Vətənpərvərlik!
24.07.2024 [10:42]
Ailədən başlayıb məktəbdə formalaşan tərbiyə...
Azərbaycan gəncləri vətənpərvərdirlər. Bunu dəfələrlə öz əməlləri ilə sübut ediblər. Gənclər hərbi vətənpərvərliyi ilk öncə ailədə, valideynlərindən öyrənirlər. İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Məlumdur ki, bu gün müasir gənclərin vətənpərvər ruhda yetişməsi üçün təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşür. Lakin vətənpərvərlik təkcə Vətəni sevmək deyil. Vətənpərvərlik həm də Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir sevincinə, hər bir uğuruna sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir, artır.
Vətənpərvərlik tərbiyəsinin əsası məktəblərdə qoyulur
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən təhsil üzrə ekspert Elşən Qafarov bildirib ki, vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən biri olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindən olmalıdır. Onun sözlərinə görə, müasir dövrdə təhsilin qarşısında qoyulmuş fəal vətəndaşlar yetişdirmək vəzifəsi də məhz sistemli, ardıcıl aparılan vətənpərvərlik tərbiyəsinin nəticəsində reallaşdırılır: “Məlumdur ki, təlim-tərbiyə işinin bütün sahələrində, istiqamətlərində olduğu kimi, vətənpərvərlik tərbiyəsinin də əsası məktəblərdə qoyulur və sonrakı təlim pillələrində daha da inkişaf etdirilir. Bu mənada, böyüməkdə olan nəslin vətənpərvərlik tərbiyəsində orta məktəb müəllimlərinin üzərinə böyük məsuliyyət düşür. Onlar məktəbə qədəm qoyan körpə fidanların qəlbində elə ilk günlərdən Vətənə məhəbbət aşılamağa, onu güclü vətənpərvərlik hissinə çevirməyə çalışırlar”.
Azərbaycan gəncliyi öz sözünü dedi...
Ekspert qeyd edib ki, torpaqlarımız 30 ilə yaxın düşmənin işğalı altında qaldı, lakin Azərbaycan gəncliyi bununla barışmadı: “Dövlətimiz bu işğalın aradan qaldırılması üçün sülh yolunu illərlə təklif etdi, qan tökülməməsi üçün danışıqlar apardı. Amma qarşı tərəfin buna məhəl qoymaması, danışıqlara deyil, təxribatlara üstünlük verməsi fonunda 27 sentyabr 2020-ci il tarixində başlayan, 44 gün davam edən müharibədə Prezident İlham Əliyevin siyasi iradəsi, Ordumuzun rəşadəti ilə Azərbaycan gəncliyi öz sözünü dedi.
Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlər zamanı gənclərimizin igidliyi barədə illər, onilliklər boyu yazılsa da bitib-tükənən deyil. Xüsusilə, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın işğaldan azad edilməsi igidliyin, cəsurluğun ən pik nöqtəsi hesab olunur. Vəzir Orucovun, Mübariz İbrahimovun, general Polad Həşimovun qəhrəmanlıq, döyüş şücaətini nümunə göstərə bilərik. Bu qəhrəmanlıq hər bir Azərbaycan gəncinin qanında və irsindədir.
Ordu dövlətin müstəqiliyini, suverenliyini və ərazi bötövlüyünün qorunmasının təminatçısıdır. Ordunun tərkib hissəsinin böyük bir qismi
gənclərdən ibarətdir. Müharibə dövründə Prezident İlham Əliyevin gənclərə müraciəti Azərbaycan gənclərinin üzərinə düşən məsuliyyət idi. Bu çağırışdan sonra gənclərin Vətənin müdafiəsinə könüllü olaraq qoşulması, xüsusilə ölkə xaricində yaşayan gənclərin də bu çağırışa səs verməsi tarixi qələbənin ilk qığılcımları oldu. 44 günlük müharibədə şücaət göstərərək Azərbaycanın işğal altında olan torpaqlarının işğaldan azad edilməsi Azərbaycan gəncliyinin vətənpərvər ruhda tərbiyə almasının əyani göstəricisi oldu”.
Təşkilatların rolu danılmazdır...
E.Qafarovun sözlərinə görə, hazırda gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin artırılmasında ölkədə fəaliyyət göstərən
gənclər təşkilatlarının rolu danılmazdır: “Gənclər təşkilatı gənclər siyasətinin strateji bölməsidir ki, onun da əsası Heydər Əliyev tərəfindən 1994-cü ildə qoyulub. Məhz bundan sonra gənclərlə bağlı həyata keçirilən bütün islahatların birində milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi məsələsi hər zaman prioritet olub. Hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən bu siyasət gənclərin milli şüuru və vətənpərvərlik hissinin formalaşmasında əvəzsiz rol oynayır”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 17:25
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35

