Enerji əməkdaşlığında yeni səhifə
24.02.2024 [10:30]
Hazırda kifayət qədər yüksək səviyyədə olan Azərbaycan-Türkiyə münasibətləri çoxtərəfli səciyyə daşıması ilə diqqəti cəlb edir. Qarşılıqlı maraqlar əsasında qurulan əlaqələr həyatın ən müxtəlif sahələrini əhatə edir. O cümlədən imzalanan yeni sənədlər və icrasına başlanan layihələr qarşılıqlı fəaliyyət sferalarının genişlənməsinə münbit zəmin formalaşdırır. Diqqəti çəkən məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycanın və Türkiyənin liderlərinin yüksək əzmi ilə reallaşdırılan enerji və nəqliyyat layihələri yalnız iki ölkənin mənafeyinə xidmət etmir, eyni zamanda bütün Avrasiya coğrafiyası üçün böyük əhəmiyyət daşıyır. Bu günlərdə Türkiyəyə uğurla baş tutan səfəri çərçivəsində mətbuata verdiyi Bəyanatında iki qardaş ölkənin həyata keçirdikləri layihələrin regional və qlobal önəmindən bəhs edən Prezident İlham Əliyev bizim birgə həyata keçirdiyimiz layihələrin kifayət qədər çox olduğunu deyib: “Nəqliyyat, enerji layihələri bizim sərhədlərimizdən kənarda da artıq önəmli rol oynayır. Enerji və nəqliyyat təhlükəsizliyi bu gün dünya gündəliyinin ön sıralarında olan mövzulardır”.
Genişlənən enerji əməkdaşlığı
Enerji sektorunda əməkdaşlıq iki ölkə arasında iqtisadi əlaqələrin mühüm qolunu təşkil edir. İndiyədək Azərbaycan və Türkiyənin birgə səyləri sayəsində bir neçə nəql marşrutunun yaradılması iki ölkə arasında enerji sektorunda fəal əməkdaşlığın çox mühüm göstəricisidir. Ötən əsrin 90-cı illərinin sonlarında Xəzər və Qara dənizləri birləşdirən Bakı-Supsa neft kəmərinin istifadəyə verilməsi enerji resurslarının nəql marşrutlarının şaxələndirilməsi baxımından çox mühüm əhəmiyyət daşıyan hadisə idi. Daha sonra 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan kəməri istifadəyə verildi. Bu gün Bakı-Tbilisi-Ceyhan Azərbaycan neftinin Avropa bazarlarına daşınması üçün əsas nəql marşrutudur. Əlamətdar haldır ki, hazırda Bakı-Tbilisi-Ceyhandan digər ölkələr də faydalanırlar.
2007-ci ildə Azərbaycan və Türkiyənin iştirakı ilə daha bir nəql marşrutu - Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara buraxılıb. Bakı-Tbilisi-Ərzurum istifadəyə verilsə də, “Şahdəniz” yatağının zəngin ehtiyatlarının Avropaya çatdırılması üçün daha böyük həcmli yeni dəhlizin yaradılmasına ehtiyac var idi. Yeni, daha böyük həcmli marşrut kimi yenə də qardaş Türkiyədən keçən Cənub Qaz Dəhlizi seçilib. Cənub Qaz Dəhlizinin ən mühüm seqmentlərindən birini Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) təşkil edir. TANAP kimi önəmli layihənin icrasına heç də asanlıqla nail olunmayıb. Başlanğıcda layihənin icrasına həm siyasi, həm də praktiki müstəvidə bir sıra əngəllər var idi. Belə olan halda qardaş ölkələr - Azərbaycan və Türkiyə bütün məsuliyyəti öz üzərlərinə götürüblər və həlledici qərarlar veriblər. Beləliklə, TANAP layihəsi ilə bağlı Azərbaycan ilə Türkiyə arasında anlaşma memorandumu 2011-ci il dekabrın 24-də, Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair saziş 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. Layihə üzrə yekun investisiya qərarı isə 2013-cü il dekabrın 17-də qəbul edilib. 2015-ci ildə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Qarsda keçirilən təməlqoyma mərasimindən sonra boru kəmərinin inşasına başlanılıb və bütün işlər nəzərdə tutulan vaxtda uğurla yekunlaşıb.
Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans Adriatik Qaz Boru Kəmərinin (TAP) inşası 2020-ci ilin dekabrında tamamlandı. 2021-ci ilin əvvəlindən başlayaraq Xəzərin Azərbaycan sektorundan çıxardılan mavi yanacaq Türkiyədən keçməklə Avropa ölkələrinə çatdırılır. 2023-cü ildə Azərbaycan bu marşrutla Avropa bazarlarına mavi yanacaq ixracının həcmini 12 milyard kubmetrədək artırıb. Perspektivdə isə bu həcmin iki dəfəyədək artırılacağı hədəflənir. Respublikamızdan qardaş Türkiyəyə mavi yanacaq ixracının həcminin artması da məmnunluq doğurur. “Keçən il Azərbaycandan Türkiyəyə 9 milyard kubmetr təbii qaz ixrac edilmişdir. Əldə edilmiş razılaşmalar əsasında qazın həcminin artırılması nəzərdə tutulur, o cümlədən Türkiyə ərazisindən Avropaya gedən təbii qaz qitənin bir çox ölkələri üçün önəmli enerji təhlükəsizliyi məsələsidir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Birgə reallaşdırılan İğdır-Naxçıvan qaz kəməri layihəsi
İki qardaş ölkə regional və qlobal əhəmiyyət daşıyan enerji əməkdaşlığını bundan sonra da genişləndirmək niyyətindədirlər. Yeni layihə ilə Azərbaycanla Türkiyənin enerji əməkdaşlığında növbəti səhifə açılıb. Söhbət 2023-cü il sentyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə təməli qoyulan İğdır-Naxçıvan qaz kəməri layihəsindən gedir.
İndiyədək blokada şəraitində qalan Naxçıvanın mavi yanacaq təminatı İran üzərindən reallaşdırılıb. Təməli qoyulan İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə imkan verməklə onun bir mənbədən asılılığını aradan qaldırmış olacaq. 2020-ci il dekabrın 15-də Ankarada Azərbaycan və Türkiyə arasında İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumu imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il 10 fevral tarixli Sərəncamına əsasən isə İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Layihə ötən il iyunun 5-də qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet layihələri sırasında yer alıb.
Boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək. Gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq mümkündür. Mətbuata verdiyi Bəyanatında layihənin önəminin böyük olduğunu bildirən Rəcəb Tayyib Ərdoğan vurğulayıb: “TANAP-ın imkanlarının artırılması, Xəzərin təbii qazının Türkiyəyə və Avropaya çatdırılması bu istiqamətdəki prioritetlərimiz arasındadır. Naxçıvana səfərim çərçivəsində təməlini qoyduğumuz İğdır-Naxçıvan təbii qaz boru kəməri layihəsi ilə enerji sahəsində əməkdaşlığımızı yeni bir səviyyəyə çatdırdığımızı da xatırlatmaq istəyirəm”.
Bakı-Tbilisi-Qarsın ötürücülük imkanları artırılır
Son vaxtlarda qlobal miqyasda müşahidə edilən geosiyasi gərginliklər, ələlxüsus da sonu görünməyən Rusiya-Ukrayna müharibəsi bütün dünya üzrə qarşıya yeni çağırışlar çıxarıb. Bu çağırışlar böyük coğrafiyanı əhatə edən Avrasiya regionunda nəqliyyat-logistika sahəsi üçün isə xüsusi aktuallıq daşıyır ki, bu da təsadüfi deyildir. Mövcud gərginliklər fonunda yükləri hansı ölkələrin üzərindən aşırmalı? Hansı marşrutlar daha təhlükəsizdir? Bu kimi suallar və əlbəttə ki, iqtisadi səmərəlilik, sərf olunan vaxt, qiymətlər kimi məsələlər hazırda daşıma şirkətlərinin və yük sahiblərinin, necə deyərlər, əsas qayğılarına çevrilib.
Belə heç də adi olmayan bir şəraitdə Azərbaycan və Türkiyədən keçən marşrutların, o cümlədən də Orta Dəhlizin cəlbediciliyi artıb və ölkələrimiz üçün yeni fürsətlər yaranıb. Azərbaycan və Türkiyə Şərq-Qərb və Orta Dəhliz marşrutları üzrə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda sıx əməkdaşlıq edir. Ölkələrimizdən keçən nəqliyyat dəhlizlərinin üstünlüyü ondan ibarətdir ki, bütün iştirakçı dövlətlər bu marşrutların funksionallığının artırılmasına güclü siyasi iradə nümayiş etdirirlər. Dəhliz boyunca yerləşən ölkələr arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq getdikcə genişlənir ki, bu da daşımalar, yüklərin cəlb edilməsi, logistika ilə bağlı məsələlərin uzlaşdırılmasına geniş imkanlar yaradır. Orta Dəhlizin funksionallığının artmasında yeni platformada birləşən Azərbaycan, Türkiyə, Gürcüstan və Mərkəzi Asiya dövlətləri mühüm rol oynayırlar. Dəhlizə daha çox həcmlərdə yüklərin cəlb olunması, həmçinin aşırma infrastrukturunun genişləndirilməsi ilə bağlı dövlətlərin hökumətləri ilə intensiv müzakirələr aparılır və koordinasiyalı fəaliyyət təmin olunur. Eyni zamanda infrastrukturun imkanlarının artırılması istiqamətində zəruri tədbirlər görülür. “Nəqliyyat ilə də eyni mənzərənin şahidiyik. Bakı-Tbilisi-Qars dəmir yolu yüklərin həcmini 1 milyon tondan 5 milyon tona çatdırmaq üçün bu ilin ortalarında tam istismara verilməlidir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

