Azərbaycanın yol infrastrukturu müasir standartlara uyğundur
23.02.2024 [10:26]
Rahat yol tərəqqi, müasirlik rəmzi sayılır. Bu baxımdan son 20 ildə Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlar əsasında əsaslı şəkildə təmir edilən və yaxud yeni salınan yollar dinamik inkişaf tempinə malik Azərbaycanın müasir simasının sosial və iqtisadi önəm daşıyan çox mühüm elementini təşkil edir. Tam əminliklə deyə bilərik ki, bəhs olunan dövrdə ölkəmizin uğurlu inkişafını həm də paytaxtda və regionlarda yol infrastrukturunun əsaslı şəkildə yenilənməsinin timsalında izləmək mümkündür.
Beynəlxalq və yerli əhəmiyyətli yollar yenidən qurulur
Respublikamızda yol infrastrukturunun yenilənməsi paralel şəkildə bir neçə istiqamətdə həyata keçirilir. Mühüm istiqamətlərdən biri beynəlxalq əhəmiyyətli yolların yenidən qurulmasıdır. Ölkəmizin coğrafi yerləşməsi tranzit daşımaları baxımından çox əlverişlidir. Eyni zamanda, Avrasiyada yaranan geosiyasi vəziyyət ölkəmiz üzərindən daşımalara marağı artırıb. Uzunmüddətli daxili sabitlik, multikultural mühit, dövlətin siyasi iradəsi, qonşu ölkələrlə xoş münasibət, optimal qiymət siyasəti, uzlaşdırılmış fəaliyyət bu marağı şərtləndirən əsas amillər qismində çıxış edir. Azərbaycan əlverişli coğrafi mövqeyindən və digər üstünlüklərindən istifadə edərək özünün tranzit imkanlarını genişləndirməyi hədəfləyib. Respublikamızın ərazisindən Şərq-Qərb, Şimal-Cənub kimi mühüm beynəlxalq dəhlizlər keçir. Ölkəmiz, həmçinin indiki geosiyasi reallıqlar fonunda önəmi daha da artan Orta Dəhlizin ən mühüm həlqələrindən biridir. Son 20 ildə əlverişli marşrutlar yaradılmaqla beynəlxalq dəhlizlərin bir-birinə inteqrasiyası təmin edilib. Eyni zamanda, həm Şimal-Cənub, həm də Şərq-Qərb dəhlizləri üzrə genişmiqyaslı yenidənqurma layihələri həyata keçirilib və hazırda yenilərinin icrası da intensiv şəkildə davam etdirilir. Bu gün ölkəmizdən İran, Gürcüstan və Rusiya ilə dövlət sərhədlərinədək, necə deyərlər, şüşə kimi hamar yollar uzanır.
Azərbaycan dövləti, həmçinin regionlarda yerli əhəmiyyətli və kənd yollarının müasir standartlar səviyyəsində qurulmasına nail olmağı hədəfləyib. Prezident İlham Əliyev regional inkişaf proqramlarının icra vəziyyəti ilə bağlı keçirilən konfranslarda ölkə ərazisində bütün kənd yollarının yenidən qurulacağını bildirib. İndiyədək dövlət başçısının imzaladığı sərəncamlar əsasında yerli əhəmiyyətli və kənd yollarının yenidən qurulmasına böyük həcmlərdə maliyyə vəsaiti yönəldilib. Bölgələrdə büdcə vəsaitləri hesabına qurulan yollar regionlarda qeyri-neft iqtisadiyyatının, o cümlədən də kənd təsərrüfatının inkişafına güclü təkan verir.
Respublika üzrə yol təsərrüfatının yenilənməsinin digər bir mühüm istiqamətini paytaxt Bakıda və şəhərətrafı ərazilərdə reallaşdırılan layihələr təşkil edir. Son illərdəAzərbaycanın güclənməsini paytaxtımızın timsalında aydın şəkildə izləmək mümkündür - hamımızın qürur yeri olan Bakı meqapolis kimi inkişaf edir. Eyni zamanda, şəhərin gur inkişafı burada yol təsərrüfatının yenilənməsi, tıxaclar probleminin aradan qaldırılması üçün tədbirlər görülməsini qaçılmaz zərurətə çevirib. Bu reallıq nəzərə alınmaqla Bakının yol infrastrukturunun yenilənməsinə xüsusi yanaşma sərgilənir. Son 20 ildə Bakıda bir sıra irimiqyaslı yol layihələri həyata keçirilib. Hazırda Bakıda dünyanın bütün iri şəhərləri üçün xarakterik olan tıxac probleminin aradan qaldırılmasında son illərdə tikilən körpülər, tunellər, yeraltı və yerüstü keçidlər, yol qovşaqları mühüm rol oynayır. Hazırda müxtəlif istiqamətlərdə regionlardan gələn avtomobillər şəhərə daxil olmadan müvafiq marşrutlarla yollarını davam etdirirlər. Bu sırada, həmçinin Bakı-Sumqayıt şossesinin genişləndirilməsi layihəsinin də önəmini xüsusi qeyd edə bilərik. Hazırlanan yeni Baş Plana əsasən Sumqayıtla Bakını birləşdirəcək daha bir yolun çəkilməsi də nəzərdə tutulub.
20 ildə 20 min kilometr yol
Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamından sonra hər il 22 fevral avtomobil yolları işçilərinin peşə bayramı kimi qeyd olunur. Yol işçiləri özlərinin peşə bayramlarını yüksək göstəricilərlə qarşılayıblar. Agentliyin balansında ümumi istifadədə olan 17755 km uzunluqda avtomobil yolu var ki, bunun da 4538 km-i respublika əhəmiyyətli, 13217 km-i isə yerli əhəmiyyətli avtomobil yollarından ibarətdir. Son 20 ildə ölkə üzrə şəhər və kənd yollarının yenidən qurulması ilə bağlı statistika kifayət qədər zəngindir. Belə ki, bəhs olunan dövrdə ölkə ərazisində hər il təxminən min kilometr uzunluğunda avtomobil yolları tikilib və yaxud əsaslı şəkildə yenidən qurulub. Respublikamızda I texniki dərəcəli avtomobil yollarının uzunluğu artırılaraq 938 km-ə çatdırılıb. Bəhs olunan dövrdə ölkə ərazisində 499 körpü və yol ötürücüləri, həmçinin 114 yeraltı və yerüstü piyada keçidləri inşa olunub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Yeni Azərbaycan”a verilən məlumatda bildirilib ki, ümumilikdə, 2003-2023-cü illər ərzində ölkədə 6 782,6 km respublika əhəmiyyətli, 11 418,7 km yerli əhəmiyyətli, 2 454,4 km Bakı şəhər yolları və 47,9 km Sumqayıt şəhər yolları olmaqla 20 703,6 km uzunluğunda yeni yol tikilib, yenidən qurulub və yaxud təmir edilib.
Ötən il respublikamızda ilk ödənişli yol istifadəyə verildi. Bu, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoludur. Təməli 2017-ci ildə qoyulan ilk ödənişli yolun açılışı 2023-cü il oktyabrın 20-də Prezident İlham Əliyevin iştirakı ilə baş tutub. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq yeni avtomobil yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayaraq Rusiya sərhədinədək olan 150 kilometrlik hissəsi birinci texniki dərəcəyə uyğun inşa edilib.
Ölkəmizdə müxtəlif istiqamətlərdə yol infrastrukturunun yenilənməsi beynəlxalq reytinq agentlikləri tərəfindən də yüksək dəyərləndirilir. Bəhs olunan dövrdə yol təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş proqramlar çərçivəsində aparılan uğurlu islahatlar nəticəsində Azərbaycan yol infrastrukturunun keyfiyyəti reytinqində MDB dövlətləri arasında 1-ci yerdə, dünyanın 140 ölkəsi arasında isə 27-ci yerdə qərarlaşmağa müvəffəq olub.
Yeni yol layihələri
Respublikamızda yol layihələrinin icrası ara verilmədən fasiləsiz şəkildə davam etdirilir. 2023-cü il ərzində 881,7 kilometr uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub. Buraya respublika əhəmiyyətli 418,8 kilometr, yerli əhəmiyyətli 418,5 kilometr və 44,4 kilometr uzunluğunda Bakı şəhər yolları daxildir.
İl ərzində, həmçinin Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci kilometrində uzunluğu 45 metr, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 20,2-ci kilometrində uzunluğu 30 metr, Mərdəkan prospektinin Qala-Pirallahı avtomobil yolu ilə kəsişməsində uzunluğu 65,4 metr olan və Zuğulba prospektində uzunluğu 65 metr, Zığ-Hövsan avtomobil yolunun 1,8, 2,7 və 4,4-cü kilometrlərində (hər birinin uzunluğu 74 metr olan) 7 ədəd yerüstü piyada keçidinin tikintisi başa çatdırılaraq istifadəyə verilib.
Eyni zamanda, paytaxtın Xətai rayonunda “Ağ şəhər” layihəsi çərçivəsində yolların tikintisi (I mərhələ) və 8 Noyabr prospektində piyada körpüsünün tikintisi, Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması (Ağsu çayı ilə kəsişməsində yeni körpünün tikintisi ilə birlikdə) və piyada keçidlərinin tikintisi davam edib.
Hazırda çoxlu sayda layihənin icrası intensiv şəkildə həyata keçirilir. Bu sırada Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu da var. AAYDA-dan verilən məlumatda bildirilir ki, bu avtomobil yolunun yenidən qurulması 2025-ci ilin yazında tamamlanacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov bildirib ki, hazırda qeyd olunan layihə üzrə işlər davam etdirilir və gələn ilin mart ayına qədər yekunlaşdırılacaq. “Muğanlı dairəsindən Qəbələ istiqamətində olan dörd hərəkət zolaqlı yol istismara veriləcək”, - deyə Saleh Məmmədov qeyd edib.
Qarabağda və Şərqi Zəngəzurda salınan yollar
Müasir yol-nəqliyyat infrastrukturunun qurulması işğaldan azad edilmiş ərazilərdə də geniş vüsət alıb. Qurum rəsmisi bildirib ki, 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanda yol-nəqliyyat məsələləri ilə bağlı vəzifələri, hədəfləri də yeniləyib. Milli prioritetə çevrilən azad olunmuş torpaqlarımızın bərpası çərçivəsində icra olunan infrastruktur layihələrinin mühüm qismi Qarabağ və Şərqi Zəngəzurda avtomobil yollarının bərpasını əhatə edir və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi də bu işdə ilk gündən dövlət başçısının qarşıya qoyduğu vəzifələri vaxtında və keyfiyyətlə icra etmək üçün əzmlə çalışır. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına dair Tədbirlər Planında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-2026-cı illər ərzində ümumi uzunluğu 2 229 km təşkil edən 20 avtomobil yolu layihəsinin və Laçın rayonunda Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-partlama və torpaq işlərinin yerinə yetirilməsi nəzərdə tutulub. Prezident İlham Əliyevin şəxsi nəzarəti ilə həyata keçirilən bu yol infrastrukturu quruculuğu işləri müasir standartların tətbiqi ilə reallaşdırılır. Ötən il tikintisi aparılan uzunluğu 66,4 km təşkil edən 39 avtomobil tunelindən uzunluğu 47,9 km təşkil edən 18 ədədində (72,1 faiz) qazma işləri başa çatdırılıb. Həmçinin 2023-cü ildə ümumi uzunluğu 55,8 km olan Laçın şəhərinin küçə və yolları da asfalt-beton örtük tikilməklə bərpa olunub.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

