Yeni hesabat dərc olunub
27.07.2024 [10:30]
Azərbaycan mobil internetə qoşulma üzrə...
İnformasiya-kommunikasiya texnologiyaları dövrün ən başlıca tələblərindən biri, bəlkə də birincisidir. Bu gün demək olar ki, bütün sahələrdə yeni nəsil texnologiyaların xidmətindən istifadə edilir. Dövlət strukturları, vətəndaş cəmiyyəti institutları, iqtisadi və sosial sahələr, elm və təhsil, mədəniyyət və digər sahələr informasiya-kommunikasiya texnologiylarının təsir dairəsindədir. Hazırda demək olar ki, hər kəs internet istifadəçisidir. İnternet hər kəsə informasiyaya rahat çıxış imkanı yaradır və indiki dövrdə demək olar ki, əlçatmaz informasiya yoxdur. Bu, yeni dövrün reallıqlarıdır.
Azərbaycanda da İKT-nın inkişafına ciddi diqqət yetilir. Təbii ki, bu sahədə hələ də həllini gözləyən məsələlər var. Nəzərə almaq vacibdir ki, 20-ci əsrin sonlardan başlayaraq informasiya və kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən biri olub. Dünya ilə ayaqlaşmaq üçün bu sahənin inkişaf etidirilməsi zəruridir. Ona görə də bu sahədə mühüm işlərin görülməsi üçün dövlətimiz lazım olan bütün tədbirləri görməkdədir.
Ölkəmizdə internet azadlığı təmin olunur...
Bu gün İKT sahəsində əsas məqsəd beynəlxalq standartlara cavab verəcək inkişafa nail olmaqdır. Bu, özündə İKT-nin tətbiqi və elektron xidmətlər, həmçinin informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin genişləndirilməsini ehtiva edir. Sevindirici haldır ki, informasiyanın əldə olunması, informasiya azadlığı, məlumatların maneəsiz olaraq yayılması imkanları ölkəmizdə ən yüksək səviyyədə təmin olunur. Ölkədə informasiya, internet azadlığının təmin olunması ilə bağlı çox mühüm işlər həyata keçirilir.
Beynəlxalq göstəricilərdə irəliləyirik...
Bundan başqa, bu günlərdə GSMA 2023-cü il üçün “Mobile Connectivity Index” hesabatını dərc edib. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib. Sənəd 173 ölkə üzrə dünya əhalisinin 99%-nin mobil internetə qoşulması üzrə göstəriciləri əhatə edir.
Hesabata görə, ölkəmiz ötən il mobil internetə qoşulma üzrə 69,33 indeks xalı toplayıb. Bu da 2022-ci illə müqayisədə artım deməkdir.
Yanlışlıq aradan qaldırıldı...
Həmçinin müəyyən edilib ki, qurum tərəfindən 2022-ci il üzrə Azərbaycanla bağlı göstəricilərin hesablanmasında yanlışlığa yol verilib. Nəticədə həmin il üçün ölkəmizin indeks xalı 61,2 müəyyən edilib.
İnformasiya-Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) rəsmi müraciəti əsasında hesablamalar yenidən aparılaraq yanlışlıq aradan qaldırılıb. Beləliklə, Azərbaycanın 2022-ci il üzrə nəticələri 66,63 xala yüksəldilib.
Eyni zamanda, 2023-cü ilin göstəricilərinə görə, Azərbaycan “Mobile Connectivity Index” üzrə “Keçid” (Transitioner) qrupundan, “İnkişaf etmiş” (Advanced) qrupuna daxil edilib.
Yeni provayderlər uçota alındı
Bu günlərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya-Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ümumilikdə 6 yeni telekommunikasiya operator və provayderini uçota alıb. Bu barədə İKTA-dan bildirilib.
Belə ki, “Aznet technologies” QSC, “Alnet”, “Profib”, “Volt internet”, “Sfera net” və “Caspian İT services” MMC-lərin müraciəti əsasında onların uçota alınması həyata keçirilib. Həmçinin “Proksi fiber” və “Avirtel” MMC-lərin müraciətləri əsasında operator və internet provayder kimi fəaliyyətlərini dayandırmaları səbəbindən uçotları ləğv edilib. Bununla da uçota alınan telekommunikasiya operator və provayderlərinin sayı 163-ə çatıb.
Bu provayderlər uçota alınmasa...
İKTA bir daha bəyan edir ki, uçota durmayan operator və provayderlər, o cümlədən host provayderlər “Elektron hökumət” portalında autentifikasiyadan keçərək uçota durmaq üçün ərizə göndərməlidirlər. Uçota durma qaydalarının pozulması İnzibati Xətalar Məcəlləsinin 370-1-ci maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olur.
Bidirilib ki, uçotaalınma bu sahənin hesabatlılıq səviyyəsini, eləcə də tənzimləmə imkanlarını genişləndirir. Eləcə də genişzolaqlı internetə çıxış səviyyəsinin maksimum həddə çatdırılması üçün inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında istifadə olunur. Həmçinin istehlakçılar və tənzimlənən subyektlər arasında münasibətlərin inkişaf etdirilməsi, xidmət bazarlarının təhlil edilməsi, onların formalaşdırılması və şəffaflığın təmin edilməsi istiqamətində mühüm rol oynayır.
Qeyd edək ki, İnformasiya-Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 17:25
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35

