallıqlarının formalaşmasında mühüm rol oynayır. Məlumdur ki, son 20 ildə Azərbaycan Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində reallaşdırılan çoxsaylı layihələr hesabına infrastruktur təminatı baxımından dünyanın qabaqcıl ölkələri sırasına daxil olub. Heç şübhəsiz ki, Dövlət Neft Fondundan ayrılan vəsaitlər hesabına yaradılan iqtisadi və sosial təyinatlı güclü infrastruktur olmadan ölkənin bugünkü dinamik inkişafını təsəvvür etmək belə mümkün deyil. Ümumiyyətlə, fondun yönəltdiyi vəsaitlər hesabına reallaşdırılan layihələrin əhatə dairəsi kifayət qədər genişdir. Dövlət Neft Fondu indiyədək Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın, Türkiyə Respublikasında “Star” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının, “Cənub Qaz Dəhlizi” QSC-nin nizamnamə kapitalında dövlətin iştirak payının, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasının, Dövlət İnvestisiya Şirkətinin nizamnamə kapitalının, “Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi”, “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” və digər belə böyükmiqyaslı layihələrin maliyyələşdirilməsini həyata keçirib. Azərbaycan Respublikasının Dövlət Neft Fondu 2001-ci ildən başlayaraq artıq tarixdə qalan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlərin həyata keçirilməsinə böyük həcmlərdə vəsait ayırıb. Hazırda Fond “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı”nın , eləcə də “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın maliyyələşdirilməsini uğurla davam etdirir.
Diqqətəlayiq haldır ki, fond fəaliyyətində şəffaflıq prinsipini əsas tutur. Qurum dünyanın 25-dən çox iri fondunun təmsil olunduğu Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) fəal üzvüdür. Bundan başqa, Dövlət Neft Fondu Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi prosesində fəal iştirak edir. 2007-ci ilin mayında Neft Fondu MHŞT-nin tətbiqinə görə “BMT-nin Dövlət Qulluğu Mükafatı” ilə təltif edilib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
26 Aprel 21:44
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19

