Qarabağ və Şərqi Zəngəzur...
16.03.2024 [11:00]
Qeyri-neft iqtisadiyyatının yeni drayverləri
Elbrus CƏFƏRLİ
Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2023-cü ilə dairə fəaliyyəti haqqında hesabatının təqdimatında hökumətin qarşısında 2024-cü və gələcək illərdə duran əsas vəzifələr və çağırışların prioritetlərini açıqlayıb. Baş nazir bir çox milli hədəf prioritetlərini bəyan edib, əsas strateji çağırışlardan biri kimi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ölkə iqtisadiyyatına reinteqrasiyasının sürətləndirilməsindən ibarət olacağını vurğulayıb. Bu ssenariyə uyğun olaraq həmin bölgənin resurs mənbələrinin hərəkətə gətirilməsi və qeyri-neft iqtisadiyyatının inkişafında yeni drayverlərdən birinə çevrilməsi başlıca strateji hədəf olacaq.
Dövlət başçısının “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamı Qarabağ və Şərqi-Zəngəzurda iqtisadi resursların hərəkətə gətirilməsi, azad investisiya bölgəsinə çevrilməsi, sərmayə cəlbediciliyinin təmin edilməsi həmin məqsədlərə çatmaq üçün Yol xəritəsi hesab edilə bilər. Bu hədəfə uyğun olaraq, xarici investorların cəlb olunması üçün addımlar atılmaqdadır. Bölgənin investisiya cəlbediciliyinin artırılması, müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturunun yaradılması, innovativ texnologiyaların tətbiqi, sənaye potensialının reallaşdırılması, optimal güzəştlərin və stimullaşdırıcı mexanizmlərin təbiq olunmaqdadır. Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərə əsasən, 2023-cü il yanvarın 1-dən etibarən, bu ərazilərdə fəaliyyət göstərən sahibkarlar 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətinə mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad olunub ki, bu amil həmin bölgəyə xüsusi axınları sürətləndirməkdədir. Həmçinin investisiya və istehsal məqsədli avadanlıq və texnologiyalar gömrük rüsumundan azaddır. Eyni zamanda, bölgədə çalışan işçilər 2023-cü ildən etibarən sosial güzəştlərlə də əhatə olunub. Belə ki, “Sosial sığorta haqqında” Qanununa dəyişikliklər layihəsinə əsasən, 2023-cü ildən etibarən işğaldan azad edilmiş ərazilərdə qeyri-dövlət və qeyri-neft-qaz sektorunda çalışan şəxslərin aylıq gəlir və maaşları 10 il müddətində məcburi dövlət sosial sığorta haqlarından azad olunublar. Bu da bölgəyə marağın artmasında mühüm amillərdən biridir.
Millət vəkili onu da vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə işləyənlər üçün həm də birdəfəlik ödənişlər də verilir. “Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə dəyişikliklərə əsasən, işğaldan azad edilmiş ərazilərdə işləyən orta ixtisas və ali təhsili olan mütəxəssislər bu güzəşti əldə edirlər. Bütün bunlar bölgədə iş adamları üçün iqtisadi fəaliyyəti stimullaşdırır.
Hökumətin iqtisadi stimulları, eləcə də tətbiq edilən vergi-gömrük, sosial güzəştlər investorların sərmayə fəallığını artırıb və Türkiyə, İsrail, Rusiya və digər ölkələrə məxsus sahibkarlar bir neçə investisiya layihəsinin icrasına başlayıb. Türkiyə-Azərbaycan biznes təşəbbüskarlığını ən nümunəvi modeli olan “Dost Aqropark” layihəsi artıq öz müsbət nəticələrini verməkdədir.
Böyük sənaye və aqrar potensiala malik olan Qarabağ və Şərqi-Zəngəzurda, həmçinin müasir sənaye komplekslərinin yaradılması işləri start götürüb. Cəbrayılda yeni fəaliyyətə başlayan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında ilk xarici investorlar qeydə alınıb, “Kamaz” şirkəti artıq ilk investor kimi qeydiyyatdan keçib. Həmçinin Ağdam Sənaye Parkının təməli qoyulub. Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonlarının strateji coğrafi mövqeyi, digər bölgələrin qovuşuğunda yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları bu bölgənin gələcəkdə Azərbaycanın ən iri sənaye və iqtisadi güc mərkəzinə çevrilməsi imkanlarını genişləndirəcək. Burada inşa ediləcək müəssisələrdə tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib ki, bu da ölkə iqtisadiyyatına reinteqrasiyanı dərinləşdirəcək və Azərbaycanın gələcək yüksək iqtisadi inkişafına mühüm töhfə verəcək.
Hazırda Qarabağ və Şərqi-Zəngəzurda Türkiyə, Cənubi Koreya, İsrail, Macarıstan, İtaliya və digər ölkələrə məxsus şirkətlərin sərmayə planları təşviq edilir. Cənubi Koreyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi işğaldan azad olunmuş ərazilərimizdə “Yaşıl iqtisadiyyat” quruculuğunda iştirak etmək istəyir. “Yaşıl enerji” zonasına İtaliya, Cənubi Koreya, Türkiyənin də marağı böyükdür. Türkiyə şirkətləri Laçın və Kəlbəcər rayonlarında bərpa olunan enerji layihələrinin iqtisadi əsaslandırma planını hazırlayıb və külək elektrik stansiyalarının inşası başlanacaq. Yeri gəlmişkən, Türkiyə şirkətləri işğaldan azad edilmiş ərazilərdə artıq sərmayə proqramlarının icrasına başlayıbdır. Türkiyənin “Eti Bakır A.Ş.” şirkəti Qaşqaçay filiz yatağında, “Artvin Maden A.Ş.” şirkəti Elbəydaş və Ağduzdağ filiz yataqlarında neçə aydır ki, fəaliyyət göstərir. Beləliklə, işğaldan azad edilmiş ərazilər iqtisadi güc mənbəyi kimi ölkə iqtisadiyyatında əlavə dəyərin yaradılmasında xüsusi rola malik olacaq. Həmçinin bu ərazilərdə daha iki beynəlxalq aeroportun, ölkəmiz üçün həm strateji, həm də iqtisadi əhəmiyyətə malik olan və Zəngəzur dəhlizinin istifadəyə verilməsi güclü turizm və tranzit potensiallarını da artıracaq.
Azərbaycanın yeni iqtisadi gündəliyində qeyri-neft enerji mənbələrinin istehsalı və tranzitinin səfərbər olunması, “yaşıl iqtisadiyyat” və “yaşıl enerji” konseptlərinin geniş təşviqidir. Bu strateji xəttə əsasən, azad edilmiş ərazilərdə ekoloji təmiz və iqtisadi cəhətdən səmərəli bərpa olunan enerji mənbələrindən istifadə genişləndirilməklə “yaşıl enerji zonası” konsepsiyası tətbiq edilməkdədir. Nəticədə bu bölgə həm də alternativ enerjinin Avropaya nəqlində də tarnzit qovşaqlardından birinə çevriləcək.
Beləliklə, bölgədə icra edilən iri investisiya proqramları azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyasını təmin etməklə ölkə üzrə yaradılan əlavə dəyərin təxminən 20-25 faizinin formalaşmasına səbəb olacaq. Bu isə qeyri-neft sektorunda məhsul buraxlışının nominal dəyərə ifadəsi ilə illik ən azı 10 milyard dollara çatmasını təmin edəcək. Nəticədə hökumətin hədəf seçdiyi əsas prioritetin - Qarabağ və Şərqi Zəngəzurun qeyri-neft iqtisadiyyatının inkişafında yeni drayverlərdən birinə çevrilməsini yaxın illərdə gerçəkləşdirmiş olacaq.
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47

