Qayğı iqtisadiyyatında qadınların rolu
09.07.2024 [10:38]
Mərakeşdə mühüm konfrans...
Yeganə BAYRAMOVA
Bu yaxınlarda Mərakeş Krallığının paytaxtı Rabat şəhərində ölkəmizdə gender fər?lərinin aradan qaldırılması istiqamətində görülən işlərlə bağlı I Beynəlxalq Konfrans keçirilib. Konfransın mövzusu “Qayğı iqtisadiyyatı və sosial müdafiə: Qadınların səlahiyyətləndirilməsi, iş imkanları və rifahının təmin edilməsinin əsasları” adlanır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, konfrans zamanı “Qayğı iqtisadiyyatında qadınların gücləndirilməsi, ailənin möhkəmliyi və rifahının artırılması” mövzusunda müzakirələr aparılıb. Təşkil olunan yüksək səviyyəli plenarda çıxış edən komitə sədri Bahar Muradova iki ölkə arasında bir çox istiqamətlərdə, o cümlədən ailə və sosial məsələlər sahəsində əməkdaşlığın intensivləşdiyini bildirib. Komitə sədri qeyd edib ki, bu əlaqələrin möhkəmləndirilməsi və şaxələndirilməsi üçün səylər artırılır.
“Qadın qolu”nun yaradılması...
B.Muradova ötən il Qoşulmama Hərəkatına üzv dövlətlərin sosial sahəyə məsul nazirlərinin Bakıda keçirilən konfransına diqqət çəkib. O, Azərbaycanın təşəbbüsü ilə təşkilatın “Qadın qolu”nun yaradılması barədə bəyannamənin qəbul olunduğunu qeyd edib.
Bundan başqa, komitə sədri qayğı iqtisadiyyatının sosial müdafiə çərçivəsində inteqrasiya olunmasının daha inklüziv və ədalətli bir cəmiyyət qurmaq üçün şərait yaradılmasının əhəmiyyətindən bəhs edib. B.Muradova belə şəraitin yaradılması nəticəsində ehtiyacı olan insanların daha yaxşı və əlçatan xidmətlərə malik olması, həmçinin qadınların səlahiyyətləndirilməsi üçün böyük potensial yarandığını deyib.
Məşğulluq sahəsində gender fərqi...
B.Muradova vurğulayıb ki, hazırkı dönəmdə qazanılmış tarixi Qələbədən sonra regionda sülh yaratmağa çalışan Azərbaycanda sosial-iqtisadi siyasətin əsas prioritetlərindən biri də məhz işğaldan azad olunmuş ərazilərə qısa zamanda daha çox əhalini qaytarmaq, onların təhlükəsiz yaşamına və məşğulluğunun təmin edilməsinə nail olmaqdır. Komitə sədri ölkəmizdə müvafiq sahədə qəbul edilən normativ-hüquqi aktlara və qanunvericiliyə edilən dəyişikliklərə diqqət çəkib. O, qeyd edib ki, məşğulluq sahəsində gender fərqinin aradan qaldırılması və iqtisadi bacarıqlarının artırılması məqsədilə müvafiq dəstək proqramları həyata keçirilir.
Qadınlara bəzi müavinətlər nəzərdə tutulub
B.Muradova eyni zamanda “Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi çərçivəsində qəbul olunmuş “2022-2026-cı illərdə sosial iqtisadi inkişaf Strategiyası” barədə məlumat verib. O, sözügedən sənəd çərçivəsində həyata keçirilməsi hədəflənən işlər barədə danışıb. Qeyd olunub ki, bu istiqamətdə həyata keçirilməsi planlaşdırılan əsas hədəflərdən biri sosial ödənişlərin ünvanlı və aztəminatlı ailələr üçün yönəldilməsidir. Komitə sədri bu məqsədlə milli qanunvericilikdə qadınlar üçün bir sıra sosial müavinətlərin nəzərdə tutulduğunu vurğulayıb.
Ən mühüm vəzifələrimizdən biri...
Bundan başqa, komitə sədri bildirib ki, qarşıda duran ən mühüm vəzifələrdən biri də ölkəmizdə ailə institutunun möhkəmləndirilməsi, ailə dəyərlərinin qorunmasıdır. B.Muradova diqqətə çatdırıb ki, ölkələrimizdə hərtərəfli qayğı iqtisadiyyatının inkişafını gücləndirmək, ailələrimizin möhkəmliyini qoruyub saxlamaq və bu əsasda qadınlarımızın güclənməsinə nail olmaq üçün yaşıl iqtisadiyyatın inkişafına və ekoloji mühitin sağlamlığının qorunub saxlanılmasına da ciddi formada çalışmalıyıq.
COP29-un bu il Azərbaycanda keçiriləcəyini xatırladan komitə sədri bu məqsədlə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini söyləyib. Eyni zamanda, qəbul edilmiş fəaliyyət planı üzrə bir çox layihələrin icra olunduğunu diqqətə çatdırıb.
Qarşılıqlı təcrübə mübadiləsi töhfə verəcək
Sonda B.Muradova yüksək səviyyəli tərəflər konfransı çərçivəsində qadınların gücləndirilməsi və ailələrin rifahının yaxşılaşdırılması istiqamətində mövzuların müzakirəsinin mühüm dəyişikliklərlə nəticələnəcəyini bildirib. Həmçinin qarşılıqlı təcrübə mübadiləsinin ölkələrimizdə sosial müdafiə sisteminin gücləndirilməsi və bərabər imkanlar şəraitində bərabərliyi təmin etmək sahəsindəki işə böyük töhfə verəcəyinə inamını ifadə edib.
Daha sonra digər çıxışlar dinlənilib və konfrans panel sessiyalarla davam edib. Qeyd edək ki, konfransa 20-yə yaxın ölkəni təmsil edən aidiyyəti nazir və qurum rəhbərləri də daxil olmaqla, 900-ə yaxın iştirakçı qatılıb.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12

