BMT-nin proqnozları nə vəd edir?
09.01.2024 [11:09]
Birləşmiş Millətlər Təşkilatı (BMT) qlobal iqtisadiyyatla bağlı hesabatında Azərbaycanla bağlı yeni iqtisadi artım proqnozunu açıqlayıb. Təşkilatın ortamüddətli dövrü əhatə edən hesabat sənədində bildirilir ki, Azərbaycanda Ümumi Daxili Məhsul (ÜDM) 2024-cü ildə 2,6 faiz, 2025-ci ildə 2,8 faiz səviyyəsində gözlənilir. BMT-nin inflyasiya ilə proqnozlarına əsasən, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya göstəricisi 5,9 faiz, 2025-ci ildə isə 3,9 faiz təşkil edəcək.
Onu da xatırladaq ki, bir müddət əvvəl Dünya Bankı (DB) da qlobal iqtisadi artıma dair hesabatını dərc edib və sənəddə qeyd edilir ki, 2024-2025-ci illərdə Azərbaycan iqtisadiyyatında iqtisadi artım ən azı 2 faiz olacaq. Eləcə də, Asiya İnkişaf Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının da iqtisadi xülasələrində Azərbaycanla bağlı eyni göstəricilərə rast gəlmək mümkündür.
BMT-nin və adıçəkilən digər mötəbər iqtisadi institutların iqtisadi inkişaf proqnozlarına diqqət etdikdə mövcud rəqəmlərin Azərbaycan hökumətinin inkişaf ssenariləri ilə üst-üstə düşdüyünü görmək olar. Belə ki, hökumətin ortamüddətli dövr üzrə iqtisadi-sosial inkişaf proqnozlarına əsasən, qarşıdakı 3 ildə iqtisadi artım 2-3 faiz nisbətində gözlənilir.
Yaxın beşillik proqnozlara əsasən, Azərbaycan iqtisadiyyatında ÜDM-in real artımı 2,5-3,6 faiz civarında oılacaq. Qeyri-neft ÜDM-nin isə 4,6-5 faiz olacağı gözlənilir.
Göründüyü kimi iqtisadi artımın əsas mənbəyi qeyri-neft gəlirləri olacaq və məhz həmin resurslar əsasında ÜDM-in həcmi 135,6 milyard manata çatacaq. Belə ki, ÜDM-də 2023-cü il üzrə qeyri-neft gəlirlərinin 77,6 milyard manat və ya 64,9 faiz, 2024-cü ildə 84,2 milyard manat və ya 71,1 faiz təşkil edəcəyi gözlənilir. 2027-ci ildə isə bu rəqəmin 106,8 milyard manat və ya 78,7 faizə çatacağı proqnozlaşdırılır.
Mövcud resursların təhlili göstərir ki, Azərbaycanın qarşıdakı inkişaf drayverləri qeyri-neftin əsasında hərəkət edəcək, qeyri-rəsmi yığım bloklarının dövriyyəyə cəlb edilməsi neftsiz iqtisadiyyat konseptini təmin edəcək. Belə ki, sənaye, ticarət, xidmət, turizm, tikinti sektorlarında mövcud resursların dövriyyəyə cəlb edilməsi, qeyri-leqal artım mənbələrinin hərəkətə gətirilməsi, xüsusilə də real sektorlarda dövriyyələrin “ağardılması” və şəffaflıq sayəsində yığımlarının həcmin artırmaq mümkündür. Qeyri-neft sektorundan digər gəlirlər mənbələrindən biri kimi dövlət mülkiyyətində olan əmlakın özəlləşdirilməsi və icarəyə verilməsindən daxilolmaların həcmini də artırmaq mümkündür. Hazırda əmlakın icarəyə verilməsindən büdcəyə cəmi 28 milyon manat daxil olur ki, bu da hədsiz azdır. Bu sahədən daxilolmaları artırmaq üçün neçə illərdir ki, yubanan yeni özəlləşdirmə strategiyasının tezləşdirilməsi də fayda verə bilər. Eləcə də, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmaların da artımı üçün kifayət qədər mənbələr mövcuddur. Həmin sektordan illik büdcəyə yığım 550 milyon manat təşkil edir, halbuki bu müəssisələrin dividend ödənişlərinin məbləğinin ən azı 40-50 faiz artımı mümkündür.
Ümumiyyətlə, ortamüddətli dövrdə Azərbaycanın neft gəlirlərinin azalması fonunda real sektor resursları üzrə fiskal yığım və iqtisadi artım mənbələri dayanıqlı hesab edilə bilər. 2024-2027-ci illər üzrə makroiqtisadi çərçivəyə əsasən, dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi kimi prioritetlərin reallaşdırılması milli iqtisadiyyatın vizyonunu dəyişdirəcək. Belə ki, 2026-cı ildə 2021-ci illə müqayisədə qeyri-neft-qaz ixracının həcminin 85 faiz artmasına nail olunması, qeyri-neft sektoru üzrə birbaşa xarici investisiyaların illik 10-15 faiz artırılması, illik inflyasiyanın 4±2 faiz intervalında qorunması hədəflənir. Eyni zamanda, kənd təsərrüfatı hər il orta hesabla 4 faiz artacaqdır. Nəqliyyat sektorunda orta illik artım tempi 5 faizi üstələyəcəkdir. Bunun başlıca səbəbi Azərbaycanın beynəlxalq tranzit qovşağında aparıcı rolunu artırması ilə bağlıdır. Ölkənin tranzit yükdaşımalardan əldə etdiyi gəlirlərin 2019-cu ildəki 227 milyon manatdan 450 milyon manata çatacağı gözlənilir. Qeyri-neft-qaz sənayesi hər il orta hesabla 8,3 faiz artacaqdır. Sənaye zonalarının qeyri-neft sənaye istehsalında payı 15 faiz, qeyri-neft sənaye ixracında payı isə 25 faiz olacaqdır. İnformasiya və rabitə sektorunda hər il orta hesabla 10 faizdən çox, tikinti sektorunda isə 3 faiz ətrafında artım olacaqdır.
Azərbaycan həm də bölgədə investisiya cəlbediciliyinə görə, yaxın illərdə imkanlarını artıracaq. ABŞ-ın məşhur “Ceoworld” analitik nəşrinin təhlillərinə görə, Azərbaycanda Rəqabət Məcəlləsinin qəbul olunması investisiya mühitini xeyli yaxşılaşdıracaq. Eləcə də yürüdülən siyasət investorların fəaliyyətinə əlverişli şəraiti stimuallaşdıracaq. Belə ki, biznesin fəaliyyətinə müdaxilə, məmur təmaslarının minimallaşdırılması, ticarət azadlığı, pul bazarının sabitliyi, əmək bazarının vəziyyəti, investorların hüquqlarının qorunması, sərmayələr üçün infrastrukturun yaradılması, vergi rejimi, texnologiyaların tətbiqi və s. amillər investisiya mühitinin təşviqediciliyini artıracaq.
Elbrus Cəfərli
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

