ABŞ qəzetində...
31.07.2024 [10:33]
Dini tolerantlıq nümunəmizlə bağlı məqalə dərc olundu
Azərbaycan hər zaman dini tolerantlıq nümunəsi ilə seçilib. Təsadüfi deyil ki, ölkəmiz bəşər sivilizasiyanın müxtəlif mədəniyyətlərinin qorunması üçün dinlər və mədəniyyətlər arasında dialoqun yaranmasına daim mühüm töhfələr verib. Bu baxımdan Azərbaycan tolerantlıq və dözümlülük ənənələri zəngin olan, bir çox millətin və dini konfessiyaların dinc və yanaşı yaşamasının unikal nümunəsidir.
Tarix boyu ölkəmizin ərazisində yaşayan çoxsaylı etnik və dini qruplar arasında möhkəm əlaqələrin formalaşmasında onların tale ümumiliyi amili də böyük rol oynamışdı. Həmin etnik və dini qruplardan olanların hər biri Azərbaycanda onlar üçün daim təhlükəsiz və rahat şəraitin yaradıldığını, mənsub olduğu dinə hörmət edildiyini vurğulayıblar. Müasir Azərbaycanda dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir. Ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı, dövlətimiz respublikada yayılmış digər dinlərə də qayğı göstərir.
Mormon Kilsəsindən Azərbaycana təşəkkür...
Bu günlərdə ABŞ-ın “Deseret News” qəzetinin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi bölməsində Azərbaycanda multikulturalizm,
dinlərarası dialoq və nümunəvi dini tolerantlıq mühiti barədə məqalə dərc edilib. Məqalədə əvvəlcə Azərbaycan hökumətinin Amerika Birləşmiş Ştatlarının İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsini rəsmi qeydiyyata aldığı barədə yazılıb.
Qeyd olunub ki, qeydiyyat dini təşkilata paytaxt Bakı ərazisində kilsə adından fəaliyyət göstərmək hüququnu verir. Öz növbəsində kilsə rəhbərliyi Azərbaycan hökumətinə təşəkkür edib. Vurğulanıb ki, Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqa mühüm töhfə verir və ölkəmizdə tarixən müxtəlif dinlərin nümayəndələri vahid bir ailə kimi dinc və sülh şəraitində yaşayır.
Azərbaycanda 993 qeydiyyatdan keçmiş icmanın fəaliyyət göstərildiyi qeyd olunan məqalədə ölkədəki nümunəvi dini tolerantlıq mühitindən, milli-mənəvi dəyərlərin yüksək səviyyədə qorunub saxlanılmasından bəhs edilir. Vurğulanıb ki, əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycanda müxtəlif din və konfessiyaların nümayəndələri sülh və qardaşlıq şəraitində yaşayırlar.
Yəhudilərin çoxluq təşkil etdiyi yeganə ölkə...
Sözügedən məqalədə həmçinin qeyd olunub ki, yəhudilər Azərbaycanda 2500 ildən artıqdır ki, məskunlaşıblar və bir xalq olaraq onlara qarşı həmişə dini dözümlülük nümayiş etdirilib. Ölkədə təxminən 12000 yəhudi yaşayır. Azərbaycan İsrail və ABŞ-dan kənarda yəhudilərin çoxluq təşkil etdiyi yeganə ölkədir. Pravoslav rusiyalılar və gürcülər, eləcə də erməni xristianlar təxminən 280-450 min nəfə təşkil edir ki, bu da ölkə əhalisinin 3,1%-4,8%-i deməkdir”.
Məqalədə multikultural və tolerantlıq dəyərlərinin təşviqinin dövlət siyasətinə çevrildiyi, məscidlərlə yanaşı, kilsə və sinaqoqların da dövlət tərəfindən əsaslı şəkildə təmir edildiyi vurğulanıb.
Bildirilib ki, 2024-ci ilin aprelin 30-da ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin rəhbər heyəti, “On iki Həvari Kvorumu”nun üzvü Deyvid Bednar, İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin “Yetmiş Həvari Kvorumu”nun üzvü Cek Gerard, Stirlinq Fondunun prezidenti Mayls Hansen və Stirlinq Fondunun baş icraçı direktoru Edvard Roun Bakıya səfər ediblər. Onlar Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməklə yanaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda da olublar.
Söhbət zamanı Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoqa verdiyi töhfə barədə danışılıb, ölkəmizdə tarixən müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin vahid bir ailə kimi dinc və sülh şəraitində yaşadıqları məmnunluqla vurğulanıb.
Kilsənin qeydiyyatı təsdiqləndikdən sonra İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin “Yetmiş Həvari Kvorumu”nun üzvü Cek Gerard göstərdikləri köməyə görə Azərbaycan hökumətinin üzvlərinə minnətdarlığını bildirib: “Kilsə üçün belə gözəl nəticənin əldə edilməsində Prezident İlham Əliyevin, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin və bir çox başqalarının mühüm rolu olub. Onların fəaliyyəti göstərir ki, biz birlikdə dinindən və mədəni mənşəyindən asılı olmayaraq, harmoniyaya nail ola bilərik”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57

