Dövlət iradəsini xalqdan alır...
10.08.2024 [11:04]
Milli maraqlarımızın qorunması həmişə prioritet olub
İctimai və milli maraqların, həmçinin dövlət maraqlarının müdafiəsi hər zaman bizim üçün ön planda olub. Respublikamızda bu məsələ bütün dövrlərdə aktuallıq kəsb edərək siyasətimizin əsas özəyini təşkil edir. Bütün dünya ictimaiyyəti üçün sirr deyil ki, Azərbaycan cəmiyyəti ictimai və dövlət marağı məfhumlarının mahiyyətini dərk edən, bu mövqeyi ictimai, siyasi münasibətlərdə və dövlətlə əlaqələrində nümayiş etdirməyi bacaran, formalaşmış yetkin bir cəmiyyətdir. Ona görə də cəmiyyətimiz intellektual əsaslarla formalaşmış modern bir cəmiyyətdir.
Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməlində dövlət maraqlarının, xalqla iqtidar arasında birliyin dayandığını bəyan etməsi heç də təsadüfi deyil. Bu o deməkdir ki, ölkəmizdə həm dövlət mənafeyinə zərər gəlməyən, həm də ictimai maraqlar təmin edilən, ortaq maraqlar müəyyənləşdirilən, üst-üstə düşən ideal siyasət formalaşıb.
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, bir dövlətin inkişafı, təşəkkül prosesi onun hansı məfkurə və ideyalara xidmət etməsindən çox asılıdır. Onun sözlərinə görə, dövlət o vaxt sürətli inkişafla irəliləyir ki, burada xalqla dövlət maraqları ictimai maraqlarla üst-üstə düşür: “Bu, o deməkdir ki, dövlət iradəsini xalqdan alır. Bir sözlə, dövlət xalq, xalq isə dövlət deməkdir. Bir dövlətin hərtərəfli inkişafında, təbii olaraq əsas inkişaf yollarındakı məqamlar dövlətin maraqlarının xalq tərəfindən müdafiə olunmasıdır. Çünki hər bir dövlət xalqın iradəsinə söykənərək onun milli maraqları üçün çalışır, ona söykənən siyasət həyata keçirir. Bu gün Azərbaycan bu sahədə çox böyük və uğurlu addımlar həyata keçirir. Birinci məsələ odur ki, ictimai maraqların dövlət maraqları ilə üst-üstə düşməsini biz Vətən müharibəsində qazandığımız qələbədə gördük. Bütün cəmiyyət Ali Baş Komandanla birgə “Dəmir yumruq” şüarı altında düşmənin başını əzdi. Siyasi, ictimai və digər maraqlarından asılı olmayaraq, hər bir azərbaycanlı bir yumruq halında birləşərək, əzmlə mübarizə apardı. Bununla da möhtəşəm qələbəmizi qazandıq”.
Dünyanın ən qürurlu
xalqlarından birinə çevrilmişik
İ.Hüseynov qeyd edib ki, dövlətin milli maraqlarına söykənən siyasəti həm diplomatik meydanda, həm də hərb meydanında öz uğurlu nəticəsini verdi: “Hər bir vətəndaş həmin anda bir əsgər idi. Yaşından, cinsindən, irqindən asılı olmayaraq, özünü azərbaycanlı sayan hər insan bir əsgərə dönərək, Vətənin qorunması üçün əlindən gələni etdi. Ona görə də bu gün dünyanın ən qürurlu xalqlarından birinə çevrilmişik. Təbii olaraq vətəndaşın mənafeyinin müdafiə olunması, onun maraqları üçün çalışmaq dövlətin bir nömrəli vəzifələrindən biridir. Bu mənada Azərbaycan bir sosial dövlət kimi bu siyasətini uğurla davam etdirir”.
Hələ də görüləsi işlərimiz var
Politoloqun fikrincə, bəzi problemlər var, lakin bu problemlərin həll edilməsi üçün dövlətlə bərabər vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları, ictimai və digər icmalar, bələdiyyələr “canlı orqanizm” halında çalışmalı və dövlət maraqlarının müdafiəsi üçün vacib layihələri də icra etməlidirlər: “Bu mənada siyasi birliyin vəhdətində çox böyük uğurlar qazandıq. Vətən müharibəsindən keçən bu dövr ərzində bir neçəsini çıxmaqla, digər siyasi partiyalar da vacib anlarda dövlətin maraqları çərçivəsində birləşdilər və öz siyasətlərini yalnız dövlətin uğuru üçün ortaya qoydular. Eyni anda qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti bu inkişafa öz töhfələrini vermiş oldular.
Göründüyü kimi, cəmiyyətdə və onun inkişafında vətəndaş cəmiyyətinin rolu danılmazdır. Vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları dövlətdən kifayət qədər dəstək alaraq özlərinin təşəbbüsü ilə müxtəlif tədbirlər həyata keçirirlər. Amma hələ də görüləsi işlərimiz çoxdur. Buna görə də qeyri-hökumət təşkilatları hələ də çox maraqlı layihələr icra etməli, əsasən də beynəlxalq miqyasda böyük inkişaf etmiş ölkələrin vətəndaş cəmiyyəti qurumları ilə əlaqəli çalışmalı və ölkəmizin uğurlu siyasətini, həmçinin prioritetlərini təbliğ etməlidirlər”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 17:25
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35

