Sosial şəbəkələrdə “zəhər” satan dəstələr...
07.08.2024 [12:16]
Cəmiyyətin bütün üzvləri mübarizə aparmalıdır!
Yeganə BAYRAMOVA
Narkomaniya bitib-tükənməyən, tamamilə həll olunması qeyri-mümkün görünən problemlərdən biridir. Nə qədər lazım olan tədbirlər görülsə də, yaxamızı “ağ ölüm”dən birdəfəlik qurtara bilmirik. Bu gün narkotiklərin satışı, həmçinin istifadəsi qlobal bəlaya çevrilib. Yalnız Azərbaycanda deyil, əksər ölkələrdə xüsusilə gənclər bu bəlanın aludəçisinə çevrilir.
Təbii ki, ölkəmizdə bu istiqamətdə aidiyyəti orqanlar tərəfindən mühüm tədbirlər görülür, narkotik satışını həyata keçirən şəxslər barədə hüquqi qiymət verilir. Yeni reabilitasiya mərkəzləri yaradılır, müxtəlif müalicə üsulları tətbiq edilir, dövlət strukturları, xüsusən hüquq-mühafizə orqanları qətiyyətli tədbirlər həyata keçirir, maarifləndirici işlər aparılır.
Lakin təəssüf ki, bu bəla hələ də bizimlə birgədir, aramızda yaşayır...
Bu bir həqiqətdir ki, ölkəmizdə narkomaniya ilə bağlı sədalar azalmaq bilmir. Ətrafda, qonşuluqda rastlaşdığımız, hətta ailələrin dağılmasında belə başlıca səbəb kimi göstərilən narkotik vasitələrdən istifadə bir çoxlarının yaşamasına əngəl olur, aludəçiləri canlı ölüyə çevirir...
Hazırda sosial həyatımız yalnız canlı ünsiyyətdən ibarət deyil, eyni zamanda, virtual əlaqələr də mövcuddur. Bura da böyük bir aləm olduğundan hər növ insanla doludur. Ona görə də, yaşama təsir edən zərərli vərdişlərin böyük bir qismi ilə sosial şəbəkələrdə asanlıqla rastlaşa bilirik. Xüsusilə sosial şəbəkələrdə narkotiklərin açıq satışı, müxtəlif üsullardan istifadə edərək narkotik aludəçilərinə çatdırılması və bir sıra cəlbedici paylaşımlarla təklif və təşviq edilməsi kimi hallar işin ciddiyyətini daha da artırır.
Narkotik satışı həyata keçirən 148 səhifə bağlanıb
Ötən gün “İnstagram” və “Telegram”da yeni kiber üsullardan istifadə olunmaqla narkotiklərin satışını həyata keçirən 148 səhifənin bağlanması təmin edilib. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, sosial şəbəkələrdə narkotiklərin satışını həyata keçirən bir sıra səhifələr, qruplar və profillər müəyyən edilib. Qabaqlayıcı tədbirlər nəticəsində xarici ölkələrdən idarə edilən bu tipli 117 “İnstagram” səhifəsinin və 31 “Telegram” kanalının bağlanması təmin edilib.
Müəyyən olunub ki, həmin səhifələrin idarəçiləri şəbəkə üzvləri arasında məlumat mübadiləsini artıq gizli kanallar və şifrəli mesajlar göndərməklə həyata keçirirlər. Bu səhifələrə ilkin baxış zamanı hər hansı qeyri-leqal fəaliyyətlə məşğul olunduğuna dair şübhələr yaranmır.
Həmin aktiv profillərin gizli fəaliyyətinin deşifrə olunması məqsədi ilə Baş İdarənin həyata keçirdiyi sonuncu tədbir zamanı sosial şəbəkə üzərindən narkotiklərin satışını təşkil edən səhifələrin bir neçəsinin adminləri 1986-cı il təvəllüdlü Fəqan Qasımov və 1982-ci il təvəllüdlü Minir Akçurin saxlanılıblar.
Onlardan narkotiklərin satışını həyata keçirdikləri sosial şəbəkə hesablarının şifrələri, mobil nömrələr, xeyli sayda bank kartları, mobil telefon və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkarlanıb. Saxlanılan şəxslər narkotiklərin satışından əldə edilən külli miqdarda pul vəsaitini isə kriptovalyuta və digər elektron pul kisələri vasitəsi ilə leqallaşdırıblar. Məlumatda qeyd edilib ki, aşkarlanan faktlarla bağlı Baş İdarədə cinayət işi başlanılıb. F.Qasımov və M.Akçurin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Dəstənin digər üzvlərinin müəyyən olunaraq saxlanılması istiqamətində əməliyyat-texniki tədbirlər davam etdirilir.
Valideynlərin diqqətinə...
Nazirliyin məlumatında həmçinin qeyd olunub: “Daxili İşlər Nazirliyi valideynlərə müraciət edərək bildirir ki, uşaqların kibertəhlüksizliyinin təmin olunmasının məsuliyyəti ilk növbədə onların üzərinə düşür. Övladlarınızı internetden təhlükəsiz istifadə qaydaları barədə məlumatlandırın və onları sosial mediada rastlaşa biləcəkləri zorakılıq, kriminal fəaliyyətin təbliğ olunduğu, zərərli kontentlərin reklam edildiyi səhifə və sosial şəbəkə hesabları ilə təmas qurmaqdan çəkindirin”.
İstifadə və satışa gedən yolda tonlarla “zəhər” məhv edilsə də, narkotikin “toruna” düşənlər var. Əlaqədar orqanlar ölkəmizə daxil olan narkotik vasitələri zərərsizləşdirməklə yanaşı, onların istehsalında və satışında birbaşa rol oynayan şəxsləri və dəstələri ifşa edir, dövlətimiz tərəfindən bu hallarla bağlı hüquqi addım atılır. Ancaq dövlətimizin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə hər bir vətəndaşın dəstəyinə ehtiyac var. Bu qlobal bəlaya qarşı birgə mübarizə aparmalıyıq. Vətəndaş cəmiyyəti olaraq belə hadisələrlə bağlı şübhəli bir məqama şahid olduqda bütün məsuliyyəti yalnız hüquq-mühafizə orqanlarının üzərinə atmamalıyıq.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə
“Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 17:25
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35

