Güclü infrastruktur təminatı diqqət mərkəzində
09.01.2024 [11:07]
Bakının 2040-cı ilədək inkişafına dair yeni təsdiqlənən Baş planında şəhərin əsas mühəndis-kommunikasiya şəbəkəsinin, o cümlədən su və qaz təchizatı, kanalizasiya şəbəkəsi, elektrik enerjisi və rabitə sistemlərinin imkanlarının artırılması və modernləşdirilməsi nəzərdə tutulur. Bu təkliflər müvafiq yerli qurumlarla sıx əməkdaşlıq çərçivəsində hazırlanaraq bir sıra mühüm istiqamətləri əhatə edir.
Bərpa olunan enerji istehsalı artacaq
Baş planda atmosferə atılan karbon emissiyalarının həcminin azaldılması məqsədilə bərpa olunan enerji istehsalının artırılması tövsiyə olunur. Bakı şəhərinin Baş planı çərçivəsində günəş və külək elektrik stansiyaları üçün əlverişli şəraitə malik altı geniş ərazi müəyyən edilib. Həmin ərazilər ümumilikdə 3717 hektar sahəni əhatə edir.
Elektrik enerjisi şəbəkəsinin etibarlılığının və gücünün artırılması məqsədilə Bakının mərkəzi hissəsinin ətrafında 220 kV-luq qapalı dairəvi sistemin qurulması nəzərdə tutulur. O cümlədən 2040-cı ilə qədər Ələt, Lökbatan, Sabunçu və Mərdəkan alt-mərkəzlərində ümumi ərazisi 2650 ha, qoyuluş gücü 1200 MVt olan bir külək və üç günəş elektrik stansiyasının inşası təklif olunur.
Sənəddə qeyd edilib ki, bu ərazilərdə perspektivdə (hesabat müddətindən sonrakı dövrdə) bərpa olunan enerji təsərrüfatlarının inkişafı üçün 3313 ha əlavə ərazi nəzərdə tutulub.
Baş Plan layihəsində, hal-hazırda çirklənmiş torpaq sahələri olan ərazidə müvəqqəti bərpa olunan enerji stansiyaları üçün əlavə 676 ha ərazi ilə bağlı mərhələli “Regenerasiya Çərçivəsi” nəzərdə tutulur. Regenerasiya çərçivəsinə həyata keçirilməsi planlaşdırılan “Böyükşor gölü üzərində üzən günəş elektrik stansiyası (300 kVt)” layihəsi, həmçinin Qırməki Təbii Geoloji Parkı (202 ha) daxil edilib. Bu parkda günəş və külək enerjisi istehsalı və karbon-neytral sistemin layihələndirilməsi mümkün olacaq.
Yağış suları anbarlara toplanacaq
Azərbaycan və Mərkəzi Bakı ərazisi su çatışmazlığı riski altındadır.
Bu barədə Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında bildirilib. Qeyd edilib ki, içməli su şəbəkəsi geniş olsa da, sistemin köhnə olması və Bakının relyefinin mürəkkəb olması səbəbilə sistemdən sızmalar baş verir. Aparılmış qiymətləndirmələrə əsasən, şəbəkədən su itkisinin həcmi ümumi nəql olunan suyun 48%-ni təşkil edir. Mövcud su ehtiyatları 3,5 milyon əhalisi olan şəhəri təmin etmək üçün kifayət qədər geniş imkana sahib olsa da, şəhərin bir sıra ərazilərində su verilişində fasilələr baş verir (gündə 6 saat, ayın 14 günü).
BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyasına dair Milli Hesabata görə, iqlim dəyişikliyi səbəbi ilə milli su ehtiyatlarının 2050-ci ilə qədər 23%-dən çox azalacağı ehtimal edilir. Ölkədə istehsal olunan suyun ildə təqribən 6%-i və ya 744 milyon kubmetri Abşeron yarımadasında istehlak olunur. Yarımadada təbii su mənbələri olmadığı üçün su ölkənin digər regionlarından nəql olunur.
Bakı şəhərinin Baş planı çərçivəsində su təchizatı infrastrukturu ilə bağlı müəyyən edilmiş yanaşma “Azərsu” ASC ilə sıx əməkdaşlıq şəraitində hazırlanıb. Plan qərarlarının verilməsində qurumun Bakı və Abşeron yarımadasını əhatə edən Baş Planı nəzərə alınıb. Planda 2027-ci və 2040-cı illər üçün təklif olunan inkişaf ərazilərinin proqnoz edilən əhali sayı nəzərə alınmaqla, hər bir ərazinin tələbatı ayrılıqda müəyyən edilmiş və “Azərsu” ASC-nin Master Planına uyğunlaşdırılıb.
Baş planda Mərkəzi Bakının daxilində yağış sularının saxlanılması sistemlərinin tədricən tətbiq edilməsi təklif edilir. Bildirilir ki, Mərkəzi park üçün susaxlayıcı sistemin qurulması, intensiv yağıntılar zamanı yağış sularının saxlanması və daha sonra suvarmada istifadə edilməsi üçün yeraltı anbarın inşası və güclü yağıntılar zamanı suyun park ərazisində saxlanılması, Qış Parkında yeraltı dayanacaqda yeraltı anbarın inşası, Atatürk Parkında güclü yağış hadisələri üçün parkda sututucu qurğuların quraşdırılması, Xətai prospektində suburaxma gücünün artırılması üçün su novlarının quraşdırılması, Neftçilər prospektində Neftçilər prospektinin alçaq sahələrində, bulvarda drenajların qurulması, Xəzər dənizinə axıtma məntəqələrinin inşası və Kommersiya rayonu tamamilə ayrı yağış kanalizasiya sisteminin qurulması və bu sistemə kanalizasiya xətlərinin birləşdirilməsinin qarşısının alınması nəzərdə tutulur.
Kanalizasiya infrastrukturunun təkmilləşdirilməsi
Baş planda nəzərdə tutulan tədbirlər əsasında kanalizasiya infrastrukturunun təkmilləşdirilməsi Xəzər dənizinə axıdılan təmizlənməmiş tullantı sularının həcmini azaltmağa imkan verəcək. Hazırda suyun keyfiyyətinin və sahilyanı ərazilərə axıdılan tullantı sularının həcminin müəyyənləşdirilməsi istiqamətində monitorinq fəaliyyətləri məhdud səviyyədə aparılır.
Baş planda qeyd olunub ki, suyun keyfiyyətini müəyyənləşdirmək və gələcəkdə suyun keyfiyyətinin müqayisəli təhlilini apara bilmək üçün sahil sularının keyfiyyətinin monitorinqi sxemi həyata keçirilməlidir.
Bundan başqa, qeyd olunub ki, suya tələbatın olduğu ərazilərdə (məsələn, ümumi istifadədə olan yaşıllıqların və park sahələrinin suvarılması üçün) suyun təkrar istifadəsinin (təmizlənmiş tullantı suları) təşviqi üçün imkanlar təmin ediləcək. Bu, Abşeron yarımadasında gələcəkdə su çatışmazlığı problemini aradan qaldırmağa və içməli su istehlakının həcmini azaltmağa kömək edəcək.
Baş plan çərçivəsində 2040-cı ilə qədərki dövrdə Bakı şəhərində kompleks su idarəçiliyi strategiyasının tətbiqi təklif olunur. Bura mövcud tullantı sutəmizləyici qurğuların təkmilləşdirilməsi və Böyükşor gölü (Bülbülə gölü ilə əlaqəli), Xocahəsən və Zığ gölü yaxınlığında yeni mərkəzləşdirilmiş tullantı sutəmizləyici qurğuların inşası ilə bağlı təkliflər daxildir.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

