Qlobal və regional dinamika...
23.04.2024 [10:45]
Azərbaycan və Çin münasibətləri yenidən qiymətləndirilir
Y.BAYRAMOVA
Dünən Bakıda “Azərbaycan-Çin münasibətlərinin yenidən qiymətləndirilməsi: İrəliyə doğru yol” mövzusunda konfrans keçirilib. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən konfrans öz işini bölmə iclaslarla davam etdirib.
“Qlobal və regional dinamika: Azərbaycan və Çindən baxış” adlı panelə moderatorluq edən ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun Siyasi araşdırmalar, təhlil və nəşrlər üzrə direktoru Damyaan Krnyeviç Miskoviç Azərbaycanın mövqeyinin Amerikaya nisbətən Çinin mövqeyi ilə daha yaxın olduğunu deyib: “Azərbaycan və Çinin mövqeyi ondan ibarətdir ki, kənar qüvvələr ölkənin daxili işlərinə müdaxilə etməməlidirlər. Hər iki dövlətin əlaqələrində suverenlik və dövlətçilik prinsipləri əsas götürülür”.
Tarixi ənənələrə əsaslanan əlaqələr...
Milli Məclisin deputatı, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Soltan Məmmədov isə bildirib ki, iki ölkə arasında iqtisadi və siyasi sahədə əlaqələr prioritet təşkil edir. Deputat ölkələrimiz arasındakı mədəni əlaqələrdən də söz açıb: “Sirr deyil ki, iki ölkə arasında münasibətlərin güclənməsində mədəni əlaqələrin rolu böyükdür. Bu əlaqələr tarixi ənənələrə əsaslanır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Çinlə əlaqələrə mühüm yer verilib. Azərbaycan hər zaman Çin məsələsində vahid mövqe ifadə edib, bütün platformalarda Çinin ərazi bütövlüyünü tanıyıb. Ölkəmiz Çinin “Bir kəmər, bir yol” layihəsini dəstəkləyir. Orta Dəhliz bir sıra ölkələrin diqqətini cəlb edib”.
Deputat, həmçinin Heydər Əliyev Fondunun ölkələrimiz arasında əlaqələrin dərinləşməsinə töhfə verdiyini vurğulayıb. O, Fondun dəstəyi ilə həyata keçirilən tədbirlərdən, pandemiya dövründə Çinin Azərbaycana verdiyi dəstəkdən də danışıb.
Sabitlik vəd edən dostluq münasibətləri...
Çin Sosial Elmlər Akademiyası Rusiya Şərqi Avropa və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun direktoru Sun Cuanqcı Azərbaycanın dünyada sabit ölkələrdən biri olduğunu deyib: “Çin tərəfi qarşılıqlı əməkdaşlığı hər zaman dəstəkləyir. Bəzi ölkələr dünya üçün təhlükə yaradır. Çin-Azərbaycan dostluq münasibətləri isə sabitlik vəd edir və dayanmadan inkişafdadır. “Bir kəmər, bir yol” layihəsi yüksək bir mərhələyə çatıb. İki ölkənin inkişafına töhfə verən digər layihələrin də sayı artacaq”.
Ümumbəşəri dəyərlərə sadiqlik...
Milli Məclisin deputatı, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elşad Mirbəşiroğlu dünya iqtisadiyyatının 20 faizini Çin iqtisadiyyatının təşkil etdiyini vurğulayıb: “Bu göstərici dünya iqtisadiyyatına geosiyasi təsir imkanlarının olması deməkdir. Dünya iqtisadiyyatında Çinin rolu həlledicidir. Çin ümumbəşəri dəyərlərə sadiqlik nümayiş etdirir. Bu gün Azərbaycan da dünyada etibarlı tərəfdaş kimi qəbul olunur. Ölkəmizin nəqliyyat-logistika imkanları hər zaman dəyərləndirilir. Azərbaycanla Çin arasında yeni istiqamət kimi bərpaolunan enerji mənbələrinin yaradılması həm Çinin, həm də Azərbaycanın maraqlarına cavab verir”.
İnvestisiya sahəsində böyük nailiyyətlər əldə edilib
Daha sonra ölkəmizdə qonaq olan Çin Beynəlxalq Araşdırmalar İnstitutunun Avropa-Mərkəzi Asiya Tədqiqatları Departamentinin direktoru Li Çiquo Qarabağın işğaldan azad edilməsini sevindirici hal kimi qiymətləndirib. O, bildirib ki, Ermənistan da artıq Qarabağın Azərbaycana məxsus olduğunu təsdiqləyir. “İstənilən layihənin başlanmasında Çinin böyük rolu var. Cənubi Qafqaz ölkələrinin hər birinin Çinlə əlaqələri mövcuddur. Çin-Azərbaycan münasibətlərinə bir neçə istiqamətdən baxmaq lazımdır. Çin şirkətləri investisiya sahəsində böyük nailiyyətlər əldə edib, yatırım məsələsində Avropanı keçib. Ümid edirəm ki, Azərbaycan Hökuməti bizimlə əlaqələri dayanmadan inkişaf etdirəcək”.
Çin Türk Dövlətləri Təşkilatına önəm verir
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev Azərbaycanın proaktiv siyasət həyata keçirdiyini qeyd edib. O, Türk Dövlətləri Təşkilatının (TDT) əhəmiyyətindən danışıb, torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycanın xarici siyasətində TDT-nin mühüm istiqamətlərdən birinə çevrildiyini diqqətə çatdırıb: “Çin də bu təşkilata böyük önəm verir. TDT regional problemlərin həlli baxımından mühüm rola malik ola bilər. Çünki Çin də Orta Dəhliz vasitəsilə daşımaları dəstəkləyir”.
“Yaşıl” əməkdaşlıq əlaqələri genişləndirilməlidir...
Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun Rusiya və Mərkəzi Asiya Araşdırmaları Mərkəzinin direktoru Çianq Siaoyun qeyd edib ki, hazırda beynəlxalq siyasətdə böyük dəyişikliklər baş verməkdədir: “Mürəkkəb beynəlxalq vəziyyətlər yeni nəzəriyyələr ortaya çıxarır. Bəzi ölkələrin fikirləri və düşüncələri fərqlidir. Azərbaycan və Çin bir sıra beynəlxalq layihələrin iştirakçısıdır. Biz inkişaf üçün əlimizdən gələni etməliyik. Daşınma və ya logistika, “yaşıl” əməkdaşlıq sahəsində əlaqələrimiz daha da genişləndirilməlidir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50

