İki vacib görüş...
04.07.2024 [10:24]
Ölkəmiz dinlərarası dialoqa töhfə verir
Yeganə BAYRAMOVA
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyulun 2-də Müqəddəs Taxt-Tacın rəsmi mətbuat qurumu olan “L’Osservatore Romano” qəzetinin jurnalisti Rossella Fabiani ilə görüşüb. Dövlət Komitəsinin sədri qonağa Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətin din siyasətinin prioritet istiqamətinə çevrilən tolerantlıq mühitinin qorunması və təbliği üçün həyata keçirilən tədbirlər haqqında danışıb.
R.Məmmədov qeyd edib ki, hazırda dinlərarası dialoqa töhfə verən Azərbaycanda müxtəlif dini icmaların hüquqları təmin olunmaqla yanaşı, onlara xüsusi diqqət və qayğı göstərilir. Bu yanaşmanı müxtəlif dinlərə aid tarixi-dini abidələrin bərpası və müvafiq istiqamətdə təşkil edilən beynəlxalq konfran?lara münasibətdə görmək mümkündür.
Bəşəri dəyərlərə verilən önəm...
Görüş zamanı Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bir sıra məscid və ziyarətgahlarla yanaşı, xristian və yəhudi abidələrinin bərpasına göstərdiyi dəstəyi vurğulayan R. Məmmədov bunun bəşəri dəyərlərə verilən önəmin təzahürü olduğunu deyib.
R.Fabiani səfəri çərçivəsində Quba, Qəbələ, Oğuz, Şəki, Ağdərə, Xocavənd, Kəlbəcər, Laçın rayonları, həmçinin Şuşa şəhərindəki kilsə, sinaqoq və Azərbaycanın qədim Xristian irsi olan Alban abidələrini ziyarət edib. Qonaq Qəbələ rayonunun Nic qəsəbəsindəki Alban-Udi Xristian dini icması, eləcə də qəsəbədə yerləşən “Müqəddəs Məryəm Ana”, Müqəddəs Yelisey (Cotari) kilsələri ilə tanış olub, Alban Xristian irsi barədə ətraflı məlumat alıb.
“Qarşılıqlı etimad mühitinin şahidi oldum”
Rossella Fabiani Komitə sədri R.Məmmədovla görüşü zamanı ölkəmizə gəlişi haqqında fikirlərini bölüşüb. R.Fabiani səfərin onda Azərbaycan haqqında, ölkəmizin zəngin dini-mədəni irsi barədə daha dolğun təəssürat yaratdığını, xüsusilə Alban xristian abidələrinin tarixini öyrənməyə geniş imkanlar verdiyini qeyd edib. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma, quruculuq işlərinin əhəmiyyətinə toxunan qonaq qayıdış prosesinin uğurla icra edilməsini yüksək qiymətləndirib. O, səfəri zamanı canlı şahidi olduğu Azərbaycandakı birgəyaşayış, qarşılıqlı etimad mühitinin dünyada nadir nümunələrdən birini təşkil etdiyini bildirib.
Vatikanla münasibətlərin inkişafında yeni töhfə
Ötən gün isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskal Yakabone ilə görüşüb. Görüşdə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun Vatikandakı müvafiq qurumlarla əlaqələrinin yaradılması, təcrübə mübadiləsi və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Eyni zamanda, Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının ekspertləri və Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov iştirak ediblər.
Komitədən verilən məlumata görə, görüş zamanı qarşılıqlı əməkdaşlığın əhəmiyyətinə toxunan Dövlət Komitəsinin sədri Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Vatikana rəsmi səfərlərinin münasibətlərin inkişafına yeni töhfələr verdiyini bildirib.
Ölkəmiz bu missiyanı uğurla yerinə yetirir...
Görüş zamanı ikitərəfli əlaqələrin dərinləşməsində Heydər Əliyev Fondunun xüsusi xidmətlərinin olduğunu vurğulayan R.Məmmədov qeyd edib ki, Fond nəinki Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda müxtəlif maddi-mədəniyyət abidələrinin qorunması, bərpası və yenidən qurulması kimi mühüm missiyanı uğurla yerinə yetirir.
Eyni zamanda, dinlərarası dialoqun genişlənməsi istiqamətində aparılan məqsədyönlü dövlət siyasətinə diqqət çəkən Dövlət Komitəsinin sədri bunun tarixən Azərbaycanda mövcud olan multikultural və tolerant mühiti daha da möhkəmləndirdiyini deyib. Dünyada dini ekstremizmin və münaqişələrin mövcud olduğu bir dövrdə Azərbaycanın tolerantlıq modelinin öz effektivliyini bir daha sübut etdiyini söyləyib.
Azərbaycandakı birgəyaşayış nümunəsi
Daha sonra Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskal Yakabone Azərbaycanın Müqəddəs Tax-Tacla yaxından əməkdaşlıq etməsinin təqdirəlayiq hal olduğunu bildirib. O, Azərbaycanın təqdim etdiyi tolerantlıq və birgəyaşayış nümunəsinin önəmini vurğulayıb. Həmçinin, Heydər Əliyev Fondunun bəşəri missiyasına toxunan qonaq Azərbaycanda dini və mədəni müxtəlifliyin qorunması üçün yaradılan şəraiti yüksək qiymətləndirib.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20

