Erməni cinayətlərini dünyaya tanıdaq...
04.10.2024 [09:35]
Gənclərimizin üzərinə hansı vəzifələr düşür?
2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı əzəli torpaqlarını erməni işğalından azad etmək üçün səfərbər oldu. Həmin gün səhər saatlarından Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi atəşə tutmuşdu. Beləliklə, ölkə başçısının müvafiq göstərişləri əsasında Ordumuzun bütün cəbhə boyu əks-hücum əməliyyatına başlaması barədə qərar verildi.
Məlumdur ki, Ermənistan tarixin müxtəlif dövrlərində daim mülki əhalini hədəf seçərək müxtəlif təxribatlara və hərbi təcavüzlərə əl atıb. Eyni davranış İkinci Qarabağ müharibəsi zamanı da təkrarlandı. Vətən müharibəsinin gedişatında Ermənistanın Gəncəni, Bərdəni, digər şəhər və kəndlərimizi kütləvi məhvetmə imkanlarına malik ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə alması bir daha sübut etdi ki, zamanla metodlar dəyişsə də, mülki əhaliyə qarşı qanlı cinayətlər törətmək Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir. Ancaq 44 gün sürən döyüşlər nəticəsində rəşadətli Azərbaycan Ordusu parlaq qələbə qazanaraq torpaqlarımızı işğaldan azad etdi.
Əlbəttə ki, Vətən müharibəsini qalibiyyətlə başa vursaq da, erməni cinayətlərinin beynəlxalq müstəvidə ifşa olunması işi davam etdirilməlidir. Dövlətimizin bu istiqamətdə həyata keçirdiyi tədbirlərlə yanaşı, Azərbaycan cəmiyyətinin, xüsusilə də gənclərin prosesdə fəal iştirakı vacibdir. Bu baxımdan, Azərbaycan gənclərinin üzərinə böyük vəzifələr düşür.
Bütün gücümüzü səfərbər etməliyik...
Mövzu ilə bağlı “Yeni Azərbaycan”a açıqlama verən “Gənclər Mərkəzi” İctimai Birliyinin sədri Kənan Qubadzadə bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı proseslərdə bütövlükdə cəmiyyətimiz önəmli rol oynadı. Vətəndaşlarımız reallıqları dünyaya çatdırmaqda, eləcə də informasiya mübarizəsində fəal iştirak edirlər. Onun sözlərinə görə, 30 illik işğal nəticəsində soydaşlarımız öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düşüb, ermənilər tərəfindən qətlə yetirilib, itkin düşüb, əsir götürülüblər və Azərbaycana məxsus mədəni irs erməni vandalları tərəfindən məhv edilib: “Tarix boyu ermənilərin torpaqlarımızda hansı vəhşiliklər törətdiyinin əyani şəkildə şahidi olmuşuq. Vətəndaş olaraq məqsədimiz bu istiqamətdə işlərimizi intensiv aparmaq və bütün gücümüzü səfərbər etməkdir”.
Gənclərimiz vahid amal uğrunda birləşməlidirlər
Ekspert bildirib ki, müasir gəncliyimiz öz bilik və bacarıqları ilə dövlətimizin inkişafına fayda verir: “Müxtəlif ölkələrdə yaşayan gənclərimiz şəbəkələşərək vahid amal uğrunda birləşməlidirlər. Çünki bu gün hər bir azərbaycanlı kimi gənclərin də qarşısında erməni vandalizminin nəticələrini dünyaya çatdırmaq vəzifəsi dayanır. Bu, çox məsuliyyətli vəzifədir. Azərbaycan gəncləri olaraq bu işin öhdəsindən layiqincə gəlməyə çalışırıq. Gənclərimiz bu istiqamətdə sosial şəbəkələrdə fəallıq göstərir, erməni vandalizminin maksimum dərəcədə dünya ictimaiyyətinə çatdırmağa səy göstərirlər. Azərbaycandan kənarda təhsil alan gənclərimiz də erməni vandalizminin ağır nəticələrinin xaricdə təbliğ olunması işində fəal iştirak edirlər. 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə də Azərbaycan gəncləri həm hərb meydanında, həm də informasiya məkanında aktiv mübarizə aparıblar. Şübhəsiz ki, bu proses davam etdirilməlidir”.
Sistemli və ardıcıl fəaliyyət...
K.Qubadzadə qeyd edib ki, informasiya müharibəsi davam edir: “Gənclərimiz Ermənistanın törətdiyi cinayətlərin dünyaya çatdırılması işində bundan sonra da fəal olmalıdırlar. Əsl həqiqətlərin dünyaya çatdırılması, gənclərin yerli və beynəlxalq platformalarda təmsil olunması üçün əlimizdən gələni etməliyik. Mənfur qonşularımızın beynəlxalq ictimai rəyi yanıltmaq cəhdlərinin qarşısını almaq üçün tariximizi daha yaxşı öyrənməli və öyrətməliyik. Bu gün gənclər müasir informasiya texnologiyalarından səmərəli və məqsədyönlü istifadə etmək üçün müasir biliklərə sahibdirlər. Düşünürəm ki, bu yöndə imkanlarımızı və bacarıqlarımızı daha da gücləndirməliyik. Çünki müasir dünyada yeni reallıqlarla ayaqlaşmaq, çağırışlara cavab vermək həm də milli maraqların qorunması üçün əlavə imkanlar yaradır. Bizim isə qarşımızda çox mühüm vəzifələr dayanır. Bu baxımdan, sistemli və ardıcıl fəaliyyət hər birimizin borcudur. Ona görə də öz vətəndaşlıq mövqeyimizi nümayiş etdirməliyik. Hesab edirəm ki, Azərbaycan gəncləri bu missiyanın öhdəsindən bundan sonra da gələcəklər”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

