Vaxta qənaət, şəffaflığa zəmanət...
02.04.2024 [11:15]
Nağdsız ödənişlərin həcmi artıb
2023-cü il ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 48 978 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 39 115 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 9 784 milyon manatı POS-terminallar, 70.7 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşib. Ümumilikdə, ötən il ölkədaxili nağdsız ödənişlərin həcmi əvvəlki illə müqayisədə 2 dəfə, elektron ticarətin həcmi 2.1 dəfə, POS-terminallarla ödənişin həcmi isə 68.6% artıb. Belə ki, 2022-ci ildə kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 24 170.5 milyon manat, elektron ticarətin həcmi 18 333 milyon manat, POS-terminallarla ödənişin həcmi isə 5 801 milyon manat təşkil edib. 2024-cü il yanvar ayının 1-nə banklar və “Azərpoçt” MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki illə müqayisədə 24.2% artaraq 16 milyon 925 min ədəd təşkil edib.
Nağdsız ödənişlərin miqyasının artmasına bir neçə fundamental amil təsir göstərib. Birincisi, dövlətin hüquqi-iqtisadi təminatları yaratması, qanunvericlikdə nağdsız ödənişlərin dövriyyəsinin artırılmasını təşviq edən motivasiyaedici vasitələrə geniş yer verməsi mühüm rol oynayıb. Belə ki, Vergi Məcəlləsinə, “Nağdsız Hesablaşmlar haqqında” Qanuna dəyişikliklər. “Rəqəmsal ödənişlərin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi və digər qanunvericlik aktlarına müvafiq dəyişikliklər edilməsi elektron ödənişlərin dövriyyəsini böyüdüb. 2022-2023-cü illərdə əqəmsal ödənişlər arxitekturasının daha da genişləndirilməsi, “Nağdsız hesablaşmalar haqqında” qanuna yeni dəyişikliklərin qüvvəyə minməsi də bütün sektorlarda yığımların nağdszılşamasına stimul verib.
İkinci amil hökumətin nağdsız ödənişlərin rahat və asan aparılması üçün zəruri infrastrukturlar yaratmasıdır. Hökumət Ödənişləri Portalı, banklar tərəfindən təmin edilmiş elektron ödəmə vasitələrinin istifadəyə verilməsi, internet üzərindən qeyri-nağd kanalların tətbiqinin genişlənməsi kommunal xərclərdən tutmuş, ticarət və digər bütün əməliyyatların nağdsız qatdada aparılmasını təmin edib. Eləcə də, çoxfunksiyalı “ASAN ödəniş” sistemi cərimə, kommunal xidmət və digər ödənişləri qısa zamanda, təhlükəsiz və rahat şəkildə həyata keçirmək imkanı yaradır. Həmçinin ölkə daxilində geniş ərazini əhatə edən “ASAN ödəniş” terminalları, nağdsız ödəmə vasitələri e-ödənişlərin maneəsiz həyata keçirilməsini təmin edir.
Üçüncü amil, hökumətin təşviqedici və ya motivasiya xarakterli layihələridir. Bu istiqamətdə ən uğurlu layihələrdən biri kimi “ƏDV geri al” təşviqini xüsusi qeyd etmək lazımdır. Ən böyük innovativ “ƏDV geri al” layihəsi çərçivəsində 1 milyarddan çox kassa çeki üzrə istehlakçılara yarım milyard manatdan artıq vəsait qaytarılıb. Bu isə sözsüz ki, iqtisadiyyatın “ağardılması”na, eyni zamanda, nizam-intizamın, vergi mədəniyyətinin formalaşmasına xidmət edir. Nəticədə bu təşviqedici kampaniya başlıca məqsəd olan nağdsız dövriyyələrin böyüməsində də əhəmiyyətli rol oyamaqdadır.
Maraqldır ki, nağdsız dövriyyələrin böyüməsində mobil təbiq də xüsusi əhəmiyyət daşıyır və hazırda POS-terminallar vasitəsilə həyata keçirilən hər 4 nağdsız ödənişdən 1-i məhz “ApplePay” və ya “GooglePay” həlli vasitəsilə icra olunur. Məsələn, ötən il istifadəçilər tərəfindən “ApplePay” həlli vasitəsilə ümumi həcmi 1,9 milyard manat ekvivalentində olan 67,5 milyon ödəniş, “GooglePay” həlli vasitəsilə isə ümumi həcmi 813,2 milyon manat ekvivalentində 39,6 milyon ödəniş həyata keçirilib ki, bu da son 5 ildə 10 dəfəyə yaxın böyümə deməkdir.
Başqa bir amil isə ticarət və xidmət sektoirlarında yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) quraşdırılmasıdır. Son 4 ildə bu cihazlraın quraşdırılması vergi ödənişlərinin qeyri-nağd qaydada həyata keçirilməsində və şəffaflığın təmin edilməsində mühüm rol oynayıb və illər üzrə nağdsız dövriyyə böyüyüb. Hazırda ölkə üzrə ticarət, xidmət və iaşə sektorunda sayı 100 minə çatıb.
Nağdsız ödənişlərin artması iqtisadiyya üçün hansı müsbət nəticələrə səbəb olub? Nağdsız hesablaşmaların iqtisadi dövriyyədə xüsusi çəkisinin artması biznes əməliyyatlarının şəffaflaşmasını və dövlət gəlirlərinin artmasını şərtləndirir ki, bu da nəticə etibarilə büdcənin maliyyə imkanlarını artırır. Məhz qeyri-nağd ödəmələrin stimullaşdırılması sayəsində qeyri-neft-qaz sektorundan daxilolmalar da yüksəlib və 6,5 milyard manata yaxınlaşıb.
Nağdsız və ya elektron ödənişlərin vətəndaşlar üçün faydasına gəldikdə, bu layihələr əhaliyə vaxta qənaət imkanı yaradır, nağd pul daşınmasının yaratdığı təhlükələrdən qoruyur, ticarət və xidmət obyeklərinə də saxta pullarla hesablaşmaların qarşısını alır. Eyni zamanda, vətəndaşların dövlət qurumlarına ödədiyi müxtəlif xidmət haqlarının hesabatlılığını təmin edir, şəffaflığa zəmanət verir.
Ümumilikdə, dövlətin genişşaxəli nağdsız iqtisadiyyat və rəqəmsal cəmiyyət quruculuğu istiqamətində atdığı addımlar öz töhfəsini verməklə, iqtisadiyyatın şəffaflaşması və qeyri-neft yığımlarının həcminin böyüməsi baxımından hədəf prioritetlərə çatmağa nail olunduğunu göstərir.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17

